Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Erməni xislətinə bürünən BQXK: Saxtakar, riyakar, cinayətkar, qaçaqmalçı, yoxsa hamısı?

By Vüsal Rafiqoğlu
05.08.2023 4 Min Read

Azərbaycan uzun illər beynəlxalq ictimaiyyətin, təşkilat və qurumların ikiüzlü yanaşması və ikili standartlardan əziyyət çəkib.

Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini dəstəkləsə də, beynəlxalq hüququ heçə sayan “beynəlxalq fiqurlar” bu işdə hər zaman qərəzli mövqe nümayiş etdiriblər.

Müvafiq prosesi hətta bu gün belə müşahidə etmək çox asandır. Çox uzağa getmədən bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa baxmaq kifayət edir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) dünyanın müxtəlif ərazilərində humanitar missiyaları icra edən beynəlxalq təşkilatdır. Ancaq yəqin ki, dünyanın heç yerində Azərbaycanda göstərdikləri “xidmətləri” göstərmirlər. Təşkilatın ölkəmizdəki fəaliyyəti bir sıra suallar doğurur. Məsələn, nəyə görə təşkilatın qədim Azərbaycan şəhəri Xankəndidə yerləşən ofisi Bakıdakı ofisə deyil, İrəvandakına tabedir?

Üstəlik, BQXK suallara cavab vermək fikrində belə deyil. Məsələn yuxarıda qeyd olunan müvafiq suala cavab olaraq bildirilib ki, “bu ofis İrəvana tabe deyil”. O ki qaldı logistik və inzibati tənzimləmələrə, “bizim aidiyyəti üzrə qərar verənlərlə olan ikitərəfli və konfidensial dialoqun bir hissəsidir. Buna görə də sözügedən mövzuda ictimai açıqlamalar verilmir”.

Təşkilatın cavabında bəlli olur ki, bu məsələdə deyiləcək çox söz sözləri yoxdur. Məsələni ötr-basdır etmək, sualdan yayınmaq cəhdi isə sadəcə acizliyin aşkar ifadəsidir. Görünür, BQXK rəsmiləri ən azı utanc hislərini saxlaya biliblər və ya həqiqəti etiraf etməkdən çəkiniblər.

Əslində isə həqiqət tamamilə aşkar şəkildə ortadadır: 2000-ci illərin əvvəllərində BQXK rəsmi Bakı ilə razılaşdırmadan və ümumiyyətlə Azərbaycanı məlumatlandırmadan Xankəndidəki quldur rejimi ilə saziş imzalayıb. Bu sazişin mətni indiyədək gizli saxlanılır və Azərbaycanın çoxsaylı tələblərinə baxmayaraq, Komitə “məxfi” bəhanəsi ilə mətni açıqlamır.

Bu kimi hallar qurumun özünü “bitərəf” və ya “müstəqil” qələmə verməsini mümkünsüz edir. Hərçənd BQXK-nın İsveçrənin qeyri-hökumət təşkilatı olduğunu nəzərə alsaq, onsuz da hansısa “müstəqil”likdən danışmaq  gülünc olardı.

BQXK-nın Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair ciddi şübhələr var. Həm birinci, həm ikinci Qarabağ müharibələri zamanı komitənin əməkdaşları hərbi sirr sayıla biləcək məlumatlar topladığı məlum olub, bu məlumatların sonradan Fransa və Ermənistana ötürüldüyünə dair də məlumatlar var.

Vaxtilə BQXK-nın iki livanlı əməkdaşının hərbi sirr sayıla biləcək məlumatlar topladığı aydın olduqda onlar Azərbaycanda “persona non-qrata” – arzuolunmaz şəxs elan olunmuşdular. BQXK bu məsələyə də indiyədək arqumentli şəkildə aydınlıq gətirməyib.

44 günlük İkinci Qarabağ Müharibəsi günlərində BQXK ordumuzun Fizuli istiqamətində hücuma keçməsinə maneələr yaratmağa çalışmışdı. Eyni hal ordumuzun Laçın istiqamətində irəliləməsi zamanı da yaşanmışdı.

Müstəqilliyi şübhə altında olan “humanitar” təşkilatın eyni zamanda məkrli planlar arxasınca qaçdığını da söyləmək mümkündür. Belə ki, 2018-ci ildə Gəncədə iki polisin qətli ilə nəticələnmiş iğtişaşlardan sonra həbs olunmuş şəxslərə baş çəkmiş BQXK əməkdaşları onlara aclıq elan etməyi və Fransa səfirliyinə müraciət etməyi məsləhət görmüşdülər.

Bunlar onu göstərir ki, BQXK öz üzərinə götürdüyü humanitar missiyaları riyakar planlar üçün alətə çevirir. Çünki hansısa ölkənin düşməninin girə bilmədiyi, orduların müdaxilə imkanlarının olmadığı, casuslar üçün əlçatmaz olan ərazilər, bəlkə də, BQXK üçün o qədər də uzaq görünmür. Ona görə də humanitar missiya adı altında təşkilat mandatından kənar fəaliyyətlərə yönələ və ya yönləndirilə bilir…

BQXK-nın riyakar planları, qanunsuz addımlarından bəhs etmişkən bir faktı da xüsusi ilə qeyd etmək olar ki,

BQXK-nin xəritələrində hələ də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi olaraq göstərilir və Azərbaycan ərazisindən fərqləndirilir. Yəni, BQXK separatçılığa göz yumur, qapalı qapılar arxasında hətta ona dəstək də göstərir. Əks halda Xankəndidə “heç kimə tab olmayan BQXK ofisi”nin nə işi var?

Separatçılığa dəstək verən bir təşkilat necə olur ki, özünü humanitar təşkilat adlandıra bilir? Hər halda bunun adı riyakarlıqdır, özü də adi, iyrənc və ikrah doğuran riyakarlıq yox, riyakarlığın zirvəsi sayılan erməni riyakarlığı… BQXK-nın erməni xisləti daşıması isə artıq bu təşkilatın özünün düşünməli olduğu qəbahəti, ayıbıdır. Necə oldu ki, humanitar prinsipləri əsas götürməli olan təşkilat erməni xislətinə büründü, olmaya Anri Dünan bu təşkilatın təsis sənədini erməni dilində yazıb? Əks halda BQXK-nın yol verdiyi “nöqsanları”, alət olduğu saxtakarlıq və oyunları əsaslandırmaq olduqca müşkülə çevrilir…

BQXK-nın ermənilərə münasibəti ilə tamam fərqlidir. Hər halda İkinci Qarabağ müharibəsi başa çatandan sonra BQXK qısa vaxt ərzində 1700 nəfər erməni hərbçisinin cəsədini toplamağı bacardı, amma birinci müharibədə itkin düşmüş dörd min azərbaycanlı hərbçinin tapılması üçün bu günə qədər konkret bir addım atdıqlarını nə görən, nə də eşidən olmayıb.

Üstəlik, təşkilat hələ 1995-ci ildə 54 nəfər Azərbaycan vətəndaşının əsirlikdə saxlandığını müəyyənləşdirmişdi, onların məktublarını da təqdim etmişdi. Sonradan isə əsir həmvətənlərimiz kimi BQXK-nın şərəfli fəaliyyətindən də bir xəbər çıxmadı…

Sonda onu qeyd edək ki, tarixi Zəfərimizdən sonra BQXK-nın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni əhalisi üçün qaçaqmalçılıqla məşğul olduğu da sübuta yetirilib.

Nə qədər aciz mənzərədir, qiymət vermək elə də asan deyil. Ya ermənilər üçün saxtakar, riyakar, cinayətkar, qaçaqmalçı obrazına bürünürsən, ya da elə özün bu adlara sahibsən, sadəcə uzun illər ərzində uğurla maskalanmısan. Ya yanında bağlı qaldığın ermənilərlə həmxasiyyət olmusan, ya da onsuz da həmkarın olanların yanında özünü açıq-aşkar ifşa edəcək qədər yolunu azmısan…

Suallar çox, cavablar isə yoxdur. Eynilə BQXK-nın “qədim Azərbaycan şəhəri Xankəndidə yerləşən ofis nəyə görə Bakıdakı ofisə deyil, İrəvandakına tabedir?” sualına cavabı olmadığı kimi…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdədə kamera quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb

Next

Azərbaycanda cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv