Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur – RƏY + FOTO

By Vüsal Rafiqoğlu
15.03.2024 2 Min Read

Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır.

Bunu ”Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır: “Bu səbəbdən mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan, ölkəmizdə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu qlobal müzakirə platfotması hesab oluna bilər”.

F.Yıldırım bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də önəmli beynəlxalq platformadır: “Qlobal Bakı Forumu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəvi olaraq hər il keçirdiyi tədbirdir. İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Mərkəzin keçirdiyi tədbirlərə də maraq ildən-ilə artır. Elə XI Qlobal Bakı Forumunda da 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi bunu təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı, həmçinin sabiq dövlət və hökumət başçıları var. Bu da həqiqətən tədbirin nəhəng intellektual potensialına dəlalət edir”.

Milli Məclisin üzvü xatırladıb ki, Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada və regionda baş verən proseslər, Qoşulmama Hərəkatı müstəvisində fəaliyyəti və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi: “Ən vacib məqamlardan biri də dövlət başçısının Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etməsidir. Prezidentin dediyi kimi, güclü siyasi iradə, eyni zamanda potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, iqtisadi inkişaf, maliyyə imkanları, müdafiə potensialı, hərbi qulluqçularımızın təlimi, BMT, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəkləməsi, aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Dövlət başçısı bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik, indi də regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

Fatma Yıldırım vurğulayıb ki, XI Qlobal Bakı Forumunda COP29 məsələsi də diqqət mərkəzində oldu: “Tədbir iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini dəstəkləyiblər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Məlumdur ki, indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Nəticədə Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi də planlaşdırırıq. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişiklikləri ölkələrin iqtisadiyyatı, ətraf mühiti və ekologiyasına ciddi ziyan vurur. Ona görə də beynəlxalq ictimaiyyət qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir. Bütün bunların fonunda COP29-un ölkəmizdə keçirilməsi məsələnin müzakirəsinin qlobal mahiyyətini ifadə edir. XI Qlobal Bakı Forumunda bu reallıqlar diqqət mərkəzində oldu”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Baş nazir azad edilən ərazilərdəki əsas prioritetlərdən danışdı

Next

TƏBİB-dən azyaşlıya ilkin tibbi yardım etməyən xəstəxanalarla bağlı AÇIQLAMA

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv