Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

AŞPA həqiqətləri görmür: Ermənistanda mediaya hücumlara göz yumulur – ŞƏRH + FOTO

By Vüsal Rafiqoğlu
25.01.2024 3 Min Read

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzi və riyakar siyasəti bütün əndazələri aşıb. Təşkilat növbəti dəfə açıq-aşkar saxtakarlıq etməklə faktları təhrif olunmuş formada Avropa cəmiyyətinə sırımağa çalışıb. Erməni lobbisinin təsirindən qurtula bilməyən qurum reallıqlara, həqiqətlərə qara eynəklə baxmaqdadır. Açıq-aydın görünür ki, qurum müstəqil xarici siyasət yeridən ölkələrə qarşı mübarizəni prioritetə çevirib. Qəbul etdikləri növbəti çürük sənəd də bundan xəbər verir. Cılız qərar və qətnamələrin hər bir müddəasına sübutlarla, dəlillərlə cavab vermək, əsassız arqumentlərin hər birini rədd etmək mümkündür. AŞPA-nın anti-Azərbaycan mövqe nümayiş etdirməsinin kökü bütövlükdə 2000-ci illərin ortalarından başlayır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı, ermənilərin azərbaycanlıları soyqırımına məruz qoyması faktlarını təsdiq edən sənədlər ola-ola işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmaması buna bariz nümunədir.

Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qurumun deputatları bu məsələlərlə bağlı ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini xüsusilə Bakının siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Avropa təsisatları, o cümlədən AŞPA-nın qərəzi daha qabarıq formada özünü büruzə verdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan ittiham olundu. İddiaları da əsassız və qərəzlidir.

Erməni xislətli AŞPA-nın qərəzini, insan hüquq və azadlıqlarını qulaqardına vurmasını faktlarla sübuta yetirməyə çalışaq. Bu ölkədə jurnalistlərə qarşı zor tətbiq edilir, hüquq və azadlıqları pozulur, AŞPA isə sanki kar və kordur, susqundur, prosesləri, sadəcə, izləyir.

Məsələn, erməni mətbuatında yer alan xəbərlərə görə, 2023-cü ildə Ermənistanda media və onların əməkdaşlarına qarşı təzyiq halları artıb. 60-dan artıq hüquq pozuntusu qeydə alınıb, bu da 2022-ci illə müqayisədə xeyli çoxdur. Söz Azadlığının Qorunması Komitəsinin rəhbəri Aşot Melikyan Ermənistanda 2023-cü ildə söz azadlığının vəziyyəti, jurnalistlərin və media resurslarının hüquqlarının pozulması ilə bağlı hesabatı təqdim edib. Ötən ili media və jurnalistlər üçün çətin il kimi qiymətləndirən A.Melikyan kütləvi etirazları və gərginləşmiş ictimai-siyasi vəziyyəti, paytaxtın yeni merinin seçilməsi ilə nəticələnən İrəvan Ağsaqqallar Şurasına seçki kampaniyası zamanı gərgin mübarizəni və seçkidən sonrakı hadisələri xatırladıb.

Hesabata əsasən, ötən il jurnalistlərə qarşı təzyiqlər, o cümlədən media nümayəndələrinə qarşı nifrət və təhdidlər olub: “Baş prokuror hökumətə sosial şəbəkələrdəki məlumatları nəzarətdə saxlamağı və lazım gəldikdə hər hansı nəşri bağlamağa məcbur etməyi təklif edib”.

Komitə rəhbəri son vaxtlar dövlət qurumlarının jurnalistlərə akkreditasiya verilməsini “iş icazəsi və ya lütf” kimi nəzərdən keçirməsindən də narahatdır. Media eksperti müxalif “Joxovurd” qəzetinin əməkdaşı Knar Manukyanın parlamentdə akkreditasiyadan məhrum edilməsini daha mənfi hal sayır: “Son 30 ildə bir jurnalistin akkreditasiyadan məhrum edilməsi halının olub-olmadığını xatırlamaqda çətinlik çəkirəm. Amma bu, indiki hakimiyyətin dövründə ikinci hadisədir və tamamilə əsassızdır. Bu bir faktdır”.

Hesabatda məlumat azadlığının məhdudlaşdırılması hallarından da bəhs edilib. Bildirilib ki, hökumət orqanları ötən il media nümayəndələrinin sorğularını əsassız olaraq rədd edib və ya kifayət qədər cavab verməyib. “İnformasiya əldə etmək və yaymaq hüququnun pozulması ilə bağlı 2023-cü ildə 135 fakt qeydə alınıb. 2022-ci ildə 115 belə hal olub. 135 işin hamısında açıq məlumat tələb olunub. Dövlət qurumları bunu vermədilər və ya natamam məlumat və qeyri-müəyyən cavablar verdilər”.

A.Melikyan vurğulayıb ki, komitənin araşdırdığı bütün hallarda dövlət və ya hərbi sirri ehtiva edən heç bir məlumat tələb olunmayıb: “Biz bu məlumatları çox diqqətlə təhlil edirik. Əgər media orqanı, jurnalistlər dövlət və ya hərbi sirri ehtiva edən məlumatların verilməsi üçün dövlət qurumuna sorğu göndəriblərsə və ona rədd cavabı verilibsə, biz bunu pozuntu saymırıq. Çünki sirri açmaq olmaz”.

Ekspert belə hallarda jurnalistlərə inzibati məhkəməyə müraciət etməyi tövsiyə edir. A.Melikyanın fikrincə, bu, təkcə dövlət qurumundan lazımi məlumatları əldə etmək üçün deyil, həm də onu məsuliyyətə cəlb etmək üçün lazımdır.

Hesabatda 2023-cü ildə məhkəmələrdə jurnalistlərə qarşı daha çox iddia qaldırıldığı da vurğulanıb. İddiaçıların əksəriyyəti barələrində yayılan xəbərlərlə bağlı təkzibin dərc olunması və ya məhkəməyə ərizə göndərməmişdən əvvəl cavab hüququndan istifadə ilə bağlı təklifdən imtina ediblər.

Beləliklə, sadaladıqlarımız çoxsaylı faktların bir hissəsidir. AŞPA üçün əsas maraqlardır, Fransa və Almaniyadan aldığı tapşırıq onun üçün əsasdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel başda olmaqla avropalı diplomat və deputatlar üçün bu faktlar da, yəqin, əsas olmayacaq. Erməni sevgiləri və tapşırıq aldıqları ölkələr buna imkan verməyəcək. Separatizmə açıq dəstək göstərən Borrelin və həmkarlarının bu yanaşmaları, ermənipərəst mövqeyi bütövlükdə Avropaya zərbə vurur. Lakin anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və heç bir qüvvə də onunla təhdid dilində danışa bilməz.

“Report” İnformasiya Agentliyi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhidin qətlə yetirilən arvadının ailəsi fəryad etdi – VİDEO

Next

Tovmasyan: “Delimitasiyadan sonra Ermənistanın öz suveren ərazisi haqqında məlumatı olacaq”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv