Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İcma: “BQXK-nı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırıq”

By Vüsal Rafiqoğlu
15.08.2023 2 Min Read

“Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırırıq”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının BQXK-yə ünvanladığı müraciətdə yer alıb.

“Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır. 1991-ci ildə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir. Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar yaşatmaqdadır”, – qeyd edilib.

Müraciətdə, həmçinin bildirilib: “Ermənistanın bu blokadanı tətbiq etməkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib.

Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant olaraq qalır.

Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu qeyri-insani blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda vəziyyəti daha da gərginləşdirir.

Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud olmayan “humanitar vəziyyət”lə bağlı narahatlıqlarını səsləndirmələri çox məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur.

Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik.

Bundan əlavə, biz Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda kişi telefon naqili ilə arvadını boğdu: “Demişdim anası ilə danışmasın” – FOTO

Next

Əlilliyi Zəhranın xoşbəxtliyinə maneə olmadı – VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv