Hadisə 64 yaşlı kişi dəm qazından boğularaq ölüb By Vüsal Rafiqoğlu 25.01.2024 1 Min Read Bakıda 64 yaşlı kişi dəm qazından boğulub. APA xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Xələf Hacıbaba oğlu Xələfov evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.