Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı – ŞƏRH + FOTO

By Vüsal Rafiqoğlu
18.03.2024 4 Min Read

Baş nazir Nikol Paşinyanın Ermənistanı regionda və dünyada iqtisadi cəhətdən azad, cəlbedici ölkə kimi qələmə verməsi mif və cəfəngiyyatdan başqa bir şey deyil. Bu fikir hansısa xarici medianın səhifələrində deyil, məhz erməni mətbuatında yer alır. Ölkənin əcnəbi investorlar üçün cəlbedicilik reytinqinin sürətlə aşağı düşdüyü, hakimiyyətin də hər vəchlə buna çalışdığı vurğulanır. Erməni KİV-i yazır ki, bir sıra beynəlxalq şirkətlər artıq Ermənistan hökumətini beynəlxalq məhkəməyə veriblər. Onların arasında Sanitek International Group, Amulsar Investor Ventures LLC, eləcə də, Lydian International Ltd var. Sonuncu Zəngəzur mis-molibden kombinatının səhmlərinin 12,5 faizinə sahibdir. Pastinfo.am saytının yaydığı məlumata görə, adları qeyd olunan şirkətlərin müxtəlif sahələr üzrə maraqları təmin olunmayıb. Bura zibil daşınmasından tutmuş qızılın və molibdenin, misin çıxarılması da daxildir. Adları çəkilən şirkətlər N.Paşinyan hökumətinin qanunazidd, hətta cinayətkar əməllərindən narazıdırlar. Hesab ediblər ki, məhz bundan sonra xarici investorlar böyük itkilərlə üzləşiblər.

N.Paşinyan hökumətinə qarşı beynəlxalq məhkəməyə müraciət edən şirkətlər arasında Sanitek International Group xüsusilə aktivdir. 2021-ci il martın 29-da rəsmən bəyan edilib ki, adıçəkilən şirkət (bütün səhmdarları xarici investorlardır-red) rəsmi İrəvana qarşı beynəlxalq məhkəməyə müraciət edib. İddiada vurğulanıb ki, mübahisə Ermənistan hakimiyyətinin diskriminasiya hərəkətləri nəticəsində ortaya çıxıb. İlk növbədə İrəvan meriyası şirkətlə imzalanan müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və Saniteki dövlət şirkəti ilə əvəzləyib. Adıçəkilən şirkət bu yanaşmanı siyasi motivli hesab edib, bununla da siyasi üstünlük əldə etmək məqsədilə onu “günah keçisi” vəziyyətinə salmağa çalışıblar. Hökumətin də hədəfi bütün ittihamları Sanitekin üzərinə yıxıb. Diqqəti ona yönəldib ki, dövlətə məxsus şirkət üçün hər cür əlverişli şərait yaradılıb. Bu da Ermənistan hökumətinin xarici investorlara qarşı ayrı-seçkilik siyasətinin göstəricisidir.

Adıçəkilən iddia ilə bağlı sonuncu məhkəmə prosesi ötən ilin dekabrında keçirilib. Qeyd olunub ki, Ermənistan hökumətinin qanunsuz fəaliyyəti nəticəsində şirkət xeyli zərər çəkib. Ekspertlərin hesablamalarına görə, söhbət 40 mln. dollar məbləğində kompensasiyadan gedə bilər. Rəsmi İrəvan iddiaya cavab olaraq hüquqşünaslar tutub və indiyə kimi 1 mln. dollara yaxın kompensasiya ödəyib. Bununla yanaşı, hakimiyyətin mövqeyi zəif qiymətləndirlir, əksinə, Sanitekin uğur qazanmaq şansı yüksəkdir. Beynəlxalq məhkəmənin bu il ərzində qərar qəbul edəcəyi gözlənilir. Hökumət məğlub olacağı təqdirdə, qərardan apellyasiya verə bilər, lakin bu addımın effektivliyi sıfıra bərabərdir. Vəziyyət faktiki olaraq “Lidian” və Zəngəzur mis-molibden kombinatı ilə bağlı vəziyyəti xatırladır. Erməni mediası yazır ki, bir qrup insan öz gəlirlərini milyonlarla dollar artırmağa müvəffəq olublar. Əvəzində isə məhkəmə çəkişmələri nəticəsində vergiödəyiciləri bir neçə milyon dollar ödəməli olurlar.

Ermənistan hakimiyyətinə qarşı iddia qaldıran şirkətlər arasında Amulsar Investor Ventures LLC də var. Yanvar ayının sonunda bu şirkət də N.Paşinyan hakimiyyətinə qarşı iddia qaldırıb. Bu şirkət də hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Konkret olaraq hökuməti fəaliyyətsizlikdə, onların fəaliyyətinə olan maneələri aradan qaldırmamaqda ittiham edib.

“Lydian”ın törəmə şirkəti olan Lydian International Ltd 2020-ci ilin iyun ayına kimi “Lydian Armenia”ın səhmlərinin sahibi olub. Lakin 2020-ci ilin iyulunda bütün səhmlərindən məhrum olub. Bu şirkət Amulsar qızıl yatağında faydalı qazıntıların çıxarılması hüququna malik olub. Bundan əlavə, Ermənistana bir neçə milyon dollarlıq investisiya yatırıb. N.Paşinyan hakimiyyətə gəldikdən sonra şirkətin işi fəallar tərəfindən dayandırılıb, bundan sonra şirkət yatağın işlənməsi ilə bağlı bütün hüquqlarından məhrum olunub. Az sonra Ermənistan İstintaq Komitəsi Ətraf Mühitin Müdafiəsi Nazirliyinin yüksək rütbəli əməkdaşlarına qarşı cinayət işi qaldırıb. Qurumun rəsmiləri şirkətin yatağın işlənməsi zamanı ətraf mühitə zərər vurmasına göz yummaqda ittiham olunublar. Hökumətin apardığı fəaliyyət nəticəsində şirkətin itkiləri 150 mln. dollara yüksəlib. Sadə dillə ifadə etsək, N.Paşinyan hökuməti ona “atıb”. Əvəzində 12 faizlik paya sahib olub. İndi də yatağın işlənməsini həyata keçirir. Sosial şəbəkələrdə isə baş nazirin bəyanatları lağa qoyulub. Bildirilib ki, o əvvəl deyirdi ki, yatağı işlətmək olmaz, indi isə söyləyir ki, olar. N.Paşinayn isə əvəzində iddia edir ki, hökumət dağ-mədən müəssisələrinin səhmlərini almır, şirkət rəhbərləri sadəcə hökumətin timsalında onları xalqa qaytarırlar.

Sual olunur – bu, milyonlarla dollar sərmayə qoyan müəssisə rəhbərlərinə bundan nə xeyir? Cavab odur ki, N.Paşinyan hökuməti bu addımı ilə özəl sektoru çökdürməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistana qarşı həm dövlətdaxili, həm də dövlətləarası iddiaların sayı artmaqda davam edəcək. N.Paşinyan hökumətinə qarşı iddia qaldıran şirkətlər arasında Walnort Finance Limited MMC də var. Beləliklə, N.Paşinyanın ölkənin xarici investorlar üçün cəlbedici olduğu barədə iddiaları sabun köpüyündən başqa bir şey olmadığını elə ermənilərin özləri faktlarla sübut edirlər. İqtisadiyyatda inkişaf əvəzinə geriləmə tendensiyası müşahidə olunur. Artıq Ermənistanın xarici dövlət borcu illik dövlət büdcəsindən bir neçə dəfə artıq həddə gəlib çatıb. Əgər tendensiyalar bu səpgidə davam etsə, yaxın gələcəkdə Ermənistan dövləti xarici borc bataqlığında boğulmağa məhkum olacaq. Hakimiyyət də bundan çıxış yollarını xarici investorlara qarşı mübarizə aparmaqda görür.

Ermənistanın Azərbaycana qarşı 30 il davam etdirdiyi işğalçı siyasət İrəvanı regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. Eyni zamanda ölkə ərazisində elə də ciddi resurslar, təbii ehtiyatlar yoxdur, müttəfiqi olduğu dövlətlər isə Ermənistana ciddi investisiya yatırmayıblar. Bütün bunlar Ermənistanın sürətlə iqtisadi tənəzzülə daxil olmasından xəbər verir. Reallıq odur ki, Ermənistan iqtisadiyyatı can vermək üzrədir. Yuxarıda sadalanan faktorlar da problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, destruktiv və sərsəm bəyanatlar səsləndirməkdən vaz keçmək, Fransanın qoynuna sığınmamaq və Bakı ilə sülh müqaviləsi imzalayaraq regiondakı kommunikasiyanın blokdan çıxmasını təmin etməkdir.

“Report” İnformasiya Agentliyi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”

Next

Bakı bulvarı Novruz bayramına hazırdır – FOTOREPORTAJ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv