Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İraq səhnəsi: Ankaranın qanunsuz marşruta zərbəsi, Türkiyə hərbçilərinə hücumun pərdəarxası – TƏHLİL + FOTO

By Vüsal Rafiqoğlu
25.12.2023 3 Min Read

Yaxın Şərqin İraq səhnəsi yenidən Türkiyə əleyhinə cəbhə kimi format edilir və bu ideyanın müəlliflərinin hansı güclər olduğuna fokuslanmaq labüddür.

İraqın şimalında PKK-nın hücumları nəticəsində 12 Türkiyə hərbçisinin şəhid olmasının ən çox kimin işinə yaradığı haqqında ipuclarını tapmaqdan ötrü obyektivləri geniş strateji mənzərələrə tuşlamaq lazımdır.

İraqda daimi sabitliyin və təhlükəsizliyin təmin olunması Türkiyə üçün strateji cəhətdən kritik önəm daşıyır.

Çünki iki ölkə həmsərhəddir və Türkiyə üzərinə edilən təzyiqlərdə İraqdan coğrafi olaraq mənşə ölkə kimi istifadə edilir.

PKK-nın fəaliyyət dairəsində əhəmiyyətli yer tutan İraq İrandan gətirilən narkotik vasitələrin Suriyaya, Türkiyəyə keçidi üçün tranzit rola malikdir.

Ancaq Türkiyə İraqın şimalında özünün təhlükəsizlik sistemini formalaşdıraraq təhdid mənbəyi olan terror təşkilatlarını və narkobiznesi qismən zərərsizləşdirmək rejiminə keçirməyi bacarıb.

Bununla da Ankara:

– İraqda Türkiyənin terror təşkilatı kimi qiymətləndirdiyi qruplaşmaların yer aldığı bölgələrə – məsələn, Sincara – açılan qapıları bağlamağa müvəffəq olmaq statusunda iddialı olduğunu göstərir;

– İraqın narkotik ticarətindəki tranzit yoluna nəzarəti ələ keçirib, terror təşkilatlarının maliyyə mənbələrindən birinə zərbə vurur.

Məlumatlara əsasən, İraqa narkotik maddələrin təxminən 90 faizi İran ərazisindən daxil olur. Vəziyyətin bu yerə çatmasında mütəşəkkil qaçaqmalçı qrupların güclü şəbəkəsinə, onsuz da, zəif olan təhlükəsizlik tədbirlərinin adekvat cavab verməməsi dayanır.

Qaçaqmalçı şəbəkənin fəaliyyəti, təbii ki, regionda terrorçu qrupların fəaliyyəti ilə eyni mərkəzdən idarə edilən koordinasiya yükünə malikdir.

Rəsmi Ankara İraqın şimalında təhlükəsizlik üzrə hərbiləşmiş, effektiv kəşfiyyatı, nəzarəti qurana qədər terror, narkotik şəbəkəsi Avropaya çatmaq və “ağ ölüm”ə tələbatı genişləndirmək üçün Türkiyədən də tranzit ölkə kimi istifadə edirdi. Türkiyəyə narkotik keçidlərində Suriya da əhəmiyyətli rol oynayırdı.

Lakin vəziyyət son illərdə Türkiyənin xeyrinə əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb və Ankara regiondakı təhlükəsizlik tədbirlərini gücləndirməklə strateji genişlənməsini peşəkarlıqla həyata keçirir.

Buna rəğmən, İraqda maraqları kəsişən dövlətlər çoxdur, burada ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İran kimi oyunçular öz qaydalarını tərtib etmək yarışına girişiblər.

Burada fikri o suala cəmləmək lazımdır ki, PKK kartından Türkiyə əleyhinə ən çox hansı ölkə istifadə etməyə can atır?

Diqqətlər ABŞ və Fransa kimi ölkələrin maraqları üzərinə fokuslanır.

PKK-nın Türkiyə silahlı kontingentinə hücumu qeyd edilən qeyri-qanuni ticari xətlərin qırılması ilə yanaşı, başqa bir məqamla paralel formada üzə çıxır.

Türkiyə ilə İraq arasında genişspektrli danışıqların nəticəsi olaraq “İnkişaf yolu” (“Kalkınma yolu”) layihəsinin işə başladığı elan edilib ki, bu da Ankaranın İraqdakı strateji maraqlarının təminində mühüm faktordur.

“İnkişaf yolu” İraqdan Türkiyəyə uzanan, avtomobil yolları, dəmir yolları, limanları eyni paketdə əhatə edən layihədir.

Bu layihə ilə Türkiyə üzərindən Asiya və Avropa arasındakı ticari marşrutun dövr müddətinin qısaldılacağı hədəflənir. Bu layihənin strateji məqsədləri Avropa üçün də sərfəlidir, çünki o, Avropanın iqtisadi genişlənməsinə alternativ nəfəslik verir.

Ancaq Avropanın ABŞ-nin, Fransanın maraqlarından kənarda bu cür strateji böyümə layihələrində iştirakı, təbii ki, Vaşinqton üçün uyğun olmayan ssenarilərdir.

Ona görə də PKK-nın Türkiyə ordusuna hücumu ən çox ABŞ və Fransanın Türkiyə ilə siyasi gərginlikləri və təhlükəsizliyə dair fərqli məntiqlərinin çəkişməsi fonunda qiymətləndirilə bilər.

Yaxın günlərdə Türkiyənin PKK-ya qarşı əməliyyatlarının effektiv nəticələr hasil edəcəyi gözləniləndir, lakin Ankaranın Vaşinqton və Parislə siyasi gərginliyin yeni zirvəsinə qalxacağı da istisna edilməməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

Next

Qətldə təqsirləndirilən hərbi ekspert azadlıqda qaldı – FOTO

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv