Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dünyanın çamadan ovqatı – Turizm reytinqində 71-ciyik, ilk onluqda böyük dövlətlərdir

By Vüsal Rafiqoğlu
16.01.2024 5 Min Read

Hər il milyonlarla turist müxtəlif ölkələrə səyahət edir – dəniz kənarında dincəlmək, dünyanın memarlıq abidələrinə baxmaq, başqa xalqların həyat tərzilə tanış olmaq, yeni-yeni yerləri görmək, kəşf etmək üçün. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, ən çox ziyarət edilən ölkələrin reytinqinə Fransa başçılıq edir. Hər il təxminən 90 milyon əcnəbi Parisi, Luvr muzeyini, Eyfel qülləsini və digər məşhur maraqlı yerləri görməyə gəlir.

Fransanın ÜDM-nin 9%-ni turzmdən gələn gəlirlər təşkil edir. 3 milyona yaxın ölkə vətəndaşı turizm sektorunda çalışır. İspaniya və ABŞ da Fransadan sonra turizm üçün ən populyar ölkələrdir.

2884e027aa34cde2dfd8708c252a79b258602d52.jpg (255 KB)

UNWTO-nun hesabatları 200-dən çox ölkədən daxili, giriş və çıxış turizmi ilə bağlı məlumatlara əsaslanır.

Turizmdə lider dövlətlərin reytinqi girişlərin sayına görə tərtib edilir. UNWTO-nun 2023-cü ilin mart ayına olan 2019-cu il üzrə son hesabatına əsasən, turistlər arasında ən populyar ölkələrin reytinqinin ilk onluğu belədir: Fransa 89.4, İspaniya 83.5, ABŞ 79.3, Çin 65.7, İtaliya 64.5, Türkiyə 51.2, Meksika 45, Tayland 39.8, Almaniya 39.6, Böyük Britaniya 39.4.

2023-ci il üçün dünyanın turizm üzrə ən inkişaf etmiş 10 ölkəsi aşağıdakılardır: Yaponiya, ABŞ, İspaniya, Fransa, Almaniya, İsveçrə, Avstraliya, Böyük Britaniya, Sinqapur, İtaliya.

Beynəlxalq turizmdən ən çox pul qazanan ölkələr isə bunlardır:

ABŞ – 70,2 milyard dollar;
Fransa – 40,8 mlrd;
İspaniya – 34,5 mlrd;
BƏƏ – 34,4; mlrd
Böyük Britaniya – 33,1 mlrd;
Türkiyə – 26,6 mlrd;
İtaliya – 25,2 mlrd;
Almaniya – 22,2 mlrd;
Meksika – 19,8 mlrd;
Avstraliya – 17 mlrd.

Göründüyü kimi, turizm sektorunun inkişaf etdiyi, turistlər arasında daha popular olan və turizmdən daha çox pul qazanan ölkələrin ilk onluğu çox az dəyişir. Çünki bunların üçü də bir-birinə bağlıdır. Turistlər daha populyar ölkələrə gedirlər, həm də ona görə ki, orada turizm sektoru daha yaxşı inkişaf edib və bu ölkələr mükəmməl infrastruktura malkdirlər. Bu isə turistlərin o ölkələrdə daha çox pul xərcləməsini təmin edir.

niaqar.jpg (65 KB)

Birləşmiş Ştatlar bir ildən artıqdır ki, turizm ölkələri reytinqinə başçılıq edir. Bu, 50 dövlətin birləşməsindən yaranmış ABŞ-ın təbii müxtəlifliyindən təsirlənir. Turistlər ABŞ-da xizək sürə, tropik çimərlikdə günəş vannası qəbul edə, tundra və ya səhraya baş çəkə və okean dalğalarında sörfinq edə bilərlər.

ABŞ ayrıca bir dünyadır, ona görə də dünyanın hər tərəfindən turistləri cəlb edir və bu dövləti turizm gəlirlərinə görə liderə çevirir. Amerikada otellər, restoranlar, daxili hava nəqliyyatı, avtomobil kirayəsi və düşərgələr şəbəkəsi çox inkişaf edib və bu, turizm sektoruna böyük yatırımlar edilməsinin nəticəsidir. Təkcə 2019-cu ildə ABŞ-da turizm sənayesinə 209 milyard dollar sərmayə qoyulub. Hər il dünyanın müxtəlif yerlərindən təxminən 80 milyon səyahətçi ABŞ-a səfər edir.

Fransa, Böyük Britaniya və İspaniya da vaxtilə dünya imperiyaları olmalarının, populyarlıqlarının, turizm sektoruna aid infrastrukturun mükəmməlliyinin, muzeylərinin zənginliyinin, bu sahəyə ciddi diqqət yetirmələrinin bəhrəsini görür.

kleopat.jpg (72 KB)

Türkiyəni də o qrafaya aid etmək olar. Bu ölkənin də qədim və zəngin tarixi, maraqlı muzeyləri, əsrarəngiz coğrafi relyefi, yaxşı infrastrukturu var. Türkiyə son illərdə bu sektora yatırdığı böyük vəsaitlərin qarşılığını almaqda, Avropanın və yaxın ölkələrin vətəndaşlarına yüksək keyfiyyətli xidmət, nisbətən ucuz qiymət təklif etməkdədir. Ona görə də qardaş ölkə turizmdən milyardlarla dollar həcmində pul qazanan ölkəyə çevrilib. Türkiyəyə gələn turistlərin çoxu isti dənizlərdə yay tətili üçün gəlirlər. Üç tərəfi dəniz olan ölkədə çimərlik mövsümünün may ayından oktyabra qədər (ilin yarısı) davam etməsi yay turizmi üçün çox əlverişlidir.

Populyar turizm ölkələrinin sırasında adı gedən Tayland da isti ölkə olduğundan yay turizmi üçün əlverişlidir. Ancaq bu ölkəni dünyada məşhur edən əsas amil seks turizmidir. Taylandı əbəs yerə “dünya fahişəxanası” adlandırmırlar. Bu ölkədə intim sferada heç bir məhdudiyyət, yasaq yoxdur, üstəlik, xidmətin tarifi başqa ölkələrdə olduğundan xeyli ucuzdur. Taylandda turistlərə işləyən milyonlarla ticarət, iaşə, xidmət işçiləri ilə yanaşı, ayrıca 3 milyona yaxın seks işçisi də fəaliyyət göstərir.

thai-bargirls-pattaya.jpg (62 KB)

Son illərdə bu sektoru inkişaf etdirmək istəyən ölkələrin sayı çox artıb, ona görə də yaxın illərdə ciddi rəqabət yaranacaq. Rəqabətə davam gətirmək üçün infrastruktur layihələrinə böyük investisiyalar qoymaq, reklama pul xərcləmək, bacarıqlı kadrlar hazırlamaq lazımdır. Bir də ən əsas məsələ turizmə açıq ölkə halına gəlməkdir.

Turizm üçün populyar ölkələrin reytinqlərinə dövlətin viza və miqrasiya siyasəti baxımından açıqlığı ciddi təsir edir. Bu meyar Dünya İqtisadi Forumu indeksi çərçivəsində qiymətləndirilir. Qonaqpərvərlik səviyyəsinə görə də xüsusi reytinq mövcuddur. Öz sərhədlərini vizasız və ya sadələşdirilmiş rejimdə (gəliş zamanı verilən icazə ilə və ya elektron formatda keçmək üçün) istifadə edən ölkələr reytinq cədvəlində yuxarı yerləri tuturlar. Bu aspektdə liderlər açıqlığı ilə seçilən Afrika və Cənubi Amerika ölkələridir: 198 ölkədən olan turistlər bu bölgələrdə onlarla dövlətə sərbəst şəkildə gələ bilirlər. Şimali Amerika ölkələri kimi Avropa ölkələri də bu xüsusda daha ehtiyatlıdır, lakin bu, onların səyahətçilər arasında populyarlığına təsir göstərmir.

travel-countries-900x467.jpg (98 KB)

Avropada turistlər üçün ən açıq ölkə Kosovodur. Bu ölkəyə vizasız giriş 109 ölkənin vətəndaşları üçün əlçatandır. Moldova 103 ölkənin vətəndaşından viza tələb etmir. Bosniya və Herseqovinaya 101 ölkənin vətəndaşları vizasız səyahət edə bilərlər. Türkiyə 121 ölkədən gələn turistlərİ vizasız qəbul edir.

Boliviya Cənubi Amerikada, eləcə də dünyada vizasız razılaşmaların sayına görə liderdir: bu ölkənin qapıları 198 ölkənin vətəndaşlarına açıqdır. Surinam Bolviyadan yalnız bir ölkə nisbətində geri qalır. Dominikan 196 ölkənin vətəndaşlarına vizasız səyahət imkanı verir.

Asiyada Şərqi Timor, Maldiv adaları, Kamboca turizm sektorunu inkişaf etdirməyin yolunu viza istəməməkdə görürlər.

Afrikada Konqo, Efiopiya və Nigeriya 198 ölkədən vizasız turist qəbul edirlər.

unnamed.jpg (83 KB)

Azərbaycan hələlik vizasız gediş-gəliş razılaşmalarının çoxluğu ilə öyünə bilməz və bu, ölkənin yerləşdiyi regional və geostrateji məsələlərlə bağlıdır. Ancaq infrastruktur layihələrinə investisiya yatırılması intensiv şəkildə davam edir. Son vaxtlar bir sıra ölkələrlə turizm sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılır və bu, gələcəkdə öz bəhrəsini verəcək. İndilikdə isə ölkəmiz turizm sektorunun inkişafına görə dünyanın 136 ölkəsi arasında 71-ci yerdədir. Turizmin inkişafı üçün lazım olan hər cür təbiət isə ölkəmizdə var – qarlı dağlardan isti dənizə, əsrarəngiz göllərdən gözəl meşələrə, müalicəvi məkanlardan tarixi yerlərə qədər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanda Hikmət Mirzəyev qorxusu – Bakı nəyə hazırlaşır?

Next

Doğuşdan yoxsul olan 3 BÜRC – Onlar heç zaman varlanmayacaqlar

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv