Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

AŞPA-dan bardağı daşıran son damla: Rəsmi Bakıdan cəsarətli addım – ŞƏRH + FOTO

By Vüsal Rafiqoğlu
25.01.2024 3 Min Read

Böyük güclər, o cümlədən beynəlxalq təşkilatlar, adətən, müstəqil siyasət yeridən dövlətləri qəbul etmək istəmirlər. Çünki ayrı-ayrı dövlətlərin müstəqil siyasətləri həmin aktorların müxtəlif regionlarla bağlı planlarının reallaşmasına mane olur. Bu baxımdan, həm beynəlxalq təşkilatlara, həm də nəhəng dövlətlərə təsir göstərə bildikləri kiçik oyunçular daha çox sərf edir. Biz bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı siyasətində də aydın görürük.

Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Bu reallıqların müəllifi rəsmi Bakıdır. Məhz 44 günlük döyüşlərdən və antiterror tədbirlərindən sonra Azərbaycan regional və qlobal oyunçu kimi öz gücünü bir daha göstərdi. Bu isə çox keçmədən beynəlxalq müstəvidə qıcığa səbəb oldu. Beynəlxalq təşkilatlar, o cümlədən AŞPA istər-istəməz maskasını çıxarmalı oldular.

Cəmi bir neçə gün əvvəl, yanvarın 22-də AŞPA-nın qış yarımsessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. İclasda AŞPA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu mövqe heç də obyektiv, vicdanlı deyil. Əksinə, qərəzlə doludur. Niyə? Çünki 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.

Məsələnin absurd tərəfi orasındadır ki, həmin vaxt Ermənistana “vəkillik” edən AŞPA Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına, habelə dini və mədəni abidələrimizin dağıdılmasına, törədilən vandallıqlara heç bir reaksiya verməyib. Elə bil, nə görüb, nə də eşidib…

Beynəlxalq təşkilat kimi Avropa Şurasının (AŞ) əsas vəzifələrindən biri də dünyada sülh və sabitliyin qorunmasına xidmət etməkdir. AŞPA isə bu qurumun əsas təsisatlarından biridir. Amma tarixi təcrübə göstərdi ki, AŞ və AŞPA öz işini layiqincə icra edə bilmirlər.

30 il ərzində nəinki torpaqlarımız işğal altında qaldı, həm də ərazilərimiz minalandı, Qarabağda narkotik tərkibli bitkilər əkilib-becərildi. Bax onda AŞPA harada idi? Niyə parlamentin iclaslarında bu məsələlər müzakirə olunmurdu? Bütün bunlar riyakarlıq deyilsə, nədir?

2023-cü ilin oktyabrında AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi. O, Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisini geri qayıtmaları üçün həvəsləndirməlidir. Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirdi ki, Azərbaycanın humanitar hüquqa hörmətinə və erməniəsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ölkəmiz tərəfindən həyata keçirilmiş lazımi tədbirlərə məhəl qoyulmaması AŞPA çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.

2023-cü ildə Laçın yolunda keçirilmiş dinc ekoaksiyaya, Qarabağda həyata keçirilmiş birgünlük antiterror tədbirlərinə hər cür don geyindirən AŞPA Ermənistana bir dəfə də olsun, “gözün üstündə qaşın var” deməyib. Məqsəd aydındır: regionun əsas aktoru olan Azərbaycana təzyiqlər vasitəsilə Cənubi Qafqazda suların durulmasına mane olmaq. Çünki AŞPA-nın Azərbaycana qarşı qərəzi həm də Ermənistanı şirnikləndirir, revanşa təhrik edir.

Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

AŞPA-nın bu hərəkəti bardağı daşıran son damla, Azərbaycanın addımı isə indiyə kimi ortaya qoyulan qərəzli mövqeyə, 30 ildən çox davam edən qeyri-obyektiv davranışlara qətiyyətli cavab idi.

“Report” İnformasiya Agentliyi 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda məktəbdə kütləvi dava: “Şagird bıçaq gəzdirir” – VİDEO

Next

Azərbaycanda etiket istehsalçısına bir milyon manat güzəştli kredit ayrılıb – FOTO

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv