Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Şəkərdəki zərər

By Vüsal Rafiqoğlu
21.12.2023 3 Min Read

Şəkərdən istifadə yeməklərə və içkilərə ləzzət qatmağın ən populyar yollarından biridir. Lakin bu cazibədar dad orqanizmimizə özü ilə birlikdə sağlamlıq üçün risklər də gətirə bilər.

ARANTV.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Validə Sadıxovanın hazırladığı məqalədə bəhs olunur.

Dadlı təhlükənin incə cizgisi

Normal miqdarda şəkər faydalı və hətta zəruridir. Normadan artıq olduqda isə piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaratmaqla və hətta bir neçə tədqiqatın nəticələrinə əsasən, bəzi xərçəng xəstəlikləri riskini artırmaqla şəkər “zəhər”ə çevrilə bilər.

Bəs nə qədər?

Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə və uşaqlara gündəlik sərbəst şəkər qəbulunu təxminən 25 qrama (6 çay qaşığı) qədər azaltmağı tövsiyə edir. Buraya təkcə qənd, şəkər tozu, mürəbbə, şərbət, şirniyyatların tərkibindəki şəkər deyil, həm də meyvə və tərəvəzlərin, balın tərkibində təbii halda olan şəkərin, eləcə də şirinləşdirilmiş içkilərin, qablaşdırılmış qidaların tərkibindəki şəkərin miqdarı da aid edilir.

“Şirin təhlükə”

Narkotik, spirt və nikotin tərkibli məhsulların istifadəsinin zərəri və bu maddələrdən asılılığın yaranma təhlükəsi fəal şəkildə işıqlandırılsa da, şəkər istehlakının təhlükələri haqqında çox az məlumat var. Bu məqalə oxucuları öz qida seçimləri barədə düşünməyə və bu mühüm məsələ ilə bağlı düzgün qərarlar qəbul etməyə dəvət edir.

Şəkər asılılıq yarada bilərmi?

Bəli, emal olunmuş şəkərin həddən artıq istifadəsi asılılıq yaradır. Müəyyən edilib ki, şirin qidalar qəbul olunduqda psixotrop maddənin və alkoqolun qəbulundan sonra olduğu kimi beynin eyni sahələri aktivləşir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində “xoşbəxtlik hormonu” ifrazını stimullaşdırır. Şirniyyatdan kəskin imtina cəhdi beyində həmin hormona ehtiyac yarada bilər ki, bu da nəticədə şəkər asılılığı olan şəxsdə daha çox həcmdə şirniyyat yemək istəyi yaradır. Bu səbəbdən şirniyyatı çox istehlak edənlərə şirniyyat qəbulunu tədricən azaltmaq tövsiyə olunur.

“Tərkibində şəkər yoxdur” yazılan qidalar haqqında həqiqətlər

Marketinqdə istifadə olunan hiylələrdən biri də məhsulların üzərindəki “tərkibində şəkər yoxdur” məlumatıdır. Əslində bu, yalan deyil. Həmin məhsulların tərkibində həqiqətən hamıya tanış olan ağ şəkər olmaya bilər. Lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, müxtəlif sirop növləri və baldan istifadə edilə bilər. Bu hal şəkər istehlakını azaltmır. Sadəcə “sağlam qida” kateqoriyasına aid edilməklə həmin məhsulun qiyməti artırılır.

Yağışdan çıxıb yağmura düşməyək – şəkər əvəzediciləri

Şəkər əvəzediciləri adi şəkərdən 20-40, hətta bəzi növləri 200 dəfəyədək daha çox şirindir və təqribi 3 min adda məhsula (siroplar, yoqurtlar, tez hazırlanan səhər yeməkləri, dondurulmuş yarımfabrikatlar, hazır şorbalar, konservləşdirilmiş meyvə-tərəvəzlər, ketçup və souslar, saqqız, qazlı sular, qablaşdırılmış bir çox qidalar və s.) əlavə edilir.

Şəkər əvəzediciləri şəkərli diabet xəstəliyi olan və ya arıqlamaq arzusunda olanların əsas qida atributu hesab edilir. Lakin unutmaq lazım deyil ki, normadan artıq istifadə olunduqda miqren, baş ağrıları, depressiya, allergik reaksiyalar, ishal, o cümlədən qaraciyər zədələnməsi, insulin dirənci, xroniki iltihaba meyillilik, ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.

“Şəkər” labirintində kompas

Diabet xəstəliyinə bir labirint kimi baxsaq, sağlam qidalanmanın insanları düzgün istiqamətə yönəldən kompas olduğunu demək olar. Qidalanma l tip diabetdə qan şəkərinə nəzarət etmək üçün vacibdirsə, ll tip diabetdə daha çox xəstəliyin qarşısının alınması və idarə edilməsində mühüm rol oynayır.

Şəkərsiz həyat – sağlam həyat. Bu həyatı seçmək sənin əlindədir…

Sağlamlıq hər kəsin şəxsi seçimindən və həyat tərzindən asılıdır. Lakin bu bir həqiqətdir ki, şəkərin həyatımızdakı rolunu və qidalanma vərdişlərimizi yenidən nəzərdən keçirmək uzunmüddətli sağlamlıq üçün çox vacibdir.

Qısa tövsiyə

Çayı şokolad, mürəbbə və şirniyyat əvəzinə təzə və ya qurudulmuş meyvə və giləmeyvələrlə içmək, susuzluğu şəkərli içkilərlə deyil, su ilə dəf etmək, yemək hazırlayarkən isə minimum şəkər əlavə etmək və ya ümumiyyətlə əlavə etməmək, üzüm, armud kimi həddindən artıq şirin meyvələri limitli qəbul etmək daha məsləhətlidir.

Etiketə diqqət!

Alarkən qidaların etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun tərkibindəki inqrediyentlər onların miqdarının azalması istiqamətində yazılır, yəni inqrediyent siyahının başındadırsa, deməli, onun məhsulda miqdarı çoxdur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Göbələk haqqında maraqlı faktlar

Next

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv