Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yerdə qalmayan qan – o, erməni tarixində qara ləkə kimi qalacaq

By Vüsal Rafiqoğlu
27.02.2024 4 Min Read

Dünən dövlətimizin başçısı İlham Əliyev 32 il öncə amansız qətliama, etnik motivli soyqırıma məruz qalmış Xocalı şəhərində rayon ictimaiyyəti ilə görüşdü, onların qarşısında çıxış etdi.

Bu, 32 ildən sonra olsa da, haqq-ədalətin öz yerini alması demək idi. Xocalı soyqırımı ilk dəfəydi ki, məhz qırğının baş verdiyi yerdə qeyd olunurdu. Prezident öz çıxışında 32 ildən sonra doğma torpağımıza qayıtdığımızı qeyd edib, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda memorial kompleksin təməlinin qoyulduğunu bildirib.

TEMELİ SON.jpg (102 KB)

Onsuz da bu 32 ildə, elə bir gün olmayıb ki, Xocalı soyqırımının qurbanları yad edilməsin, ermənilərin bu qanlı və kütləvi cinayəti törətməklıə xalqımıza necə düşmən kəsildikləri qeyd olunmasın. Məsum insanların xatirəsinin əbədiləşdirilməsi üçün tikiləcək memorial kompleks isə xalqımızın gələcək nəsillərinin də yaddaşını iti saxlayacaq, onları daima sərvaxt olmağa səsləyəcək.

Bu abidə məhz Xocalıda qoyulmalıydı, çünki soyqırım aktı bu tarixi məskənimizdə baş vermişdi. Prezident İ.Əliyevin sözlərinə görə, Xocalı qurbanlarına həsr olunmuş abidənin layihəsi çoxdan hazır olub, ancaq onun tikintisi ona görə hər il təxirə salınıb ki, Xocalıya qayıdacağımız günə inam olub, bu abidəni məhz Xocalıda ərsəyə gətirməyi daha vacib hesab etmişik.

Nəhayət, o gün gəldi, ötən ilin 19-20 sentyabrında Azərbaycan ordusu öncədən xəbərdarlıq edərək lokal antiterror əməliyyatı keçirdi, Xocalını düşməndən təmizlədi.

ANTİTERROR SON.jpg (60 KB)

Bu əməliyyat zamanı ordumuzun hissələri namərd düşməndən yüz qat fərqli davrandı, vaxtilə 613 məsum insanın amansızcasına gülləbaran edilib öldürüldüyü ərazilərdə mülki əhaliyə zərər verilmədi, yalnız legitim hədəflər vuruldu.

Ermənilər isə 32 il öncə təkcə 613 insanı vəhşicəsinə qətlə yetilməmişdilər, 150 insan da həmin gün itkin düşüb, yüzlərlə insan yaralanıb, 1000-dən çox insan girov götürülüb. 26 fevral 1992-ci ildə ermənilər Xocalı camaatına məhşər saatları yaşadıblar. Azərbaycan xalqı bunu unuda bilməz, unutmamalıdır.

XOCALİ.jpg (50 KB)

Prezident İlham Əliyev qüdrətli dövlətlərə, beynəlxalq təşkilatlara ünvanladığımız “Xocalıya ədalət!” çağırışlarının cavabsız qaldığından bəhs edərək deyib: “Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.

Qarabağ münaqişəsinin kor dalana girməsinin əsas səbəbi də məhz bu idi. “Böyük dövlətlər”, “beynəlxalq təşkilatlar” tərəf tuturdular, onlar qəlbən Xocalının müsəlman xalqına qarşı törədilmiş cinayətə haqq qazandırır, bunu erməni xalqının öz müqəddəratını təyinetmə mübarizəsi zamanı yer alan döyüş epizodu hesab edirdilər.

Maraqlıdır, məhz həmin siyasi və humanitar dairələr Xocalının erməni işğalından azad edilməsi kampaniyasında mülki əhali arasında itki olmasa da, 5 aydır ki, haray-həşir salır, deportasiyadan, “mülki əhalinin zərər çəkməsi”ndən danışır, Azərbaycana sanksiya tətbiq edilməsini tələb edirlər.

Ayrı-seçkiliyin, qərəzkarlığın bu qədərini təsəvvür etmək çox çətindir. Bunu yalnız Avropanın ilangözlü siyasi xadimləri ilə ünsiyyətdə olan, onların qərar və qətnamələrinin acısını dadanlar bilər.

VİCDAN.jpg (78 KB)

Prezident haqlı olaraq deyir: “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”.

Əslində, Xocalı soyqırımına lazımi, ədalətli qiymət verməmək, onu danmağın, inkar etməyin bir variantı idi və biz 32 il dünyadan ədalətli yanaşma gözləsək də, bu, baş vermədi.

Prezidentin bu xüsusda dediyi fikilər tam həqiqəti əks etdirir: “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın”.

Ancaq uzun illər işğala, basqıya, təhdidə məruz qalan xalqların bir gün toparlanaraq, özündə güc taparaq, “ərköyün işğalçı”nın və “qərəzli himayədar”ın cavabını lazım olduğu kimi verməyə qalxdığı gün mütləq olur. 2020-ci ilin payızında işğal altında olan torpaqlarımızın geri alınması, ötən ilin sentyabrında isə o kampaniyanın tamamilə başa çatdırılması bizim ədaləti özü gücümüzə bərpa etməli olduğumuzu göstərdi və biz bunu bacardıq.

İndi Xocalı azaddır.

SAKİN.jpeg (107 KB)

Onun sağ qalmış sakinləri yenidən bir araya gəlir, öz əzəli dədə-baba yurduna köçür və ya köçməyə hazırlaşır. İndi onlar qəddar düşmənin qarşısında çarəsiz durumda deyillər, arxalarında Azərbaycan dövləti, önlərində Azərbaycan ordusu var.

Xocalıda dinc insanları gecəylə qırıb-çatanlar, arxadan çatıb qıranlar isə xoşbəxt olmadı. Onların cəzası, Prezidentin də dediyi kimi, döyüş meydanında verildi. Bu hərbi canilərin az-az sağ qalanları isə artıq “o vaxt Xocalını elə qırdıq, belə tutduq” deyə fəxr edə bilməzlər, çünki daha ağır və rüsvayçı məğlubiyyətə uğradılar. Əliyalın camaata silah qaldıranların züryətləri, o camaatın əlisilahlı oğullarına bir gecə müqavimət göstərə bilmədilər, silahlarını yerə qoydular, təslim oldular, ağlaya-ağlaya rəhm dilədilər.

Bir sözlə, məsum Xocalı camaatının qanı yerdə qalmadı. Amma o qan erməni siyasətçi və hərbçilərin avtobioqrafiyasında, ermənilərin ölkədən kənarda yazılan tarixinin səhifələrində, genosid aktına lazımi qiymət verməyən böyük dövlətlərin, beynəlxalq təşkilatların rəhbərlərinin vicdanında qara ləkə kimi qalacaq.

Qarabağda vüsət alan tikinti-quruculuq işləri Xocalını da əhatə edir.

MALİBEY.jpg (36 KB)

Rəsmi informasiyaya görə, bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Xocalıda və Xankəndidə həyat bərpa ediləcək, insanlar təhlükəsiz şəraitdə, firavan yaşayacaqlar.

Tarixi pislik isə erməni separatçılara qalacaq. Onlar bütün Qarabağı xaraba qoydular, özləri bir gün görmədilər, mahalın erməni olmayan sakinlərinə də faciə yaşatdılar. Biz Qarabağı, yer üzündən silinən şəhər və kəndlərimizi tam bərpa edəcəyik, bəs onlar necə olacaqlar, nə özləri bilirlər, nə də havadarları.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünya tarixini dəyişdirən VERGİLƏR

Next

Xocalıda əli-qolu bağlı uşaq və qadın skeletləri – insanlıq əleyhinə vəhşilik…

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv