Hadisə Samuxda kişi intihar edib By Vüsal Rafiqoğlu 05.03.2024 1 Min Read Samux rayonunda intihar hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, Qarayeri qəsəbəsində, 1951-ci il təvəllüdlü Feyruz Meyxoş oğlu Namivar özünü asaraq intihar edib. Onun uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.