Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bişirilməsi asan, istifadəsi riskli – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

By Vüsal Rafiqoğlu
05.11.2023 3 Min Read

Havalar soyuyan kimi xəmir yeməklərə tələbat artır. Bu yeməklərin hazırlanması isə elə də asan başa gəlmir. Amma düşbərə, xəngəl, pelmeni kimi məhsulları marketdən hazır şəkildə alanlar da az deyil. Bu məhsullar marketlərdə yarımfabrikat şəkildə satılır. Aldıqdan sonra sadəcə suya atıb bişirmək qalır. Bəs bu qidalar nə dərəcədə təhlükəsizdir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

Markalanma qanunu tam icra edilmir

İstehsal meneceri Sayat Quliyeva deyir ki, mağazalarda yarımfabrikat kimi satılan qeyd edilən qidalara uzun müddət qalması üçün müxtəlif əlavələr edilir:

“Hazır dondurulmuş xəmir, xəmirdən hazırlanmış məhsullar yerli istehsal və idxal məhsulları olaraq mövcuddur. Yağlı qat-qat xəmirlər, hazır pizzalar idxal, xəngəl, düşbərə, türk mantısı kimi qidalar isə yerli məhsullardır. İdxal olunan məhsullar daha uzun müddətlidir. Belə məhsulların uzun müddət (minimum bir il) qalması üçün təbii ki, konservantlardan, rənglərdən, dadlandırıcılardan istifadə edilir. Yerli istehsal olan məhsullar isə şəffaf paketlərdə qablaşdırılır və saxlanma müddəti 72 saatdan 3 aya qədər dəyişir. Markalanma qanunu tam icra edilmir və müşahidələr göstərir ki, bəzi hallarda istehsalçılar xəmirdə yumurta istifadəsini rənglərlə əvəzləyirlər”.

Bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa…

S.Quliyevanın sözlərinə görə, belə məhsullar keyfiyyətini tez itirə bildiyi üçün qida zəhərlənmələrinə səbəb ola bilər:

“Bu məhsullar xüsusilə də tərkibində ət, göyərti, süd məhsulları və digər əlavələr olan məhsullardır. Eyni zamanda yarımfabrikat (tam emal edilməmiş) olaraq satışı həyata keçirilir və uzun saxlanma müddətinin olması məhsulların tərkibində qatqıların – yəni E qrupuna aid konservantların olmasını bildirir. Mikrobioloji olaraq riskli məhsullardır, mütləq mənfi dərəcədə saxlanılmalıdır. Əgər bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa, donu açılıbsa, yenidən dondurulması zamanı tərkibindəki fiziki-kimyəvi və mikrobioloji göstəricilər pozulur və məhsul keyfiyyətini itirir. Məhsulun təhlükəsizliyi daşınma, saxlanma zamanı nəzərə alınmazsa, nəticədə istehlakçılar keyfiyyətsiz məhsul əldə etmiş olurlar. Keyfiyyətini itirən bu tipli məhsullar qida zəhərlənməsinə gətirib çıxarır. Daimi istifadə zamanı tərkibindəki konservantlara görə də törəmə xəstəliklərin yaranması qaçılmazdır”.

Məlumat hissəsində nələrə diqqət etməli?

İstehsal menecerinin fikrincə, məhsulun üzərində bütün detallar aydın şəkildə qeyd olunmalıdır:

“Bu tipli yarımfabrikat dondurulmuş məhsulların doğru saxlanılmasına diqqət etməlidirlər. Donu açılmış və bir neçə dəfə dondurulmuş məhsullarda mütləq deformasiya olur və alıcılar bunu məhsulun xarici görünüşündən anlaya bilərlər. Məhsulun qablaşdırılmasında qeyd edilən məlumatlara tərkibi, tərkibindəki əlavələrin, xüsusilə də ətlərin mənşəyi, saxlanma müddəti, hansı kateqoriyadan olan istehlakçıların istifadə edə bilmələri, hazırlanma qaydası və sair daxildir. İstehlakçılardan xahiş olunur ki, qablaşdırılmasında dolğun məlumat əldə edə bilmədikləri məhsullardan istifadə etməsinlər”.

İstehsal üçün uyğunluq sertifikatı olmalıdır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, belə məhsulları istehsal edənlər bəzi nüansları nəzərə almalıdırlar:

“Ümumiyyətlə, marketlərdə satılan düşbərə, xəngəl, pelmeni və digər ətdən hazırlanan xəmir yeməklərinin birinci növbədə mənşəyi məlum olmalıdır. Yəni market bilməlidir ki, bu məhsulu kimdən alır və aldığı adamda da istehsal üçün uyğunluq sertifikatı olmalıdır. Bilinməlidir ki, məhsullar tam təhlükəsiz yerdə istehsal edilir, istehsal zamanı sanitar-gigiyena qaydalarına əməl olunur. Məhsulun istehsal və son istifadə tarixi üzərində yazılmalıdır. Saxlanmasında, daşınmasında, soyuq qida zəncirində qırılma olmamalıdır. Ətin mənşəyi də yoxlanılmalıdır”.

Evdə təhlükəsizdir deyə düşünürük, amma…

A.Salamovun sözlərinə görə, əgər məhsullar evdə hazırlanırsa, daha çox təhlükəli olma ehtimalı var:

“Evdə hazırlananlar ona görə təhlükəlidir ki, şəraitsizlik ola bilər. Bu halda satışa çıxarılan məhsul kütləvi zəhərlənməyə gətirib çıxaracaq. Evdə məhsul hazırlayır, amma sertifikatı yoxdur. Bu, təhlükəlidir. Çünki bilinmir, məhsulu hazırlayan insanın təmizliyi necədir. İstehsalat prosesində işçilər altı ayda bir dəfə həkim yoxlanışından keçirlər. Ondan sonra fəaliyyətlərini davam etdirə bilirlər. Amma ev şəraitində bu, belə deyil”.

Bu cür məhsullar mal ətindən hazırlanır

Ekspert məsləhət görür ki, məhsulu keyfiyyətli ətdən hazırlasınlar:

“Təbii ki, dana əti mal ətindən daha bahadır. Ona görə də, çox vaxt bu cür məhsullar mal ətindən hazırlanır və istehsal xərci də daha aşağı olur”.

A.Salamov deyir ki, məhsulun üzərində bütün məlumatlar açıq qeyd olunmalıdır:

“İnsanların diqqət etməli olduğu məsələ əmtəə nişanıdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiqlənmiş əmtəə nişanı mütləq olmalıdır. Kiçik istehsalatlarda da hər hansı markanı yaradırlarsa, onun da əmtəə nişanı olmalıdır”.

Xəmirlər bir-birinə yapışıbsa…

Müsahibimizin fikrincə, bu məhsulları alarkən görünüşünə diqqət etmək lazımdır:

“Son istehsal tarixi yoxdursa, inqrediyentlər qeyd edilməyibsə, əmtəə nişanı yoxdursa, bu məhsullardan uzaq durmaq lazımdır. Çünki belə məhsulların uyğunluq sertifikatının olmamaq ehtimalı daha yüksəkdir. Bu da qida zəhərlənmələrinə gətirib çıxara bilər. Bu məhsullar quru halda olmalıdır. Quru halda deyil, bir-birinə yapışıbsa, deməli soyuducudan kənarda qalıb. Yəni saxlama şəraiti düzgün olmayıb ki, xəmir bir-birinə yapışıb”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dövlət əmlakının özəlləşdirilməsində təqdim edilən sənədlərin siyahısı və qaydalarında dəyişiklik edilib

Next

XİN-in kollegiya üzvlərinin sayı artırılıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv