Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? – VİDEO

By Vüsal Rafiqoğlu
14.02.2024 3 Min Read

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsini, törətdiyi qəddarlıqların ümumi mənzərəsini əks etdirən Gorus rayonu haqqında süjet hazırlanıb.

“İran və Türkiyədən köçürülən ermənilərin Gorus xəyalı” adlı süjetdə Azərbaycanın tarix boyu inzibati, coğrafi məkan kimi müxtəlif proseslərdən keçdiyi, Qafqaza köçürülən ermənilərin zaman-zaman məskən saldıqları məkanlarda insanlığa qarşı vandal hərəkətlər törətdiyi bildirilir.

Qeyd olunub ki, Qərbi Azərbaycanın, indiki Erməniustanın Zəngəzur mahalı ərazisində yerləşən Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə -XVII-XVIII əsrlərdə Məlik Hüseynlilər tayfası idarə edib. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Çar Rusiyasının hərbi qərargahına çevirib.

Diqqətə çatdırılıb ki, Gorus toponimi türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır və gorus türk etnonimi əsasında əmələ gəlib: “Gorusda 1823-cü ildə əksəriyyəti azərbaycanlı olmaqla 119 ailə  yaşayıb. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-1831-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilib. Bununla da gəlmə ermənilərin hesabına əhalinin etnik tərkibi dəyişib. Gorus rayonu Zəngəzurda erməni daşnak mərkəzi kimi tanınıb və son əsrdə azərbaycanlılara qarşı daha sərt münasibətləri ilə seçilib. 1915-ci ildən başlanan qırğınlar nəticəsində azərbaycanlılar Gorus rayonundan qovulub və nəticədə Qafan, Meğri, Gorus, Sisyan Azərbaycandan həmişəlik qoparılaraq Ermənistana verilib. 1918-ci ildə Andranikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi, daşnak dəstələrinin uzun müddət burada at oynatması bu məkanda separatçı anti-türk daşnakların olduğunu sübut edən faktlardır”.

Bildirilib ki, 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olub: “Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndin adı erməniləşdirilib, 6 kənd isə tamamilə ləğv edilib. 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-in tərkibində ərazisi 752 kvadrat kilometr olan Gorus rayonu yaradılıb. 1988-ci ildə burada yaşayan  azərbaycanlılar həmin ilin sonunda Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalıblar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Ermənistan parlamentinin qərarı ilə Zəngəzur mahalı ərazisində yerləşən Gorus, Qafan, Sisiyan, Meğri rayonları ləğv edilib. Bu rayonların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərzliyi yaradılıb”.

Sonda vurğulanıb ki, Cənubi Qafqaza köçürüldükdən sonra ermə­nilər zaman-zaman bu ərazinin köklü sakinləri olan azərbaycanlıla­ra qarşı “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasəti həyata keçiriblər: “Əminik ki, bu bölgənin əsl sahibi olan  azərbaycanlılar ermənilərin məkrli siyasətini fiaskoya uğradaraq əzəli torpaqlarına sahib çıxmaq uğrunda aparılan haqlı mübarizədən qalib çıxacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ruslara xəbərdarlıq edildi: Estoniya sərhədi bağlanır

Next

Körpələrdə depressiya olurmu?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv