Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

By Vüsal Rafiqoğlu
26.03.2024 3 Min Read

Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında “Dostluğun qızıl standartı” adlı məqalə çap edib.

AZƏRTAC xəbər verir ki, H.Hacıyev qəzetin əməkdaşı Sie Ventin növbədənkənar prezident seçkisində qalib gələn Prezident İlham Əliyevin liderliyində Azərbaycanın Çin ilə münasibətlərinə, ölkəmizin xarici siyasətində Çinin yerinə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinə, iki ölkənin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə əməkdaşlığına, Çinin qlobal inkişafdakı payına dair suallarını cavablandırıb.

Administrasiya rəsmisi bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Prezident İlham Əliyev ölkənin inkişafı ilə bağlı yeni prioritetlər müəyyən edib. Ölkəmizin yaxın dost və tərəfdaşı olan Çin ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın Çin ilə strateji əməkdaşlığının və tərəfdaşlığın genişləndirilməsində, yeni səviyyəyə qaldırılmasında maraqlıdır. İki ölkə arasında əla siyasi münasibətlər, iqtisadi-ticarət, o cümlədən enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq var. Azərbaycan “Vahid Çin” prinsipini daim dəstəkləyir.

Şöbə müdiri bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi qəbul edir. Prezident İlham Əliyev bu amilləri nəzərə alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın prioritetlərindən biri kimi müəyyənləşdirib. İki ölkə arasında iqtisadi-ticari münasibətlər davamlı inkişaf edir, Çin şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edir. Bununla belə ölkələrimizin iqtisadi əməkdaşlığı üçün daha geniş imkanlar var. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və yaşıl keçid sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpa olunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür.

Azərbaycan-Çin əməkdaşlığında “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Prezidentin köməkçisi bu xüsusda Orta Dəhlizin əhəmiyyətini qeyd edib, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Çin ilə Avropa arasında vacib bağlantını təmin etdiyini deyib.

Azərbaycanın COP29-a ev sahibliyindən danışan şöbə müdiri H.Hacıyev bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsinə dair qərar beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət və etimadının göstəricisidir. Qazıntı yanacağı ixrac edən Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hamı üçün əsas çağırışdır və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində Qlobal Cənub və Qlobal Şimal arasında anlaşma və həmrəyliyin qurulmasına çalışacağını bildirən Administrasiya rəsmisi əlavə edib ki, ölkəmiz COP29 ilə əlaqədar fundamental məsələlər üzrə bütün tərəflərlə dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı ölkələrindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir.

H.Hacıyev müsahibəsində bəzi media orqanlarında Çin sərmayələrinin və şirkətlərinin “təhlükəsizlik təhdidi” kimi təqdim olunmasını Çinə qarşı ədalətsiz yanaşma kimi şərh edərək, Çin texnologiyasının dünyada ən yaxşılardan biri olduğunu, ölkəmizdə rəqəmsal keçid prosesində də Çin məhsullarından istifadə olunduğunu diqqətə çatdırıb.

İqtisadi inkişafın ədalətli rəqabətə əsaslanmalı olduğunu vurğulayan H.Hacıyev, bəzi ölkələrin təhlükəsizlik və digər mövzularda lazımsız təbliğatla məşğul olduqlarını, bunun dürüst rəqabətə və iqtisadi inkişafa mane olduğunu bildirib. Bəzi ölkələrdə Çin şirkətlərinə qarşı aparılan təbliğat təəssüf doğurur. Bu, Azərbaycanın gündəliyinə uyğun deyil. Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir.

Şöbə müdiri Çinin tərəqqisinin, qlobal inkişafa töhfələrinin dost ölkələri sevindirdiyini, Çinin irəli sürdüyü qlobal təşəbbüslərin əməkdaşlığı və inkişafı təşviq etdiyini bildirib. Çin COVID-19 pandemiyasını dövründə “peyvənd milliyyətçiliyi” nümayiş etdirən bəzi Qərb ölkələrindən fərqli olaraq ehtiyacı olan ölkələrə peyvənd tədarük edib. Dövlətimizin başçısının Çin liderinə müraciətinə cavab olaraq, Çin Azərbaycana vaksin göndərərək, xalqımızın sağlamlığı və rifahına öz töhfəsini verib. Bu həmrəylik aktı ölkələrimiz arasında mövcud olan tərəfdaşlıq nümunəsidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazir: “Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır”

Next

Azad edilmiş ərazilərdə son bir həftədə daha 33 mina aşkarlanıb – FOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv