Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Uşaqlarımız Qarabağda böyüyəcəklər” – Talışdan REPORTAJ + FOTO

By Vüsal Rafiqoğlu
23.01.2024 2 Min Read

İşğaldan azad edilmiş Talış kəndində həyat canlanır. Birinci mərhələdə kənddə 20 ev, 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa edilərək yenidən qurulub. Kənddaxili yolların inşası həyata keçirilib, yaşıllıqlar salınıb, dekorativ ağaclar, kollar, güllər əkilib. Kommunikasiya xətləri yenidən qurulub, yeni qaz xətti çəkilib. Bir sözlə, ötən ilin mart ayından kəndə köçürülən sakinlərin rahat və firavan yaşayışı təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri Talış kəndinə gedərək Aslanovlar ailəsinin qonağı olub.

Ailə başçısı Taleh Aslanov deyir ki, çətinliklə keçən 30 illik köçkünlük həyatından sonra indi Talış kəndində rahat, firavan yaşayırlar:

“Torpaqlarımız işğal olunandan sonra Bərdə rayonunun Şorəlli kəndində, xəstəxana binasında məskunlaşmışdıq. 30 il çox çətinliklər gördük, şəraitsiz binada yaşamalı olduq.

2020-ci il bütün xalqımız üçün olduqca uğurlu oldu. 44 günlük Vətən müharibəsində ordumuz qalib gəldi, torpaqlarımız işğaldan azad edildi. Ən böyük arzumuz gerçəkləşdi… Nəhayət, ötən ilin martında, Novruz bayramından bir neçə gün əvvəl Talış kəndinə köçdük, burada evlə təmin olunduq. Novruz bayramı bizim üçün ikiqat sevincli oldu. Beləliklə, 30 illik köçkünlük həyatı başa çatdı, doğma torpaqlarımızda yeni – firavan günlərimiz başladı”.

T.Aslanov Talışdakı yeni həyatlarından bəhs edir:

“Evimiz üçotaqlıdır, hər cür şəraiti var – fasiləsiz qaz, elektrik enerjisi, rabitə ilə təmin olunub. Həyətimizdə alma, armud, heyva, tut, nar, naringi ağacları var. Həmçinin, müxtəlif tərəvəzlər – pomidor, badımcan, qarğıdalı, göy-göyərti becəririk. Uşaqlarımız məktəbə gedirlər. Qızım dördüncü, oğlum isə ikinci sinifdə oxuyur. Mən işləyirəm, həyat yoldaşım da kənddəki uşaq bağçasında işlə təmin olunub. Biz sözlə, hər şey yaxşıdır. Ən əsası isə odur ki, illərdir həsrətində olduğumuz Qarabağımızdayıq. Çox sevinirəm ki, uşaqlarımız burada böyüyəcəklər”.

Ailənin böyük övladı Qönçə ilə söhbət edirik. O, atasının Qarabağ haqqında danışdıqlarını həmişə maraqla dinlədiyini bildirir:

“Atam tez-tez Qarabağ haqqında, buranın təbiəti, dağları, bu yerlərdə keçirdikləri gözəl günlər barədə danışır. Onun Qarabağla bağlı dediklərini maraqla dinləyir, ürəyimdə arzular qururdum. Həmişə istəyirdim ki, torpaqlarımız azad olunsun, atamın bəhs etdiyi o dağları, meşələri mən də görüm”.

Artıq Qönçənin arzusu gerçəkləşib. İndi isə onun ən böyük istəyi böyüyəndə həkim olmaqdır.

“Dərslərimi yaxşı oxuyuram. Böyüyəndə həkim olub, kəndimizdə işləmək istəyirəm”, – deyə Qönçə arzusunu söyləyir.

Ailənin xanımı Tükəzban Mustafayeva da artıq illərin bir-birindən uğurlu gəldiyini söyləyir:

“Şükürlər olsun Allaha, illərimiz bir-birindən uğurlu olur. Keçən il Talış kəndində məskunlaşdıq. Artıq bizim də evimiz var. Kənddə sakinlər üçün hər cür şərait yaradılıb. Gündəlik həyatımızı yaşayırıq. Hər səhər uşaqlar məktəbə, biz işə gedirik. Hər şeydən razıyıq. Bundan artıq nə istəyə bilərik? Gələn ay ölkəmizdə prezident seçkisi keçiriləcək. Bu seçki bizim üçün əlamətdar olacaq. Çünki azad edilmiş ərazilərə köçmüş sakinlər olaraq səsvermədə iştirak edəcəyik. Allah dövlətimizi hər zaman qüdrətli eləsin”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək

Next

Cəbrayılın Xudafərin qəsəbəsinin gələcək görüntüsü – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv