Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Qadınlar kişiləri passiv görməyə başlayıblar, əslində “vəhşi kişi”…” – Psixoloq qalmaqallı açıqlama

By Vüsal Rafiqoğlu
19.03.2024 2 Min Read

“İbtidai icma quruluşu zamanı kişinin əsas vəzifələri evi qorumaq, tonqal qalamaq, ailəsinin təhlüləsizliyini təmin etmək, heyvan ovlamaq və onu doğramaq idi”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova Cebhe.info-ya açıqlamasında deyib.

O bildirib ki, ataerkil (patriyarka) toplumlarda bu funksiyalar müəyyən qədər dəyişib, amma yenə də davam edir:

“Müasir dövrdə “avropalaşan” mədəniyyətlər kişini “vəhşi” obrazından çıxarır və maskulan hala salır.

Artıq bəzi kişilər qaşını alır, manikürə, pedikürə gedir, saç diblərini boyayır və üz təraşında xüsusi baxım vasitələrindən istifadə edirlər. Burada əsas məsələ kişinin baxımlı olub-olmaması demək deyil. Məsələ öz baxımına zaman ayıran kişinin “vəhşi” olmağa daha az zamanı qalır. Bu da kişinin öz təbiətini də qismən dəyişməsinə gətirib çıxarır. Amma yeganə problem bu da deyil”.

Onun sözlərinə görə, bəzi qadınlar da “kişiləşməyə” başlayıb:

“Belə ki, qadın işlədi və nətcədə kişi ilə eyni iş saatlarını bölüşdü. Həmçinin, qadın funksional olaraq cəmiyyətdə “kişi kimi” görünməyə və hadisələrə reaksiya verməyə başladı. Lakin qadınların gücü dəyişdiyi üçün kişilər daha passiv görməyə başladılar. Əslində məsələ sadəcə kişinin dəyişməyi deyil.

Məsələ kişi dəyişdiyi zaman qadının da gücünün dəyişməsidir. Yəni qadınla kişi arasındakı fərq artmağa başlayıb. Bundan başqa, müəyyən maddiyyata və rifaha çatan bəzi qadınlar da maddi vəsaitləri hesabına kişi təmin edirlər. Məhz “Alfons” adlandırılan kişilər də belə ortaya çıxır”.

Psixoloq onu da diqqətə çatdırıb ki, qadın hansı gücə sahib olmasından asılı olmayaraq, yaradılış olaraq kişinin güc hissinə ehtiyac duyur:

“Ümumiyyətlə, qadının özünü bu qədər inkişaf etdirməsinin səbəbi də kişiyə möhtac olmadan gücü özündə tapmaqdır. Lakin bu, yaradılışa ziddir. Qadınlar bunu başa düşəndə artıq özlərindən daha güclü kişini tapmaqda çox çətinlik çəkdilər. Qadınlar bir növ əvvəlki kimi masaya yumruq vuran, qaşı qalxanda evdə iqtidar sahibinin olduğu bilinən və öndə dayanan kişi olmaq arzusundadır. Amma bir çox kişi artıq elə deyil. Ona görə də qadınlar yenidən kişidə o xüsusiyyətləri yaratmağa çalışırlar.

Fikrimcə, qadınlar özlərini dəyişərək kişilərin gücünü bərpa edə bilərlər. Yəni qadın əvvəlki təyinatına qayıtmalıdır ki, kişinin də gücü yenidən ortaya çıxsın. Çünki qadının gücü artdığı üçün kişi passiv görünür. Hazırda bu və buna bənzər kifayət qədər problemlər var”.

Əfsanə Rüstəmova zaman-zaman bəzi qadınların “vəhşi kişi” xoşladıqlarını deməsini də belə izah edib:

“Əslində, “vəhşi kişi” xoşladığını deyən qadınların böyük əksəriyyəti müsbət mənada “yırtıcı” tipli olurlar. Amma onlar güc qazanandan sonra başa düşdülər ki, məsələ güc deyil.

Nəzərə almaq lazımdır ki, hər bir qadının kişiyə ehtiyacı var. Qadınların “güclü kişi”, “vəhşi kişi” istədiyini deməsi səbəbi onların qarşı cinsdən gözləntisinin kişi obrazının əvvəlki halıdır. Hazırkı dövrdə isə sanki hər şey yarı-yarıyadır. Bəlkə də maddi, fiziki və psixoloji kimi bir çox işlərin 60-70 faizi qadın tərəfindən icra olunur. Üstəlik, insanların gec evlənməsinin və erkən boşanmaların səbəblərinin kökü də budur.

Ümumiyyətlə, qadınlar onları döyən kişi istəmirlər. Onlar qayğılarının hamısını çəkən kişi istəyirlər. Məsələn, qadınlar kirayənin hamısının kişilər tərəfindən ödənilməsini istəyərlər. Lakin onlar ifadəni belə qurmadığı və quranda bir az aciz kimi baxılacağı üçün özlərini bu cür “aqressiv” ifadə etməyə çalışırlar. Düşünürəm ki, kişinin funksiyasını dəyişdirməməyə çalışmalıyıq. Qadın öz funksiyasını başa düşüb “obraz”ına geri qayıtsa, kişinin gücü nisbətən üzə çıxmağa başlayacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentlərin Xudafərin görüşünün sirri – Zəngəzur məsələsi…

Next

Rusiya üçün beş ssenari – Azərbaycana hansı sərf edir…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv