Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qızılca təhlükəsi sovuşmur: Nələrə diqqət edək ki…

By Vüsal Rafiqoğlu
13.02.2024 4 Min Read

Xəstəlikdən ən birinci qorunma yolu peyvənd olunmaqdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2023-cü ildə Avropa regionunda 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb. ÜST-ün məlumatında, ABŞ və Böyük Britaniya kimi ölkələrdə qızılcanın daha sürətlə yayılması qeyd olunub. Uşaqların sağlamlığına sarsıdıcı təsir göstərən qızılca bəzi hallarda ölümcül nəticələrə gətirib çıxarır. Xəstəlik uşaqların immun sistemlərinin zəifləməsinə səbəb olur, onları bir çox yoluxucu xəstəliklərə, o cümlədən pnevmoniyaya qarşı daha həssas edir.

Ümumdünya Səhiyyə Təşkilatı buna səbəb olaraq COVID-19 pandemiyası ilə əlaqədar dünyada qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsinin azaldığını göstərir. Peyvəndlənmənin əhatə dairəsinin 95 faizdən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxdığı bildirilir. ÜST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Müəyyən virus infeksiyalarının müalicəsində vaksinasiya ən effektiv yol hesab olunur. Dünyada peyvəndlənmə başladıqdan sonra hər il 90 milyon xəstəliyin, 1,54 milyon ölümün qarşısı alınıb. Lakin peyvənd edilməmiş bir təbəqənin hələ də var olması hər il 40 milyon yoluxma, 1,19 milyon ölüm hadisəsinin olmasını təmin edir.

2023-cü ilin sonlarından ölkə ərazisində uşaqlar və böyüklər arasında başlayan qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Mütəxəssislərin sözlərinə görə,  qızılcaya yoluxma bütün yaş qruplarında baş verə bilər.

Qızılca əlamətləri virusa yoluxduqdan 8-12 gün sonra  meydana çıxır

Qızılca ilə bağlı digər mühüm məqamlara isə 19 nömrəli şəhər poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova ilə birlikdə nəzər saldıq. Həmsöhbətimiz mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qızılca virusu bütün bədəndə əsasən səpgilərlə müşayiət olunan, respirator simptomlarla keçən yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət və halsızlıqla özünü göstərən qızılca infeksiyaya yoluxan xəstələrin öskürməsi, asqırması və danışması əsnasında hava-damcı yolu ilə yayılır. Qızılca əlamətləri virusa yoluxduqdan sonra 8-12 gün arası meydana çıxır. Xəstəliyin əsas spesifik xüsusiyyəti odur ki, ağır gedişli olur. Bir neçə orqanları zədələyir. Orqanlarda funksiya pozulmaları müşahidə olunur.

Pnevmoniya və beyin zədələnmələri

Mütəxəssisin sözlərinə görə, qızılcadan ölüm hallarına səbəb xəstəliyin ağırlaşmaları və fəsadlaşma hallarıdır. Xəstəliyə xas olan ən ağır fəsadlar pnevmoniya və beyin zədələnmələridir. Qızılca ağciyərlərdə hər hansı bir iltihablaşma prosesinə yol açarsa bunun fəsadı olaraq pnevmoniya nəticəsində ağciyər çatışmazlığından xəstələri itirə bilirik. Bundan başqa, ölüm hallarına əsas səbəb bəzi xroniki xəstəliklərin həm kəskinləşməsi, o cümlədən miningit, ensefalit (baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik) nəticəsində beyin qişalarının infeksiyalaşması səbəbindən ola bilər.  Eyni zamanda, ürək xəstəliklərinə  də yol aça bilir.

Yeganə Cəfərova diqqətə çatdırdı ki, peyvənd almayan, immuniteti zəif, xroniki xəstəliyi olan şəxslər qızılcanı ağır keçirir: “Ümumiyyətlə, qızılca xəstəliyi keçirən şəxslərdə ömürlük immunitet yarandığından təkrar yoluxma halları müşahidə olunmur”.

Qızılca zamanı necə qidalanmalı?

Müsahibimiz xüsusi olaraq diqqətə çatdırdı ki, qızılcaya yoluxanlar ilk olaraq həkim tərəfindən simptomatik müalicə olunmalıdır: ”Yəni, şikayətlərinə uyğun müalicə  almalı, izolyasiya olunmalı, bol maye qəbul  etməli və olduğu mühitin havasını tez tez dəyişməlidirlər. Qızılca zamanı qidalanma hər kəs, xüsusilə də uşaqlar üçün önəmlidir.  Tərkibində A vitamini olan qidalar infeksiyalara qarşı müqaviməti artırır, diareya, pnevmoniya, zülal-enerji çatışmazlığı kimi ikincili ağırlaşmalarla bağlı ölümləri azaldır. A vitamini bir çox heyvan və bitki mənşəli qidalarda müxtəlif miqdarda olur. Dənli bitkilər, qırmızı və ağ ət, dəniz məhsulları, narıncı və sarı rəngli meyvə-tərəvəzlər, süd və ondan hazırlanan məmulatlar xüsusilə A vitamininin mühüm mənbələridir. Xəstəlik zamanı orqanizmin susuzlaşmasının  qarşısını almaq üçün bol maye qəbul etmək vacibdir.”

Mütəxəssisin qızılcadan qorunmaq istəyənlərə tövsiyəsi isə belə oldu: “Qızılca hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən, yəni tibbi maskalardan istifadə etmək lazımdır. Həmçinin şəxsi gigiyena qaydalarına əməl etmək, qapalı və insanların sıx toplaşdığı məkanlara mümkün qədər getməmək lazımdır. Evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir. Həmçinin immun sistemini qüvvətləndirmək üçün balanslı qidalanmalı, yuxu rejiminə düzgün riayət etməli, stresdən və zərərli vərdişlərdən uzaq durmaq lazımdır”.

Qızılca peyvəndi məxmərək peyvəndi ilə birgə vurulduğu üçün…

Həmsöhbətimiz əlavə etdi ki, qızılcadan qorunmanın ən birinci yolu peyvənd olunmaqdır: “Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Ona görə də antitellərə sahib olmayan şəxslər, hamilə qadınlar, uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar risk qrupuna daxildirlər. Qızılcadan qorunmaq üçün peyvənd tövsiyə edilir. O, xəstəliyin ağırlaşmasının qarşısını alır. Hazırda qızılca ilə bağlı vaksinasiya prosesi aparılır. Peyvəndlənmə daha çox 6-40 yaş aralığında olan əhali qrupu arasında daha geniş aparılır. Epidemioloji mərkəzlər tərəfindən haradaki qızılca xəstəliyi aşkarlanıb həmir yerlərdə təmizlənmə işləri aparılır, oradakı insanlar arasında sanitar-maarifləndirmə tədbirləri görülür ki,  insanlar bilsin ki, qızılcaya yoluxmuş xəstə ilə təmasda olduqda hansı qabaqlayıcı tədbirlər görülməlidir”.

Mütəxəssisin sözlərinə görə, qızılca peyvəndi məxmərək peyvəndi ilə birgə vurulduğu üçün insanı hər iki xəstəlikdən qoruyur. Peyvəndlənmiş şəxslər xəstə insanla təmasda olsalar da, ya xəstəliyə yoluxmurlar, ya da çox yüngül keçirirlər. Xüsusən də qızılcaya qarşı vaxtında peyvənd edilən uşaqlarda xəstəliyin ağırlaşmaları müşahidə edil­mir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi vaksin preparatlarının ölkəyə gətirilməsini təşkil edib. Alınan vaksinlər Niderland istehsalıdır, ÜST və Avropa Şurasının tövsiyələrinə uyğundur. Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır.

Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaqlara və böyüklərə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tanınmış blogerin əri canlı yayımda AĞLADI: “Günay mənə xəyanət edib…” – VİDEO

Next

Rusiyada idmançını döyən azərbaycanlı günahını etiraf edib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv