Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xəzər dənizindən içməli su əldə ediləcək –EKSPERT DETALLARI AÇIQLADI

By Vüsal Rafiqoğlu
17.04.2024 2 Min Read

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlətimizin başçısı deyib ki, bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək. Dünyanın bir neçə ölkəsinin duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanın da Xəzər dənizi kimi böyük su hövzəsi olduğunu, bu imkandan istifadə ediləcəyini vurğulayıb.

Dəniz suyunun duzsuzlaşdırılması, suvarma və içməli su kimi istifadə olunması nə dərəcədə effektlidir? Nəzərə alaq ki, çirkab sularının axıdıldığı Xəzər dənizi qapalı su hövzəsidir, okeana çıxışı yoxdur, bu səbəbdən də özü-özünü bir növ təmizləməsi qeyri-mümkündür. Belə olan halda Xəzərin duzsuzlaşdırılan suyunun keyfiyyəti içmək üçün yararlı olacaqmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan Cənubi Qafqazda su hövzəsi ehtiyatlarına görə Gürcüstan və Ermənistandan geridə qalır.

Ekspertin qənaətincə, Azərbaycan su emalı sahəsində İsrailin aparıcı şirkətləri ilə əməkdaşlıq etməlidir: “Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycan ərazilərindən bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki, buna çox böyük ehtiyac var. Belə ki, Cənubi Qafqazın su ehtiyatının 62 faizi Gürcüstana, 28 faizi Ermənistana düşür. Azərbaycana düşən pay isə cəmi 10 faizdir. Bunun da 70 faizi transsərhəd çayların payına düşür. Bir müddət öncə Azərbaycan və İsrail şirkətləri  arasında anlaşma memorandumu imzalanıb. Bu şirkət öz sahəsi üzrə kifayət qədər böyük təcrübəyə malikdir və indiyə qədər 40 ölkədə fəaliyyət göstərib. Açıqlanan rəqəmlərə görə, sözügedən şirkət 400-dən artıq sutəmizləyici zavod tikib istismara verib. Belə bir şirkətin Azərbaycanda da fəaliyyət göstərməsi uğurlu nəticələrə yol aça bilər”.

E.Əmirovun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının məhdud olması ondan səmərəli istifadəni aktual edir: “Bütün hallarda məsələlərə kompleks yanaşma tələb olunur. Azərbaycanın su ehtiyatlarının məhdud olması ondan səmərəli istifadəni hər zaman aktual edir. Xəzər dənizinə onu ən çox su ilə təmin edən Volqa çayı da daxil olmaqla, irili-xırdalı 130-dan çox çay axır. Buna rəğmən, Azərbaycanın qarşıdakı dönəmlərdə də su ehtiyatları baxımından problem yaşayacağı istisna deyil. Bu kimi problemlərin yaşanmaması üçün ilk növbədə sudan səmərəli istifadənin müasir texnologiya üsulu ilə həyata keçilməsinə ehtiyac var. Eyni zamanda, Xəzərin suyundan istifadə olduqca vacibdir. Çünki, bu, su anbarlarına olan ehtiyacı nisbətən azaldacaq. Duzsuzlaşdırmadan öncə su anbarlarında suyun saxlanılması birinci versiyadır. İkinci versiya isə Xəzərə tökülüb duzlaşandan sonra duzsuzlaşdırılaraq istifadə olunmasıdır. Təbii ki, duzlaşmadan öncə su anbarlarında istifadə olunarsa, bu, daha çox rentabelli fəaliyyət olardı. Amma bütün hallarda Xəzərin suyunun duzsuzlaşdırılması, ondan içməli su və suvarma üçün istifadə edilməsi effektiv olacaqdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin daha bir sübutu – RƏY + FOTO

Next

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv