Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Əgər ailədə qarşılıqlı hörmət və sevgi varsa…

By Vüsal Rafiqoğlu
29.03.2024 2 Min Read

Komitə rəsmisi: Mediada nümunəvi ailə obrazı işıqlandırılmalıdır

Günümüzün əsas problemlərindən biri də boşanmalardır. Əvvəllər boşanana pis baxırdılarsa,  sanki indi əksinədir.  Necə deyərlər, ailə dağıtmağa nə var ki, bircə sözün üstündə darmadağın edərsən. Çətin olanı ailəni qoruyub saxlamaqdır. Maraqlıdır, hazırda cütlüklər niyə bu çətinliyə sinə gərmək istəmirlər? Boşanmaların artmasının kökündə hansı faktorlar dayanır?

Bu və ya digər mühüm məqamlara aydınlıq gətirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli ilə  həmsöhbət olduq.

– Nərgiz xanım, sizcə, boşanmaların artmasının, ailələrin dağılmasının səbəbi nədir?

– Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması nəticədə ailə institutunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Əlbəttə, Azərbaycan qədim adət-ənənələr, milli-mənəvi dəyərlər əsasında formalaşmış cəmiyyət və dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər nəzərə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə ilk növbədə ailələrə, daha sonra isə cəmiyyətə təsir göstərir. Adətən boşanmalara səbəb kimi cütlüklər arasında  ən çox xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, ailədə baş verən zorakılıq halları,  sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənardan müdaxilə, xəyanət və qısqanclıq  faktları göstərilir. Mövcud səbəbləri həll etməyə çalışmayıb, sadəcə nikahın pozulmasına  qərar verərkən  cütlüklər düşünməlidirlər ki,  ailədə uşaq varsa  ailə üzvləri daha böyük  psixoloji problemlərlə  üzləşirlər.

– Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziya kanallarının üzərinə böyük məsuliyyət düşür. Məsələnin bu tərəfi ilə bağlı tövsiyə, çağırışlarınızı eşitmək istərdik.

– Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Media vasitəsilə işıqlandırılan ailə modeli cəmiyyətin təsəvvüründə ailə ilə bağlı  müsbət və mənfi nümunələr yaradır, müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır.  Bu gün kütləvi informasiya vasitələri gənclərin milli dəyərlər əsasında tərbiyə olunmasında güclü vasitədir. Bu səbəbdən, kütləvi informasiya vasitələrində işıqlandırılan ailə obrazının xarakteri barədə düşünmək, buradakı vacib məqamlara, yol verilən səhvlərə diqqət çəkmək olduqca önəmlidir. Media vasitəsilə işıqlandırılan materiallarda real hekayələr və real qəhrəmanlar üzərindən pozitiv nümunələri insanlara çatdırmaq çox vacibdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Unutmamalıyıq ki, bir çox ailə-məişət münasibətləri və münaqişələri ailə daxilində baş versə də, ən isti və müqəddəs münasibətlər də məhz  ailə üzvləri arasında yaşanır.

– Təmsil etdiyiniz Dövlət Komitəsi sözügedən  problemin həlli üçün hansı zəruri tədbirlər görür?

– Komitə ailələrlə bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq maarifləndirmə kampaniyaları reallaşdırılır. 60 ildən çox birgə ömür sürmüş nümunəvi ailələrin həyat hekəyələri mütəmadi olaraq  kütləvi informasiya vasitələrində əks olunmaqla cəmiyyətə çatdırılır. Komitə tərəfindən Respublikanın şəhər və rayonlarında 60 ildən çox birgə ömür sürmüş nümunəvi uzunömürlü ailələrin  toplusu – “Azərbaycan ailəsi” adında kitab çap olunmuşdur.

– Nərgiz xanım, uzunömürlü ailə həyatı üçün cütlüklərə tövsiyə və çağırışlarınız varmı?

– Uğurlu və uzunömürlü ailə həyatı üçün cütlüklər daha çox bir-birilərini yaxşı tanımağa, düşüncələrinə və maraqlarına hörmətlə yanaşmağa  meyil etməyi, müəyyən çətinliklərdə ortaq məxrəcə gəlməyi bacarmalıdırlar. Unutmaq olmaz ki, heç bir ailə həyatı tamamilə problemsiz olmur. Lakin bütün problemlərin həlli mümkündur. Əgər ailədə hörmət və sevgi varsa problemləri birgə həll etmək mümkün o qədər də çətin deyil.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İmtahana hazırlaşan gənclərin diqqətinə: POMİDOR YEYİN!

Next

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv