Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dədə-baba qripinin qayıdışı…

By Vüsal Rafiqoğlu
19.03.2024 3 Min Read

Əvvəlcə elə bildim ki, yenə koronovirusun təzətər ştammlarından birinə yoluxmuşam. Sonra yuxarı tənəffüs orqanlarının obstruktuv patogenezindən şübhələndim. Axırda gördüm ki, yox, heç biri deyil, bu, dədə-baba qripidir – 2019-ci ilə qədər ildə iki dəfə tutub-buraxdığımızdan.

Çox sevindiriciydi. Elə bil, birdən-birə uzaq yerdən bir əzizin gəlir və hiss edirsən ki, onu, türkün sözü, çox özləmisən. Az qalırsan, deyəsən, haradaydın, bizi bu şoqərib COVİD-19 ştamlarının əlində qoyub hara getmişdin.

Doğrudan da, bizə lap köhnələrdən tanış olan dədə-baba qripi ilə baş etmək çox asandır, yenilərin üzünü şeytan görsün. Hərçənd lap yeni yoluxanda adamın zəhləsi tökülür, naşükürlük edirsən. Bu da ona görə belədir ki, insan oğlu yarım saat əvvəl yediyi şillənin acısını 10 il əvvəlki güllə yarasından ötə bilir. Belə məqamlarda gərək situasiyanı obyektiv dəyərləndirəsən və öz-özünə deyəsən ki, nə tez yadından çıxdı bir gecədə 7 köynək dəyişdiyin, litr-litr dadını bilmədiyin mayelər içdiyin, ovuc-ovuc həblər yediyin, bananla soğanın dadını ayıra bilmədiyin günlər.

Getsin o koronavirus dönəmi, geri gəlməsin. İndi bəzi detalları yada düşəndə adama gülməli görünür, amma o zamanlar gülməli deyildi. Hökumətdən SMS-lə icazə alandan sonra evdən çıxırdıq. Polis küçədə reyd aparırdı, əlində kağızı olmayanları, karantin qaydalarını pozanları tutur, cərimələyirdi. Yasamalda karantin qaydalarını kobud surətdə pozan, balkondan aşağı dibçək atan kişinin evindən bölməyə şalvarsız aparıldığı yadınızdadır? Belə günlər vardı.

Evdən işə, işdən evə gedəndə 3-4 postdan keçməli olurduq, azacıq sağa-sola buruldunsa, daha bir neçə postdan keçməli olurdun. Yadellilər tərəfindən işğal olunan şəhərlərdə elə olmur heç. Koronavirus paytaxtı elə işğal etmişdi.

Hələ Bakıya avtomobilin baqajında girmək istəyənlər… Qobustan qəsəbəsindən o tərəfdə, ara yollarla Ələtə keçməyə çalışanların xəndəyə düşməsi… Liftin düyməsini təpiyilə basmağa çalışan qanacaqlı vətəndaşlar… Makaron-vermişelin, tualet kağızının marketlərdən silinib-süpürülməsi… Bir əsassız şayiədən (guya ki, koronovirusun dərmanıymış) sonra zəncəfilin qiymətinin 45 manata qalxması… İtini gəzdirmək bəhanəsi ilə vətəndaşların “hava almağa çıxması” (nəticədə bir iti növbə ilə beş nəfər gəsdirir, yazıq heyvanın nəfəsini kəsirdilər)… Görəcək günlər idi.

Əvvəlcə SMS-lə evdən çıxmaq müddəti 2 saat idi, sonra 3 elədilər. İcazə 2 saat olanda Anar adlı bir baməzə oğlan (sonradan qəfil rəhmətə getdi) yazmışdı ki, ay hökumət, başına dönüm, mənim şəhərin o başında yaşayan bir qadınla sevgi münasibətim var, mən onun yanına çatana qədər 55 dəqiqəm gedir, ayaqqabımı çıxarıb, əl-üzümü yuyana qədər də 5 dəqiqə keçir, bir stəkan çay içməmiş gərək geri qayıdım ki, karantin qaydalarını pozmuş olmayım, bu vaxtı artırıb 3 saat edin, mümkünsə.

Gerçəkdən də onun statusundan 2 gün sonra SMS-lə icazə müddətini 3 saat elədilər. Ta bilmirəm, rəhmətlik Anarın statusunu oxumuşdular, yoxsa o durumda olan minlərlə başqasının şikayətini nəzərə almışdılar.

Ona görə də dədə-baba qripinin qayıdışını hamılıqca alqışlamalıyıq və onun zəhlətökən olsa da, ölümcül olmamasını sevə-sevə qeyd etməliyik. Bir şey ki, bu qripi müalicə edəndə 1 həftəyə, etməyəndə 7 günə sağalırsan, demək, xeyir-bərəkət bundadır. Xərci-xəsarəti də çox deyil – 3-4 “poroşok”la yola verirsən, gedir. Koronavirusda isə bir yarım kiloluq şüşələrdə bir vedrə maye dərman alırdıq, sonra 1 saat sistem altında uzanırdıq.

Hərçənd koronovirusun bir-iki yaxşı cəhəti də vardı. Biri o oldu ki, insanlar bir-birilə məsafə saxlamağı və yerli-yersiz öpüşməyi yığışdırdılar, daha dəqiqi, məhdudlaşdırdılar. 2019-a qədər gənc kişilər arasında geniş şəkildə öpüşmək dəbi vardı, müşahidəçilər bu tendensiyanı kütləvi petuxlaşmağın təzahürü hesab edirdilər. Bu işə son qoyuldu. İndinin özündə də çox adam bir-birilə eləcə yumruq toqquşdurur.

Bir də hamı maska taxmağı öyrəndi. Hərçənd buna görə az qala üsyan çıxacaqdı. Kütləvi şəkildə tıncıxanlar vardı. Amma koronavirusun cilovlanmasında maskaların rolu böyük oldu. Maskadan qurtuluşu isə az qala bayram edəcəkdik. İndi hərdən ictima yerlərdə maska taxanları görəndə dönüb-dönüb üzünə baxırlar, sanki ömürlərində maska taxan görməyiblər. 2-3 il qabaq isə hamı taxırdı. Hətta daha bahalı, libasa uyğun rəngdə maska taxmaq və bunu sosial şəbəkədə paylaşmaq kimi bir eqoizm cərəyanı da əmələ gəlmişdi.

Bizimki bu qripdir – dədə-baba qripi. Çalışın yoluxmayın, amma yoluxdunuzsa, qorxmayın.

Samir SARI

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xanın kəndindən ucalan Prezident sözü həm də bizə DƏRS olsun

Next

Qohum evliliyinin müsbət tərəfi odur ki… – Psixoloq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv