Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanın revanşist ritorikası

By Vüsal Rafiqoğlu
01.02.2024 3 Min Read

Nikol Paşinyan Ermənistan ordusunun yaradılmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə sülh sazişinin imzalanması prosesinin uzana biləcəyini və bu səbəbdən qarşılıqlı şəkildə hücum etməmək paktının imzalanmasına zərurət duyulduğunu vurğulayıb. O, həmçinin “İki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılması” təklifi ilə  də çıxış edib. Bununla da Nikol Paşinyan rəsmi İrəvanın sülh danışıqlarında süni maneələr yaratmaqda davam etdiyini, Ermənistanın sülh sazişi imzalamağa tələsmədiyini bir daha nümayiş etdirib. Halbuki, belə bir paktın imzalanmasına əsla ehtiyac yoxdur.

Bəs Paşinyanın növbəti cəfəngiyyatı hansı zərurətdən qaynaqlanıb? Təcavüzkar ölkə yaxşı başa düşür ki, havadarlarını əleyhimizə qaldırsa da, onlar tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatlar hazırlansa da beynəlxalq hüquq normaları çərçivəsində addımlar atan rəsmi Bakı öz haqlı mövqeyindən geri çəkilmir və çəkilmək niyyətində də deyil. Belə olan təqdirdə  sülh müqaviləsinin Azərbaycanın təklif etdiyi prinsiplər əsasında imzalanacağı şəksizdir. Ona görə də Ermənistan hücum etməmək haqqında paktın imzalanmasına nail olmaqla vaxt qazanmağa, sülh məsələsini isə qeyri-müəyyən müddətə təxirə saxlamağa çalışır. Bu da Ermənistanın geosiyasi vəziyyətin dəyişəcəyinə və öz maraqlarına uyğun şərtləri sülh sazişinə daxil etdirə biləcəyinə hələ də ümid etdiyindən xəbər verir. Bir sözlə, Ermənistan bu addımla özü üçün əlverişli sülh şərtləri formalaşana qədər manevr imkanlarını saxlamağa cəhd edir.

Şübhəsiz, söhbət ermənilərin kütləvi şəkildə Qarabağa qaytarılmasından, onların təhlükəsizliyi adı altında orada separatizmi yenidən dirçəltməkdən  gedir. Fransanın və bəzi beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dəstək mesajları da Hayastana  Azərbaycanla sülh sazişi barədə belə davranmağa “imkan” yaradır. Amma görünən odur ki, bölgədə yeni reallıqlar yaradan Azərbaycanı heç bir qüvvə öz fikrindən daşındıra bilməz.

Bəli, regionda sülhün və sabitliyin carçısı olan, real siyasətə üstünlük verən Azərbaycanın mövqeyi  qətidir. Amma üç ildir ki, Ermənistan müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasından yayınır, daha doğrusu, öz havadarlarına arxalanaraq manipulyasiya edir. Halbuki, sülh müqaviləsində bir-birinə hücum etməmək haqqında ayrıca maddənin öz əksini tapacağı əsla şübhə doğurmur. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin  mətbuat katibi Ayxan Hacızadənin sözləri ilə desək, baş nazirin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.

Artıq sirr deyil ki, hazırda Ermənistan Cənubi Qafqazda üstünlüyə malik olmaq istəyən qüvvələrin rəqabət meydanına çevrilib. Hətta Hindistandan, Fransadan, İrandan hərbi texnika almaqda davam edən təcavüzkar Ermənistan “Azərbaycandan təhlükə var” deyə Qərb müşahidəçilərini də “mülki missiya” adı altında ölkəsində yerləşdirib. Bu mənada son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalayan, döyüşə hazır ehtiyat qüvvələrinin olmasının vacibliyini vurğulayan Paşinyanın sülh pro­sesinə ciddi yanaşdığını düşünmək sadəlövhlük olardı. Əgər Ermənistan sülhə doğru addım atmaq istəsəydi, Azərbaycanın ərazi bü­tövlüyü və suverenliyinə qarşı davam edən iddialarına son qoyardı, bu istiqamətdə hər hansı bir əməli addım atardı,  ərazilərimizin  bir qismini hələ də işğal altında saxlamazdı, sürətli silahlanma ilə regionda yeni gərginliyin yaranmasına çalışmazdı,  absurd təkliflərə aludə olmazdı, 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirərdi. Əgər Ermənistan səmimi olsaydı, sözügedən ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan qurumun qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi üçün dəridən-qabıqdan çıxmazdı. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Hayastanın bütün vədlərinə və bəyanatlarına rəğmən, təcavüzkar ölkədə revanşizm, irqçilik, dini və etnik zəmində dözülməzlik, qonşu dövlətlərə qarşı ərazi iddialarına əsaslanan ideologiya hələ də öz işindədir. Odur ki, regiondakı beynəlxalq güclərin Cənubi Qafqaza müdaxilə ehtimalları, eyni zamanda, Ermənistanın revanşist ritorikası Azərbaycanın güclü orduya sahib olmasını zərurətə çevirib. Əbəs yerə deyilmir ki, itlə dostluq elə, amma çomağı əldən qoyma.

Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirmişdi ki, bizim ordu quruculuğu prosesi da­vam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təh­lükə mənbəyi olsa, biz dərhal o təhlükə mən­bəyini məhv edəcəyik: “Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır

Next

Azərbaycanın gənclər siyasəti – Uğur modeli

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv