Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gurultu ilə qurultay arasında fərqi duymayanlar… TƏHLİL

By Vüsal Rafiqoğlu
18.12.2023 3 Min Read

Dekabrın 16-da AXCP-nin növbəti “gurultayı” baş verdi. Tədbir partiya rəhbərinin sosial şəbəkələrdəki səhifələrində canlı yayımlanırdı. Əslində, “partiyanın növbəti qurultayı” adlandırdıqları bu tədbirdə peşəkar siyasətlə bağlı heç nə yox idi və bu yığıncaq analitika baxımından heç bir maraq yarada bilməzdi. Qeyd etdiyimiz kimi, bu “gurultay” daha çox “ehtiraslı” bəyanatlar şousuna bənzəyirdi. Bir qədər sonra nümayiş olunmuş şou ilə əlaqədar bəzi məqamları qeyd edərik. Öncə isə digər heç də daha az maraqlı olmayan iki məsələyə diqqət yetirək. Bu psevdopatriot şivənlərin ötən illər ərzində ən sevimli mahnısının adı: “bizə tədbir keçirməyə imkan vermirlər”. Təbii olaraq, burada sual yarana bilər: “imkan yaradılmırsa bəs bu “gurultay”lar necə keçirilir?

Bu fikirlər politoloq A.Adilin “Gurultu ilə qurultay arasında fərqi duymayanlar…” sərlövhəli məqaləsində yer alıb.

ARANTV.AZ məqaləni təqdim edir.

Tədbir həm partiyanın, həm də partiya lideri hesab olunan Əli Kərimlinin sosial şəbəkə səhifəsində canlı yayımlanırdı. Bəs biz hər zaman bu bəla-siyasətçilərdən eşidirik ki, guya “Azərbaycanda senzura var və internetdə fəallıq üçün məhdudiyyətlər yaradılır”. Razılaşın ki, onların dedikləri ilə bizim gördüklərimiz heç uzlaşmır. Bu, necə məhdudiyyətdir ki, Əli Kərimli və onun bayraq tutanları ifrat fikirlərini çox rahat şəkildə səsləndirir və hətta təxribatlarla da məşğul olurlar?

Mövcud konteksti inkişaf etdirərək daha bir maraqlı məqama diqqət yetirək. Tədbir zamanı internetlə bağlı heç bir məhdudiyyət yox idi və bu “gurultay” tam şəkildə yayımlanmışdı. Əminəm, heç kəsdə şübhə belə yarana bilməz ki, əgər süni mane yaratmaq istəyi olsa idi, bütün internet xətlərində qısaqapanmalar baş verərdi. Bu, olduqca bəsit təcrübədir, hətta məşhur müğənnilər belə öz konsertlərinin internet üzərindən canlı yayımlanmasının qarşısını alırlar. Yenə də qəribə sual yaranır: “Bəs Əli Kərimlinin daim vurğuladığı “mənim internetə çıxışım yoxdur” fikri nə dərəcədə doğrudur?”. İki kiçik epizod radikalların qərəzini bütün çılpaqlığı ilə ifşa edir. Elə buna görə də bu bəlalı siyasətçiləri xalqımız haqlı olaraq “qaragüruh” adlandırıb. Bu “dəstəcik” seçkilərdə iştirak etmiş olsa idi, yəqin ki, onların əsas siyasi şüarı “Qərəzlə, şivənlə 80-ci illərə irəli” olardı…

Otuz ildən sonra AXCP nəhayət ki, öz proqramını hazırlayıb, ən azından qeyd olunan toplantıda bu fikir səsləndirilmişdir. Hətta proqramı ictimailəşdirmək niyyətində olduqlarını bəyan ediblər. Ümid edirik ki, partiya öz proqramını cəmiyyətə təqdim edəcək. Axı onlar “əsl demokratlardır”. Yeri gəlmişkən, burada xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının proqramı daim əlçatan olub və onun mətni ilə hər kəs sərbəst şəkildə tanış ola bilər. Sadəcə kontekst çərçivəsində iqtidarın daha bir demokratik təşəbbüsünü xatırladaq. Belə ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir neçə dəfə ictimailəşdirilmiş və hətta layihənin Milli Məclisdə açıq müzakirələri də təşkil olunmuşdu. Görəsən, ölkənin demokratik ənənələrini artıran iqtidarın qeyd etdiyimiz təşəbbüsləridir, yoxsa radikalların cəmiyyətdə nifrət toxumlarının səpmək istəyidir?

“Ehtiraslı bəyanatlar” şousu olan AXCP-nin sözügedən “gurultayı”, eyni zamanda, klassik radikal ritorikanın təcəssümüdür. Burada qənaətlərin obyektivliyi naminə mütləq olaraq radikal ritorikanı səciyyələndirən əsas xarakteristikaları yada salaq: emosional gərginliyi yarada biləcək isterika, ifratçılıq, ümidsizlik, cəmiyyəti parçalamağa xidmət edən çağırışlar, küçələrdə iğtişaşların təbliği, bədbinlik və s. Gördüyünüz kimi, bu cür ritorika sadəcə ictimai nikbinliyi pozmur, bu ritorika rasional düşüncəni iflic edir və ictimai münasibətlərdə emosional gərginliyin yaradılmasına “kömək” göstərir.

Mütləq şəkildə unutmayaq ki, “boykot” texnologiyanın strateji hədəfi digər məsələlərlə yanaşı, əhalinin ictimai şüurunda seçki ilə bağlı yanlış stereotiplərin formalaşdırılmasıdır. Heç də uzaq olmayan tarixi xatırladaq. “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq, cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin ictimai dəstəklə bağlı bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Odur ki, həqiqətləri görməyi bacaraq və emosional manipulyasiyalara uymayaq. “Kirli” siyasi texnologiyalarının ifşasına davam…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib – FOTO

Next

Mərkəzi Neftçilər Xəstəxanasının üç şöbəsi əsaslı təmir olunub – FOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv