Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan üçün kritik il – müharibə konstitusiyası dəyişəcəkmi…

By Vüsal Rafiqoğlu
23.01.2024 4 Min Read

Ermənistan referenduma gedir və müstəqillik bəyannaməsindən iki ölkəyə qarşı ərazi iddiaları çıxarıla bilər; qondarma “artsax” ideyasının, eləcə də qondarma “soyqırımı” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil 

Ermənistanın hazırkı konstitusiyasına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hələ də bu ölkənin ərazisi sayılır. Belə ki, 1995-ci ildə qəbul olunmuş həmin konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var.

Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.8 min kv km-lik Ermənistan SSR-i deyil, həm də 4.4 kv km-lik DQMV-i özündə ehtiva edir – 34.1 kv km. Müstəqillik haqqında Aktda (maddə 11) və konstitusiyada (maddə 13) həmçinin Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiaları yer alır: qardaş ölkənin torpaqları 6 vilayəti – 187 min kv km, yəni iki Azərbaycan Respublikası qədər (!) “Qərbi Ermənistan” kimi təsbit edilir. Həmçinin kapitulyant ölkənin gerbində Ağrı dağı (“Ararat”) əks olunub. Yəni Azərbaycanla yanaşı, Türkiyəyə də rəsmi səviyyədə ərazi iddiası davam edir. Bu azmış kimi, 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan qanuna əsasən heç bir erməni rəsmisi “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədə imza ata bilməz”.

Aydındır ki, barıt qoxulu “miatsum” konstitusiyası qaldıqca Bakı və Ankara ilə daimi sülhdən danışmaq mümkün olmayacaq – hətta tərəflər arasında sülh müqavilələri imzalansa belə. Şübhə yox ki, bunu baş nazir Nikol Paşinyan hamıdan yaxşı bilir. Ötən həftəsonu o, ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu söyləyib. Sitat: “Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə və mən bu fikri ona görə deyirəm ki, daha geniş müzakirə mövzusuna çevrilsin, Ermənistana konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır. Dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək. Bu dəyişikliyə müxtəlif yollarla yanaşmaq olar. Ancaq təkamülə münasibətimizin necə olmasından asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaqdan ibarət olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya gedəcəyik, onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməliyik”.

Lakin hələlik məlum deyil ki, Nikol “yeni konstitusiya” deyəndə onu həm də beynəlxalq hüquq normalarına uyğunlaşdırmağı nəzərdə tutur, ya yox? İstisna deyil ki, bu hədəf də var. O zaman o, cəmiyyətin radikal-revanşist kəsiminin müqavimətini qıra biləcəkmi? Qeyd edək ki, az öncə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirmişdi ki, konstitusiya islahatlarının yeni konsepsiyası ilin sonuna qədər hazır olacaq. Bu arada “Hraparak” erməni nəşrinin yazdığına görə, Paşinyan məhdud çevrədə deyib ki, onun əsas vəzifəsi konstitusiyanın preambulasının Azərbaycana qarşı ərazi iddialarına istinad edən mətnindən xilas olmaqdır. “Çünki bu, Ermənistanın Azərbaycan və Türkiyə arasında sülhün bərqərar olmasına mane olur”.

Bakıdan İrəvana iki mesajın göndərilməsinə ehtiyac var" - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, gözlənildiyi kimi, Ermənistanın radikal müxalifəti baş nazir Nikol Paşinyanın üstünə düşüb ki, bəs o, yeni konstitusiyanın qəbulu vacibliyini söyləməklə əsas qanunda Azərbaycana və Türkiyəyə ərazi iddiaları olan bəndləri çıxarmaq istəyir: “Ayrı necə olmalıydı ki? Məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, konstitusiyasından məlum bəndləri çıxartmalıdır, əks halda, iki qonşusu ilə dayanıqlı barışa ümid edə bilməz. Radikalların xəstə məntiqinə görə, Ermənistan ərazi iddialarından əl çəkməməli və əbədiyyətə qədər iki qonşusu ilə düşmən olmalıdır. Bununla radikallar ermənilərə Cənubi Qafqazda əbədi nifaq və məhrumiyyətlər vəd edirlər”. Politoloqun fikrincə, Nikol Paşinyana konstitusiya dəyişiklikləri yolunda kənardan dolayı dəstək vermək lazımdır: “Misal üçün Azərbaycan Xarici İşlər Nazirliyi qısa mətndən ibarət bəyanat yaya bilər və orada göstərər ki, Ermənistan Konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlərin varlığı bölgədə sülh və əməkdaşlığa əngəldir və münasibətlərin normallaşması üçün həmin bəndlərin əsas qanundan çıxarılması bugünkü reallığın diqtə etdiyi şərtlərdən biridir. Bu bizim erməni cəmiyyətinə mesajımız olar ki, sülh istəyirsinizə, yeni konstitusiyanın qəbulunda baş nazirinizə dəstək verin!”

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

 Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının müşahidələrinə görə, Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzaki mövzusuna çevrilib: “Hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir. Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür. Bəyannamənin 11-ci bəndində qeyd olunur: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipi ilə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq, regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir”. Ekspert hesab edir ki, bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir: “Və qondarma “artsax” ideyasının, eləcə də qondarma “soyqırımı” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərb diplomatları İrəvandan Bakıya niyə keçmir – şok səbəb

Next

COVİD-19-u ağır keçirənlərə pis xəbər – beyni tədricən qocaldırmış?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv