Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ulduz lafı – 3 bürc (1,5 milyon adam) Bezosdan daha varlı olacaq

By Vüsal Rafiqoğlu
23.01.2024 3 Min Read

Son vaxtlar mediada, əsasən də saytlarda kopyalama üsulu ilə yayılan xəbər başlıqları sellənib gedir. Deyirlər, tirajlı materiallardır, hamı girir, oxuyur. Baxış sayına baxırsan, doğrudan da elədir. Amma “əmmalar” çoxdur.

İndi o cür başlıqlardan 3-4 nümunə verək, sonra mətləbə keçərik. Söhbət bunlardan gedir:

“Dörd bürcün həyatında əsl bayram başlayacaq: pul çay kimi axacaq”;

“Üç bürcü inanılmaz fürsətlər dövrü gözləyir”;

“Doğuşdan yoxsul olan 3 bürc – Onlar heç zaman varlanmayacaqlar”;

“2024-cü ildə gözlənilmədən varlanacaq 3 bürc”.

Əgər oxucular kütləvi şəkildə daraşıb bu kimi materialları oxuyursa, demək, həm sadəlövhdürlər, belə şeylərə inanırlar, həm də kasıbdırlar, ulduz lafına ümid bağlayırlar. Hər kəs bilməlidir ki, kasıblıq-varlılıq bürc-mürclə bağlı məsələ deyil. Bu, bir az şansa, daha çox isə fərasətə, zəhmətə, mirasa, risksevərliyə, arxa-dayağa bağlıdır.

Biri təhsilsiz və fərasətsizdirsə, atası, əmisi, dayısı böyük vəzifə yiyəsi deyilsə, əmin olsun ki, ən bəxtəvər bürcdən olsa da, dövlət quşu onun başına qonmayacaq, uzağı o quş onun başının üzərində havada bir-iki saniyə ləngiyəcək və uçub gedəcək, o da quşu söyə-söyə su axtaracaq.

Bir özünüz fikirləşin, bu ölkənin 10 milyondan çox əhalisi var və onlar 12 bürc arasında aşağı-yuxarı bərabər bölünüblər. Hər bürcün “inhisar”ında 833 min adam var. Bunun təxminən 500 mini yetkin adamlardır. Əgər vəd edildiyi kimi, “dörd bürcün həyatında əsl bayram başlayacaq”sa və “pul çay kimi axacaq”sa, bu 2 milyon adamı əhatə edir. Onların hərəsi, çox yox, beşcə min qabağa düşəcəksə, bu da 10 milyard manat pul tutur.

Belədə ortaya suallar çıxır: O qədər pul hardadır, hansı bankdadır? Ən ümdəsi birdən-birə bu qədər pul 4 bürcün “abonentləri” arasında hansı mexanizm üzrə paylanacaq? İstehlak bazarına birdən-birə 10 milyard manat pulun daxil olması, daha dəqiqi, çay kimi axması ölkə iqtisadiyyatını sarsıtmayacaqmı, hiperinflyasiyaya səbəb olmayacaqmı?

Göründüyü kimi, iqtisadi-maliyyə prizmasından baxanda proqnozun cəfəngliyi üzə çıxır.

O biri proqnozlar da eləcə. Hamı əmin olsun ki, nə 2024-cü ildə 3 bürcə daxil olan 1.5 milyon adam gözlənilmədən varlanmayacaq, nə də başqa üç bürcü “inanılmaz fürsətlər” gözləmir. Yox bir 1 milyon adam qəfildən varlanıb Ceff Bezosu, Bill Qeytsi zənginlikdə ötəcək. Hərçənd “heç vaxt varlanmayacaq üç yoxsul bürc”lə bağlı ulduz falı böyük ehtimalla düz çıxacaq. Həm də təkcə adları çəkilən 3 bürcün adamları yox, yerdə qalan 9-nunku da ömürlərinin sonuna qədər quru maaşla, kreditlə, təqaüdlə yaşayacaq. Bura Lüksemburqdur, İsveçrədir, yoxsa Sinqapurdur?

Hələ şükür edək ki, neft hasilatı azalmasın, Zimbabvenin, Sudanın, Haitinin gününə düşməyək.

Guya adları çəkilən ölkələrdə “üç şanslı bürc” yoxdur? Onlarda da hər bürcdə doğulmuş adamlar var, amma varlanmırlar, çünki nə təbii resursları var, nə də Yaponiyadakı, Kanadadakı və Avstraliyadakı kimi yaxşı məktəbləri.

İndi gələk “üç bürc” yazılarının hazırlanması prosesinə. Əvvəllər, demək olar ki, hər qəzetin özünün astroloqu vardı və qəzetlərin hamısı “astroloji proqnozlar” verirdi. Bu işin uzmanı olan qardaş çox qəzetlə işləməyi çatdıra bilmədi, nəticədə hər nəşr öz “astroloq”unu yaradası olmuşdu. Onsuz olmurdu. Onlar da ağıllarına gələni, əsasən də öz arzularını yaza-yaza püxtələşirdilər.

Hətta arada bekar olanda “ulduz falı” da yazan bir həmkarımız olub, əli aşağı olan kimi baş redaktorun falına belə yazırmış: “Üstünüzə borc pula gələni əliboş qaytarmayın, Allaha ağır gedər”; “Bu gün səxavətli olsanız, böyük savab qazanarsınız” və s. Baş redaktor da hər gün öz ulduz falını oxuyan adam imiş, növbəti tövsiyə-proqnozu oxuyandan sonra həmkarımız onun yanına dalıb deyirmiş: “Müdir, əlim aşağıdır, 20-25 manat lazımdır”. Müdür də savab qazanmaq fürsətini qaçırmırmış: “Lazımdır, al, xərclə”. Beləcə, həmkarımız ulduzların hesabına ən azı özünün işini düzəldirmiş.

Mən əvvəllər bu “üç bürc” xəbərlərini ciddiyə almırdım. Bu yaxınlarda bir daimi oxucumuz xroniki olaraq zərərçəkən bürclərdən olduğu üçün mənə mesaj yazıb ki, a bəy, sizdə də bu cür materiallar gedir, sırf mənim bürcümə hər gün pis-pis şeylər yazılır, buna bir nəzarət edin.

Açıb baxıram ki, öz bürcümdən olanlar da yaman gündədir: gah müflis olurlar, gah 1 milyon qabağa düşürlər, gah vəzifədə irəli çəkilirlər, gah yaxşı təkliflər alırlar; bir həftə son dərəcə xəsisdirlər, bir sonrakı gün isə yaman israfçılıq edirlər; hərdən sədaqət mücəssəməsidirlər, növbəti ay şorgöz xəyanətkara dönürlər. Baş açmaq olmur.

Mən o sadiq oxucuma dedim ki, belə şeylərə fikir verməsin. Amma ona söz vermişəm ki, bizim bürcümüzün adını ləkələyən “astroloq”un adını öyrənib ona deyəcəm. Ta bilmirəm, o astroloqu hansı aqibət gözləyir, gərək ulduzlara baxsın, öz taleyinin necə olacağını görsün.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Asılılığı olan məşhur meyxanaçı üzə çıxdı – SON HALI – VİDEO

Next

Qərb diplomatları İrəvandan Bakıya niyə keçmir – şok səbəb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv