Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Ali məktəblərin reytinq cədvəlində autsayderliyimiz – yüzlüyə nə vaxt düşəcəyik…

By Vüsal Rafiqoğlu
16.04.2024 4 Min Read

Ekspert: “Bir amili götürüb universitetin reytinqdə olmasını demək ciddi hesab oluna bilməz”

Quacquarelli Symonds (QS) ali təhsil sahəsində beynəlxalq analitik agentlik dünyanın ən yaxşı universitetlərinin fənlər üzrə reytinqini dərc edib.

Bu barədə məlumatı Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yayıb.

Bildirilir ki, Azərbaycan QS reytinqində iki universitetin təhsil proqramları ilə təmsil olunur. Ölkə üzrə ən yüksək nəticə əldə edən Azərbaycan Dillər Universiteti Müasir Dillər proqramı üzrə dünyanın 301-340 ən yaxşı universiteti siyahısına daxil edilib. Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat və Ekonometrika proqramı üzrə dünyanın 351-400 ən yaxşı universiteti, Sosial Elmlər və İdarəetmə proqramı üzrə isə dünyanın 501-550 ən yaxşı universiteti siyahısında yer alıb.

Qeyd etmək yerinə düşər ki,  QS dünya universitetlərinin reytinqi üzrə mühüm qurumlardan biridir. Bir neçə başqa reytinq qurumları da var – “THE” (Times higher education),   “ARWU” (Academic Ranking of World Universities- SJTU-Şanxay universitetinin reytinqi) və  “Ranking Web of World Universities”. Bundan başqa, bir sıra regional və sahəvi reytinq təşkilatları da var. Bunlar BƏƏ-də fəaliyyət göstərən “CWUR” (The Center for World University Rankings), “ARTU” (The Aggregate Ranking of Top Universities), “CWTS” Leiden Ranking, Performance Ranking of Scientific Papers for World Universities, Reuters World’s Top 100 Innovative Universities və s.-dir.

Qeyd edək ki, müvafiq reytinqin qiymətləndirilməsi metodologiyasında 5 əsas göstərici (akademik reputasiya, işəgötürənlər arasında nüfuz, istinadların sayı, Hirş indeski (H-indeksi) və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

Ötən illərlə müqayisədə bu irəliləyişdirmi? Dünyanın ən yaxşı ali təhsil ocaqlarının 100-lüyünə düşməyə çoxmu var? Bunun üçün nələr edilməlidir? Qonşu Rusiya, Türkiyə və Gürcüstanla müqayisədə kimdən geri, kimdən qabaqdayıq?

Sabiq maliyyə naziri: "ABŞ enerji rəqabətinin tək lideri olmaq  niyyətindədir"

Saleh Məmmədov

Sabiq maliyyə naziri, professor Saleh Məmmədovun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti bütün beynəlxalq reytinq cədvəlinə görə Azərbaycanda birinci yerə çıxıb: “QS reytinqinə görə də ölkə universitetləri üzrə birincidir. Həmçinin Dillər Universiteti bir ixtisas üzrə dünyanın ilk 400 universiteti içərisindədir. Dünya Bankının hesablamalarına görə, fəaliyyətdə olan universiteti dünya səviyyəli universitetə çevirmək üçün 500 milyon dollar, yeni universitet yaratmaq üçün isə 1 milyard dollar tələb olunur. QS ən vacib təşkilatlardan sayılır. QS reytinq təşkilatı dünya miqyasında fəaliyyət göstərən 32 min universitetdən cəmi 1500 qabaqcıl universitet seçir və onların reytinqini çıxarır. Azərbaycandan hər zaman BDU, keçmiş Qafqaz, Xəzər, bəzən ADA universitetləri bu siyahıya düşürdü. Ötən il də dinamik inkişafı ilə respublikanın bütün təhsil müəssisələrini geridə qoyan Azərbaycan Dövlət İqtisad Universiteti QS reytinq cədvəlində dünya üzrə 1001-1200 yerləri bölüşdürərək ölkə üzrə birinci yerə çıxmışdı. İkinci yeri BDU, üçüncü yeri dünya üzrə 1201-1400-cü yerləri bölüşən ADSU tutmuşdu. Ümumiyyətlə, hər hansı bir dövlətin ümumi inkişaf səviyyəsi müəyyənləşdirilərkən birinci növbədə onun universitetinin vəziyyətinə baxış keçirilir. Səviyyəli universitetə sahib ölkə mütləq səviyyəli iqtisadi və sosial inkişafa malik olacaq. Bu, isbata ehtiyacı olmayan bir beynəlxalq qanunauyğunluqdur. Dünyanın top yüz universiteti siyahısında yalnız inkişaf etmiş ölkələr və dinamik inkişaf yolunu tutmuş ölkələr olur”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir, bu təhsil ocaqlarında 187 min tələbə təhsil alır: “Qeyd edim ki, artıq son illərdə Azərbaycan universitetlərinin beynəlxalq reytinq forması ilə bağlı ciddi işlər görülür. Xüsusilə Elm və Təhsil Nazirliyi son üç il ərzində universitetlərin beynəlxalq reytinqdə irəliləməsi ilə bağlı xüsusi tədbirlər həyata keçirir. Ölkə Prezidenti tərəfindən 2019-2020-ci illəri əhatə edən, Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyi ilə bağlı Dövlət Proqramı da qəbul olunmuşdu. Beynəlxalq reytinqdə ali təhsil müəssisələri müxtəlif göstəricilərə görə olurlar. Bir sıra beynəlxalq reytinq agentlikləri müxtəlif parametrlər üzrə universitetlərin reytinqlərini müəyyənləşdirirlər. Bunlardan da biri müəyyən fənn proqramları üzrə olanlardır. Baxmayaraq ki, bu, QS-in reytinqidir, amma o qədər də ciddi indikator hesab oluna bilmir. Xarici Dillər Universiteti dilçilik baxımından reytinqdədir. Amma ümumi dünya reytinqində yoxdur. Yaxud İqtisad Universiteti. Hər hansı sosial elmlər, iqtisadiyyatla bağlı olan fənlər üzrə indikatorlarda reytinqdə ola bilər. Amma 300-500-cü yer reytinqli deyil. Kifayət qədər az büdcəyə malik olan ölkələr var ki, daha da irəlidədirlər. Bu gün ən vacibi QS-in, yaxud Şanxay reytinq agentliyinin ümumi, bütün parametrlər üzrə reytinqində olmaqdır. Misal üçün, bu istiqamətdə BDU irəlidədir. BDU universitetlər arasında istinadlarına, bir sıra tədqiqatlarına görə dünya reytinqində yer alır. Yəni müxtəlif parametrlər üzrə bir amili götürüb universitetin reytinqdə  olmasını demək bir az ciddi hesab oluna bilməz. Universitetin yaşıl, ekoloji mühiti ilə bağlı ixtisaslaşmış universitetlər reytinqli olacaq. Neft sahəsi üzrə reytinqi götürsək, təbii ki, burada Neft və Sənaye Universiteti öndə olacaq.  Biz bütün parametrlər üzrə, xüsusən 9 indikator üzrə müqayisə edirik. Alimlərin məqalələri, istinadlar, elm tutumlu layihələr ciddidir. Baxsaq, görərik ki, bu parametrlər üzrə universitetlər irəlidə deyil. Amma ümumilikdə Azərbaycan universitetlərinin beynəlxalq reytinqdə olması ilə bağlı addımları başa düşüləndir. Ən vacib olan universitet məzunlarının əmək bazarında iş tapması, işəgötürənlərin məmnunluğu ilə bağlıdır. Dillər Universitetinin məzunlarının adicə MİQ imtahanından göstəricisi heç də o biri universitetlərdən fərqlənmir. Pedaqoji universitet eyni ixtisaslar üzrə Xarici Dillər Universitetindən daxili reytinqdə daha yüksəkdir. Pedaqoji universitet ixtisaslaşmış pedaqoji kadr hazırlayan müəssisədir və daxildə reytinqi daha yüksəkdir. Ona görə bir parametr üzrə götürüb universiteti xüsusi elan etmək doğru deyil. Vacib elementlər var. Məsələn, Naxçıvan Dövlət Universitetinin reytinqi xaricdən tələbə qəbulunda daha yüksəkdir. Xaricdən tələbələrin ən çox seçdiyi universitetlərdən biridir”.

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri – VİDEO

Next

Müəssisələr maaşları niyə gecikdirir? – VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv