Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Erməni kilsəsi Paşinyanın hansı sirlərini bilir?

By Vüsal Rafiqoğlu
03.01.2024 3 Min Read

Katolikos  II  Qareginin  Yeni il müraciətinin yasaqlanması Qarabağa görə deyil, daha başqa səbəblər var

Son zamanlar erməni din xadimlərinin davranışları göstərirk ki, erməni kilsəsi Azərbaycanla sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilisəsinin mövqeyi daima bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni din xadimləri hətta hesab edirlər ki, xristian sivilizasiyasının belə güclü bir vaxtında Azərbaycan qələbə əldə etməməli idi.

İrəvanda nəşr olunan hakimiyətyönlü nəşrlər yazır  ki, Nikol Paşinyan hakimiyyəti guya “revanş” kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır. İddialarına görə, rəsmi Bakı İrəvandan tələb edib ki, revanşizmlə bağlı çağırışlara son qoyulsun, qisasçılığı təbliğ edərək yeni müharibə istəyənlərin cavabı verilsin.

e7884ccd-7537-44c8-8fbf-eacb016ec40d.jpg (10 KB)

Ermənistanın İctimai Televiziyası və bəzi telekanalların  katolikos  II  Qareginin  Yeni il müraciətini yayımlamaqdan imtina etməsini də bu konteksdə izah edənlər var.  Hələ I Vazgenin vaxtından ənənəvi olaraq, erməni kilsəsinin rəhbərinin  dövlət(və ya hökumət) başçısınında əvvəl Yeni il çıxışı yayımlanıb. Bu il isə son anda İctimai Televiziya heç bir əsaslı səbəb göstərmədən  elan edib ki, ənənəvi Yeni il müraciəti bu dəfə  yayımlanmayacaq. Əvəzində Eçmiədzin kilsəsi  taxt-tacının sahibinə təklif edilib ki, xəbər buraxılışında katolikosun xalqa əsas mesajlarını çatdıra bilərlər.

Bəs, erməni kilsəsinin rəhbərinin Yeni il çıxışında nələr var ki, Paşinyan hakimiyyəti belə yasaq qoymaq məcburiyyətində qalıb? Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın bu günlərdəki    revanşist çağırışıları ilə müqayisədə Qaregin lap “mələk” kimi görünüb. Məlumdur ki, kilsədəki son çıxışlarının birində Qalstanyan “mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam” deyib.

Katolikos çıxılşında 2023-cü ili erməni xalqı üçün “çətin il” adlandırıb. Qaregin çox da uzun olmayan çıxışında  iki dəfə “artsax”ın adını çəkib. Əvvəl ermənilərin qovulduğu yalanını təkrarlayıb, sonra isə Ermənistana gəlmiş “qardaş-bacıları üçün rəhm və qayğıkeşlik” istəyib. Qareginin çıxışının əsas tezislərində  heç bir xüsusi siyasi çalar, müharibəyə, qisasa birbaşa çağırış yoxdur, ermənilərə təskinlik mesajları, Allahdan mədət ummaq çağırışları üstünlük təşkil edir. “Bütün qəlbimizlə dua edək ki, səmavi Rəbb erməni ölkəsini və bütün bəşəriyyəti əmin-amanlıq içində qorusun, Öz köməyi ilə üzərimizə sevgi və ümid lütfünü bəxş etsin və təhlükədən keçən vətənimizə və bütün xalqımıza qələbə bəxş etsin” deyə, Qaragin bildirib.  Ola bilər ki, Ermənistan hökumətinin qadağasından sonra Qaraginin çıxışına “əl gəzdirilib”, subut etmək istəyiblər ki, onlar heç də revanşist deyillər.

82475_large.jpg (43 KB)

Bəzi mənbələrə görə, Paşinyanla Qaraginin  münasibətlərindəki çatlar Ermənistanın 44 günlük müharibədə məğlub olmasından sonra, katolikosun hökuməti açıq şəkildə tənqid etməsindən başlayıb. Amma hələ 2019-cu ilin payızında Los-Ancelesdə keçirdiyi mətbuat konfransındaPaşinyan ruhanilərlə münasibətlərinin gərgin olduğunu gizlətməmişdi. O,  açıq demişdi ki, əgər erməni xalqı  kilsənin hakimiyyətin işlərinə qarışmasını arzu edərsə, ölkə rəhbərliyi bu məsələni müzakirəyə çıxarmağa və müvafiq tədbirlər görməyə hazırdır. Paşinyan  hədə tonuna keçərək demişdi ki, bəzi siyasi qüvvələr hakimiyyətin liberal siyasətini onların zəifliyi kimi qiymətləndirir: “Oxşar münasibət din xadimləri arasında da müşahidə olunur. Bəzi din xadimləri bizim “kilsənin işlərinə qarışmaq fikrində deyilik” deməyimizi zəiflik kimi qiymətləndiriblər. Bizim təbəssümümüzü və hörmətli münasibətimizi zəiflik kimi qəbul etməyin”. Yəni kilsə ilə hökumət arasında gərgin münasibətlər hələ müharibədən əvvəl  yaranmışdı və bunun “milli məsələ” ilə çox da əlaqəsi yoxdur. Maraqlıdır ki, bundan əıvvəlki iki prezidentlə-Sərkisyan və Köçəryanla kilsə rəhbərinin münasibətləri yaxşı olub, bütün tədbirlərdə Qareginin xeyir-duası ilə keçib. O halda, diqqəti Paşinyanın personasına və bağlı olduğu dairələrə yönəltmək lazım gəlir.

Kilsə tarixən hakimiyyət oyunlarında iştirakçı olsa da, mühafizəkar mövqeyini saxlamağa üstünlük verir. Paşinyan hakimiyyətə gələndən ölkəni açıq bazara çevirib, qapılarını Qərbin ən müxtəlif dairələrinin üzünə açıb. Kilsə isə belə açıqlığı ya istəmir, ya da onun izahatını tələb edir. İkinci bir tərəfdən, unutmayaq ki, erməni kilsəsi Rusiyanın təkcə dini dairələri ilə deyil, hətta kəşfiyyatı ilə də münasibətlər saxlamağa meyllidir. Paşinyan haqda ola bilsin ki, kilsənin bildiyi daha çox, hətta mübhəm sirlər də var…

Bunların davası Qarabağa görə deyil, daha başqa səbəblər  var…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

AYNA gömrük postlarında gözləyən yük maşınlarının sayını açıqladı – VİDEO

Next

Zeynəb Xanlarova oxusun, ya oxumasın?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv