Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Erməni vandalizminin daha bir sübutu

By Vüsal Rafiqoğlu
27.02.2024 4 Min Read

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub.

Bu barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərinin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olmaları, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Xatırladaq ki, fevralın əvvəlində Xocalı rayonunun Əsgəran qəsəbəsində kütləvi məzarlıq aşkar olunub. Bundan əvvəl isə, ötən ilin avqust ayında Şuşada, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Hələ də Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlının taleyi naməlum olaraq qalır. Əsir düşən bu insanlardan bu gün də heç bir  xəbər yoxdur. Dəfələrlə Azərbaycan tərəfi Ermənistana müraciət etsə də, nəticə əldə edilməmişdir. İtkin kimi siyahıya alınan həmin insanların yaxınları, ailə üzvləri hələ də ümid edirlər ki, onlar haqqında bir məlumat olacaq. Hətta sağ olduğuna inananlar,  ümidlərini üzməyənlər də var. İtkinlər istər mülki şəxslər, istərsə də hərbçilər arasında kifayət qədərdir. Bu, Ermənistanın bizə qarşı törətdiyi cinayət hadisələrindən yalnız biridir. Qarabağda erməni terrorçuları tərəfindən dinc əhalinin və hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Ağlasığmaz işgəncələrə məruz qalan əsirlər ya dözməyib dünyasını dəyişib, ya da ermənilər tərəfindən qətlə yetiriliblər. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar onu deməyə əsas verir ki, ermənilər bu cinayəti  məqsədli şəkildə həyata keçirmişlər. Belə məzarlıqlar bölgədə kifayət qədərdir. Aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilər, mülki şəxslər xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırılmışdır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən,  Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilmişdir. Bu proses bəzi səbəblərdən hələ ki, tam şəkildə aparılmamışdır.  Belə ki, ərazilərin minalardan tamamilə təmizlənilməməsi prosesə əngəl törədir. Ermənistan hərbçiləri tərəfindən törədilmiş bu cinayət hadisəsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Bu, insanlığa sığan əməl deyil, erməni xislətinin daha bir sübutudur.

Kütləvi məzarlıqlarda basdırılan insanların xüsusi amansızlıqla qətlə yetirilməsi onlar aşkar edilən zaman bir daha aydın olmuşdur. Belə ki, paltarlı basdırılan bu insanların cəsədlərinin üzərində müxtəlif zorakılıq əlamətlərini görmək olur. İnsanlar əl-ayaqları məftillərlə sarınmış,  kürəklərinə bəzi məişət əşyaları, bıçaq, balta sancılmış formada dəfn olunmuşlar. Edillidə aşkarlanan kütləvi məzarlıqda işğal dövründə girovluqda saxlanılan 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşi aşkar edilərək 3 metr dərinlikdən çıxarılmışdır.

Başqa bir məzarlıq isə Xocalı rayonu ərazisində Fərrux yüksəkliyində aşkar edilmişdir. Aparılan araşdırmalardan məlum olmuşdur ki, bu yüksəklikdə tapılan naməlum insan meyitləri Birinci Qarabağ müharibəsində ağır döyüşlərin getdiyi bir vaxtda ermənilərin işğalı zamanı şəhid olan Azərbaycan əsgərlərinə aiddir. Onu da qeyd edək ki, Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə 62 nəfər Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər hərbçimiz itkin düşmüşdür. Ancaq Qarabağ ərazisində olan məzarlıqlar bunlarla bitmir. Araşdırmalar göstərir ki, ərazidə kütləvi məzarlıqların sayı çoxdur. Şuşanın Daşaltı kəndində 1992-ci ildə baş verən uğursuz Daşaltı əməliyyatı zamanı həyatını itirmiş 90 nəfərdən 30-u itkin düşmüş sayılır. Ehtimal olunur ki, tapılan məzarlıqdakı insan cəsədləri həmin döyüşdə əsir düşən hərbçilərə məxsusdur. Otən il isə Şuşa həbsxanası yaxınlığında qazıntı işləri aparılarkən daha bir kütləvi məzarlıq aşkar edilmişdir. Məlum olub ki, buradakı insan sümükləri həbsxanada saxlanılan 4 azərbaycanlı əsirə aiddir.

Xatırladaq ki, təkcə Birinci Qarabağ müharibəsi dövründə 3890 nəfər itkin düşüb. Həmin insanlardan əsir və yaxud girovluqda saxlananlar  da ola bilər. Lakin qarşı tərəf bütün beynəlxalq hüquq normalarına zidd çıxaraq məsələ ilə bağlı heç bir məlumat vermir. Onlar özləri də çox yaxşı bilirlər ki, əsir və girovlara qarşı amansız davranmış, onlara görünməz işgəncələr vermişlər. O dövrdə havadarlarının kölgəsində “qəhrəmanlıq” edən ermənilər ölmüş əsir və girovları torpağa basdırmaqla izi itirdiklərini düşünürdülər. Ancaq dövr, zaman gəldi. Azərbaycan öz haqq savaşından qalib çıxaraq ərazilərini tamamilə düşmən işğalından azad  etdi. Əlbəttə ki, ölkəmiz güclü, qüdrətli dövlət kimi erməni vəhşilərindən bütün terror əməllərinin hesabını tələb etməkdə israrlıdır. Ermənilərin bu əməlləri beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyasının, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli l Əlavə Protokolun müddəalarının kobud şəkildə pozulmasıdır. Əldə olunan faktlar və sübutlara rəğmən hələ də beynəlxalq təşkilatlar susur, heç bir ölçü götürmür, ermənilərə qarşı heç bir cəza tədbiri görülmür.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Narkomaniyaya qarşı mübarizə hər bir vətəndaşın fəal dəstəyini tələb edir

Next

Su çərşənbəsi mif və reallığın əlamətlərini ayinlərdə yaşadır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv