Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

54 gün bayraqla düşmən mühasirəsində qalan Şakir İsgəndərov: “Əlimizdə qumbara saxlamışdıq ki…” – FOTO

By Vüsal Rafiqoğlu
12.02.2024 2 Min Read

“54 gün düşmən mühasirəsində qalsam da, nə bayrağımızı, nə də əlimdəki quran kitabını yerə qoydum. Əksinə bayrağı sinəmə sarıb, Allaha güvəndim, ondan kömək istədim. Arzu edirdim ki, həmin bayraqla kəndimizə gedim. Şükürlər olsun ki, o arzuma da çatdım”.

Bunu “Moderator”a bayrağımızla 54 gün düşmən mühasirəsində qalan Şakir İsgəndərov deyib.

“Laçına, doğma yurduma, Oğuldərə kəndimə, nəhayət ki, qovuşdum. Mühasirədə qaldığımız evi ziyarət etdik. İki dəfə getmişəm, 15 gün də qalmışam. Ata-ana mülküm ermənilər tərəfindən yararsız vəziyyətə düşüb. Çox istərdim ki, ömrümün qalan hissəsini öz vətənimdə keçirim. Hələ ki, daimi məskunlaşmağa icazə vermirlər, amma gedib günlərlə qalırıq. Mənim uşaqlığım, analı-atalı günlərim orada keçib. Laçın torpağı mənim üçün o qədər doğmadır ki. O günləri xatırlamaq da, unutmaq da çox çətindir. O vaxt 32 yaşım var idi. 1992-ci ildə könüllü kimi döyüşlərə gedəndə özümlə bir bayraq da götürdüm. Qubadlı və Kəlbəcərdə döyüşərək geri çəkilməyə məcbur olduq. İki nəfər şəhid oldu, üç nəfər də itkin düşdü. Kəlbəcərin Çaykənd deyilən ərazisində düşmənin qəfil pusqusuna düşdük. Bizə məlumat belə gəlmişdi ki, Çaykənd bizdədir. Qeyri-bərabər döyüş olduğuna görə itki verərək geri çəkilməyə məcbur olduq. Tərtər çayını keçməyə aramızda bələdçi olmadı. Bayrağı götürəndə öz-özümə demişdim ki, qələbənin şərəfinə bu bayrağı bacımgilin qapısından asacağam. Bəlkə də mənim sağ qalmağım Allahın möcüzəsi idi. Yemək yox, içmək yox, çətinliklərimiz çox idi. 19 nəfər mühasirədə qaldıq.

Özüm o kənddən olduğum üçün oranı tanıyırdım. Özümlə 2-3 adam götürüb kəndlərdən xarab olmayan qidalar tapıb gətirirdim, kəşfiyyata çıxırdım. Bir təhər dolanırdıq. Artıq 54 gündən sonra ermənilər bizim kəndə girdilər və hiss etdilər ki, biz oradayıq. Ermənilər kənddə olduğumuzu bilən kimi, biz yerimizi dəyişdik. Onu da necə bilmişdilər? Dörd at saxlayırdıq. Onun üçünü minib getmişdilər ki, siqaret, yemək tapıb gətirsinlər. Biri qalmışdı kənddə. O atı görüb ermənilər kəndə girmişdi. Köhnə bir radiomuz var idi. Onunla bilirdik ki, harada hansı döyüşlər gedir?! O vaxt Qubadlı işğal olunmamışdı, Laçının da yeganə Güləbird kəndi qalmışdı. Gecələr yol gəlib, gündüzləri gizlənirdik. Ac-susuz, taqətsiz, halsız vəziyyətdə. Səkkiz gündən sonra gəlib Güləbirdə, Vaqif Cabbarovun batalyonuna çıxdıq. 19 nəfərin sağ-salamat qalmasına səbəb olan da bayraq imiş. Ölüm-qalım mübarizəsi idi. Hətta dostlarla danışmışdıq ki, əsir düşsək, özümüzü qumbara ilə öldürəcəyik. Bu bayrağı o vaxt bir müxbir çəkmişdi, onunla da hər yana yayılmışdı. İkinci Qarabağ müharibəsi başlayanda da döyüşə yollanmaq üçün müraciət etmişdim. Yaşım imkan vermədiyinə görə qəbul etmədilər”, – deyə Şakir İsgəndərov əlavə edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib – FOTO

Next

Bir ildə yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin STATİSTİKASI

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv