Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan-Konqo münasibətləri yeni mərhələdə – “Kaspi”nin TƏHLİLİ + FOTO

By Vüsal Rafiqoğlu
06.04.2024 3 Min Read

Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Konqo Fransa müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə qarşı siyasətini yüksək qiymətləndirir.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana səfərə gəldi. Onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək və geniştərkibli görüşlər keçirildi və liderlər daha sonra mətbuata birgə bəyanatla çıxış etdilər.

Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsi kontekstinə əlavə dəyər verir.

Çünki Konqo liderinin səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkənin münasibətlərinin parlaq gələcəyini ortaya qoyur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Əlaqələr inkişaf etməlidir

Prezidentlərin birgə bəyanatından da göründüyü kimi, Azərbaycanla Konqonun münasibətlərində pozitiv səhifə yaradan əsas platforma Qoşulmama Hərəkatının prioritetləri ətrafında sıx birləşmək olub.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə tutduğu mövqe və onun koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda humanitar yardımları təbii ki, Konqonun da diqqətindən yayınmayıb. Üstəlik, Konqo vaxtı ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə qarşı siyasətini yüksək qiymətləndirir.

Deyə bilərik ki, bunlar konseptual formada Bakı ilə Brazzavil arasındakı əlaqələrin dinamikasına yaxşı təsir göstərib. İndi isə bu münasibətləri möhkəm iplərlə bərkitmək və onu daha da inkişaf etdirmək prioritetdir.

İkitərəfli münasibətlərdə aktuallaşan çağırışlar sözsüz ki, əməkdaşlığın yeni səhifələrini vərəqləmək xarakterini gündəmə gətirir. Eyni zamanda bu amillər, çoxtərəfli əməkdaşlıq formatındakı qarşılıqlı dəstək və əlaqələri sarsılmaz edən tezisləri əhatə edir.

Bu mənada, İlham Əliyevlə Deni Sassu-Nqessonun danışıqları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin dinamikasına, təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verən gündəliyi ölçməyə imkan verir.

İqtisadi təşviqlər

Liderlərin görüşlərindəki iqtisadi və energetika sferalarında apardığı müzakirələr (karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd edilib) əlaqələrin spektrini dayanıqlı edən maliyyə potensiallarını da təşviq edir.

Deməli, iki ölkənin qarşılıqlı müsbət əməkdaşlıq xarakteri ümumi maraq doğuran digər məsələlərdə birgə çalışmaq üçün düsturları qeyd edir.

Bu düsturlar təhlükəsizlik maraqları da nəzərə alınmaqla:

– İkitərəfli iqtisadi, siyasi əlaqələri şaxələndirmək;
– Qarşılıqlı şəkildə biznes mühitini yaxşılaşdırmaq üçün investisiya səylərini təşviq edir.

COP29-da əməkdaşlıq 

Azərbaycan noyabr ayında mötəbər beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) – ev sahibliyi edəcək. Azərbaycan burada Konqo ilə də əməkdaşlıq qurmaqda maraqlıdır və bunu Prezident İlham Əliyevin mətbuata birgə bəyanat zamanı bu sitatında görə bilirik:

“Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə Konqo ilə əməkdaşlıq etmək istəyinin səbəbi var.

Üçdə ikisi meşələrlə örtülü olan və meşələrin qırılma səviyyəsi aşağı olan Konqo Respublikası Konqo hövzəsində ekosistemlərin qorunmasında mühüm rol oynayır. Bildirək ki, Konqo Respublikası COP28 tədbirində öz ərazisinin müstəsna biomüxtəlifliyini qorumaq və ölkənin meşə örtüyünü, ekosistemlərini qorumağı gündəliyə gətirib. Konqo Respublikası biomüxtəlifliyi və iqlimi qorumaq üzrə öhdəliklərini, ərazisini yenidən meşələşdirmək ambisiyasını nümayiş etdirir.

Beləliklə, Konqo buna uyğun gələn dayanıqlı iqtisadi modeli təşviq etməklə öz iddialı vizyonunu ortaya qoyub. Bu, hətta beynəlxalq tərəfdaşların da diqqətini çəkir. Azərbaycan da COP29-a ev sahibliyi edəcək ölkə olduğundan Konqonun bu iddialı hərəkətlərini nəzərə alır. Konqonun da Azərbaycanın təcrübəsinə ehtiyac var və bunu Prezident Deni Sassu-Nqesso belə ifadə edib:

“Biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun.

Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi – Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik”.

Azərbaycanla Konqo arasındakı bu istiqamətdəki mümkün tərəfdaşlıq iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və bərpaolunan enerji üzrə qlobal səylərə əhəmiyyətli töhfə verə bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb

Next

Ramazanın 28-ci gününün duası – İMSAK və İFTAR vaxtı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv