Dünya Türkiyədə yanacaq tankerində 52 qanunsuz mühacir tapıldı: İkisi ölü, yeddisi huşsuz By Vüsal Rafiqoğlu 30.03.2024 1 Min Read Türkiyənin Qaziantep şəhərində polis tərəfindən saxlanılan yanacaq tankerində 52 qeyri-qanuni miqrant aşkarlanıb. Onlardan ikisi tankerdə boğularaq ölüb, yeddisi isə huşsuz halda olub. Sonuncuların vəziyyətlərinin ağır olduğu müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: NTV