Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan Ermənistanı görünməmiş stresə məruz qoya bilər – TƏHLİL

By Vüsal Rafiqoğlu
12.02.2024 3 Min Read

Azərbaycanla Ermənistan arasındakı danışıqlar və əldə edilən hər hansı irəliləyiş sülh gündəliyinin hansı məsafədə olmasını təyin edir. Məsafə isə qaldıqca ortaya başqa problemlərin çıxması qaçılmaz olur.

Bu, hələ sülh proqramı ilə bağlı müqəddimədə yaranan problemlərin məcmusudur, daxilə endikcə hər detal üzrə mürəkkəbliklər çılpaqlığı ilə üzə çıxacaq.

Çünki sülhün necəliyinə dair Azərbaycanla Ermənistanın məntiqləri fərqlidir:

– Bakı özünün yaratdığı geosiyasi reallıqları üstün və topdağıtmaz mövqedə saxlamaq üçün səylərini əsirgəmir,

– İrəvan region üçün kritik təhlükəsizlik problemləri vəd edən ideyalardan birdəfəlik əl çəkdiyini rəsmiləşdirməyib.

Hələ Qarabağ münaqişəsinin mövcud olduğu regional reallıqlarda meydan sulamağa çalışan Ermənistan dövləti və onun baş naziri Nikol Paşinyan Qarabağı ayrıca subyekt kimi göstərən bukletlərin fotolarını paylaşmışdı. Bu o ərəfədə baş vermişdi ki, həmin dövrdə müdafiə naziri olmuş David Tonoyan səhnəyə çıxaraq “yeni ərazilər üçün yeni müharibələr” doktrinasını bəyan etmişdi.

Təbii ki, o zamandan bu yana çox şey köklü şəkildə dəyişib – Azərbaycan Qarabağ münaqişəsinə nöqtə qoyub, dövlət sərhədlərinə çıxış əldə edərək təhlükəsizlik yastığını bərkidib və regionda separatizmi məhv edib. Artıq həm Paşinyan, həm də onun hökumətində təmsil olunanlar Qarabağın adını çox ehtiyatla çəkir, təhlükəli bəyanatların verilməsindən narahat olduqlarını gizlətmirlər.

Deməli, sülh və təhlükəsizliyə dair yanaşmalardakı ümumi ziddiyyətlərin konseptual qisimləri Azərbaycanın diktəli şərtləri ilə aradan qalxıb.

Lakin Azərbaycan paradoksal məqamların sülh gündəliyinin gələcək detallarında gizlənməməsi üçün əlavə səy və təşəbbüslərini davam etdirir.

Bu təşəbbüslər Bakının aktivinə yeni xallar yazdırır, lakin vaxt aralığında Ermənistanın da həm sülhə xidmət edən, həm də onun əksi olan mövqelərinə şahidlik edirik.

Bu mənada Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusundakı tezislərinin səmimi olmadığını görmək elə də çətin deyil.

Çünki Ermənistan sülh gündəliyini Rusiya ilə Qərb arasında ikincinin xeyrinə seçim etməklə İrəvanın revanşizmi rejiminə kökləmək istəyir. Bunun geosiyasi nəticələri daha təhlükəlidir, ona görə ki, sülh proqramını əlinə almaq istəyən Qərb prosesin Rusiyaya qarşı “təmas xətti” kimi böyüməsinə tərəfdardır.

Hərçənd ki, Paşinyan Böyük Britaniyanın nüfuzlu “Guardian” nəşrinə verdiyi müsahibədə ölkəsinin ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığının digər təhlükəsizlik sektoru tərəfdaşına qarşı yönəlmədiyini bildirib.

Bu, o qədər də inandırıcı səslənmir, çünki Paşinyan dəfələrlə Rusiyadan incik düşdüyünü deməsi fonunda Qərblə əməkdaşlığın ruhunu misli görünməmiş səviyyəyə qaldırmaq istəyir.

Paşinyanın belə ikibaşlı mövqeyi Rusiyanın sülh proqramı üzərindən Qərblə hibrid mübarizəsinə aşkar şərait yaradır. Moskva regionda geosiyasi mövqeyinin zəifləməməsi üçün Ermənistanı ən təhlükəli ip üzərinə çıxarmağa belə hazırdır. Sözsüz ki, burada Ermənistanın nəyisə qurban verib Qərbin əbədi damarlarından birinə çevrilməsi nəticələrini gözləmək proqnazlaşdırılabilən ssenarilər arasında deyil.

Azərbaycan təkid edir ki, İrəvan ikitərəfli danışıqlar formatına üstünlük verməklə beynəlxalq oyunçulardan kiminsə əlinə oynamaqdan çəkinsin – bunun özünü İrəvan Ermənistanın təhlükəsizlik problemlərinin həllinə və regiondakı fiziki varlığına dəstək kimi də nəzərdən keçirə bilər.

İkitərəfli formatda yekun nəticələr indiki mərhələ üçün çox çətin görünür, çünki Qərb platforması Ermənistanı Rusiyanın dişli çarxlarının arasına atır.

Paşinyanın manevr etmək üçün Qərblə yanaşı, Rusiyanın da xoşuna gəlməyə çalışacağını istisna etməsək, regional geosiyasi qırılma xəttində Azərbaycan bölgədəki təhlükəsizliyini daha da bərkitmək çağırışını icra edəcək.

Yəni Ermənistan sülh predmetlərini Rusiya ilə Qərbin geosiyasi rəqabət müstəvisinin işığında tutmağa çalışdıqca Azərbaycan vəziyyətə adekvat cavab hazırlıqlarını nümayiş etdirəcək.

Hələlik Azərbaycanın mövqeyi təmkinlidir, o, Fransa kimi ölkələrin regiondakı təxribatlarına uymur. Azərbaycan üçün danışıqların Qərb və ya Rusiya mərkəzli olmasının fərqi yoxdur, o mənada ki, moderatorlardan hər hansı biri Bakıya öz şərtlərini diktə etməyə çalışmasın.

Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevə zəng edərək onu yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etməsi diqqətəlayiqdir.

Telefon danışığı zamanı Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Əliyev Azərbaycanın həmişə Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.

Bu o deməkdir ki, Azərbaycan Qərb platformasında Mişelin vasitəçiliyini daha səmimi sayır, lakin Fransanın prosesə müdaxiləsini birmənalı rədd edir.

Hər halda, Ermənistandan fərqli olaraq, Azərbaycan müdafiə qüdrəti və strateji planları fonunda regiondakı portfelini əhəmiyyətli şəkildə doldurur. İrəvanın Bakının tərtib etdiyi cədvələ uyğun hərəkət etmək məcburiyyətini üzərində hiss edib sülh gündəliyində güzəştlərə hazırlaşmağı seçməkdən başqa çarəsi qalmır.

Yox, Ermənistan fərqli bir məcraya getsə və Azərbaycan bunu regional arxitektura üçün təhlükə kimi hiss etsə, o zaman fərqli ssenari gündəmə gələcək.

Bu ssenaridə Azərbaycan Ermənistanı görünməmiş streslərə məruz qoya bilər. Mümkündür ki, Azərbaycan belə ssenariyə zərurət yaranacağı təqdirdə Ermənistanı güc tətbiqi yolu ilə demilitarizasiyaya əbədi məhkum etsin.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Next

“Binokl diplomatiyası”, yoxsa odla oyun? – Binokllarınızı da götürüb … burdan!

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv