Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“X-XI siniflərdə təhsil pullu olacaq” iddiası

By Vüsal Rafiqoğlu
03.05.2024 4 Min Read

Elçin Əfəndi: “Sərbəst davamiyyətin tətbiqi məsələsi qətiyyən ağlabatan deyil, çünki…”

Son günlər aktual olan məsələlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədrisin təşkili ilə bağlıdır. Belə ki, bugünlərdə sosial şəbəkələrdə X-XI siniflərdə təhsilin ödənişli olması təklifi çox səsləndirilir. Bəzi ekspert və valideynlər bunu əsasən onunla əlaqələndirirlər ki, onsuz da IX sinfi başa vurduqdan sonra şagirdlər repetitor yanına gedir və ailə həm məktəbə xərc çəkir, həm də repetitora ödəniş etməli olur. Ona görə də yalnız məktəbə ödəniş etməklə bu problemi həll etmək olar.

Digər tərəfdən, valideynlər bildirirlər ki, X-XI siniflərdə şagirdlər repetitor yanına getdikləri və məktəbdə dərs keçirilmədiyi üçün davamiyyət azalır. Bu baxımdan şagirdlərə X-XI siniflərdə “sərbəst davamiyyət” tətbiq edilə bilər. Ümumtəhsil məktəblərini publik hüquqi şəxsə çevirməklə bağlı Nazirlər Kabinetinə qərar layihəsi verilib və hələ təsdiq olunmayıb.

Orta məktəblərdə X-XI siniflərdə təhsilin ödənişli olması və yaxud “sərbəst davamiyyət”in tətbiqi nə dərəcədə realdır?

Elçin Əfəndi: “Distant təhsil mütləq bərqərar olmalıdır”

Elçin Əfəndi 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb: “Azərbaycanın Konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq hüququ var və icbari təhsildə ödənişsiz təhsil ala bilirlər. Faktiki olaraq onu müşahidə edirik ki, yuxarı siniflərdə, xüsusən də 10-11-ci, hətta bura artıq 9-ci sinif də daxildir, dərsə davamiyyət olduqca aşağıdır. Yəni şagirdlər əsasən repetitor yanına və yaxud müxtəlif hazırlıq kurslarına üz tutur, məktəbə getmirlər. Əlbəttə ki, bu istənilən halda ümumi təhsil göstəricilərinə mənfi təsir edir, eyni zamanda valideynlər maddi cəhətdən geri düşmüş olurlar.

Bir müddət öncə Elm və Təhsil Nazirliyi tərəfindən əsasən 10-11-ci siniflərdə təmayülləşmə adı altında şagirdlər üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə hazırlıq qrupları təşkil olundu və hər kəs konkret olaraq hansı ixtisas qrupunu seçibsə, həmin istiqamətdə hazırlaşmağa başladı. Lakin təəssüf ki, görünən ondan ibarətdir  ki, bu layihə özünü o qədər də doğrultmur. Hazırda tam və  ümum orta təhsil müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı Nazirlər Kabinetinə müraciət daxil olub. Əgər bu qərar qəbul olunarsa, artıq həmin təhsil müəssisələri publik hüquqi şəxs statusuna malik olacaq və bununla da özünü maliyyələşdirən, öz qaydalarını tənzimləyən bir quruma çevriləcəklər. Nəticə etibarı ilə burada artıq ödənişli təhsil məsələsi və digər ödənişli əməkdaşlıqlar öz təsdiqini tapa bilər.  Belə olduğu halda da 10-11-ci siniflərdə müvafiq olaraq hazırlıqların keçirilməsi və yaxud təhsil müəssisəsində tədrisin həyata keçirilməsi ödənişli ola bilər”.

Ekspert qeyd edib ki, bu prosesin baş tutması üçün bir neçə il vaxt lazım gələcək: “Bu gün ölkəmizdə 4400-dən çox tam və ümum orta təhsil müəssisəsi fəaliyyət  göstərir ki, burada da 1,6 milyon nəfər şagird təhsil alır. Bu şagirdlər arasında təxminən 350-400 min nəfər şagird 9-11-ci sinifdə təhsil alır. Həmin şagirdlərin ödənişli təhsilə cəlb olunması dövlətin məhz bu istiqamətdə çəkdiyi xərclərin qarşısını ala  və nəticə etibarı ilə artıq təhsil müəssisələri arasında rəqabət mühiti formalaşa bilər. Hansı ki, məsələn, valideyn artıq ödənişi repetitor hazırlığına və yaxud hazırlıq kurslarına deyil, məhz məktəbə verə bilər. Belə olan halda məktəblər keyfiyyətli təhsil verməkdə maraqlı olar, daha yaxşı, peşəkar müəllimləri öz təhsil müəssisəsinə cəlb edib, nəticə etibarı ilə sağlam rəqabət mühiti formalaşdıra bilərlər. Amma bunun nə dərəcədə effektiv olacağını əlbəttə ki, zaman göstərəcək və bu prosesin özünü doğrultması üçün bir neçə il vaxt lazım gələcək.

Dünyanın əksər ölkəsində təhsilin müxtəlif pillələri var – məktəbəqədər təhsil, ibtidai təhsil, yuxarı təhsil və ali  təhsil istiqaməti üçün hazırlıq pilləsi. Hesab edirəm ki, ölkəmizdə də 10-11-ci siniflər məhz digər xarici ölkələrdə olduğu kimi, ali təhsil müəssisələrinə getmək istəyən şəxslər üçün bir mərhələ olmalı və bu mərhələ könüllülük prinsipi əsasında olmalıdır”.

Elçin Əfəndi 10-11-ci siniflərdə sərbəst davamiyyətin tətbiq edilə biləcəyi ilə bağlı fikirlərə isə bu cür mövqe bildirdi: “Hesab edirəm ki, sərbəst davamiyyətin tətbiq olunması məsələsi qətiyyən ağlabatan deyil. Çünki belə olarsa, ümumiyyətlə, heç bir şagird məktəbə getməyəcək. Sadəcə, attestatı alacaqları günü gözləyəcəklər ki, bu dövlət nümunəli təhsil sənədinin  alsınlar”.

Təhsil üzrə ekspert Elşən Qafarov isə ölkədə dövlət məktəblərində təhsilin ödənişli olması ilə bağlı səslənən fikirlərin tam məntiqsiz hesab etdiyini bildirib: “Azərbaycan Respublikasında dövlət təhsil standartlarına  uyğun olaraq təhsil həyata keçirən bütün dövlət təhsil müəssisələrində təhsil pulsuzdur. Bu, istər Azərbaycan Respublikası vətəndaşı, istərsə də xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə də aiddir.

Ümumtəhsildə təhsilin ödənişli şəkildə həyata keçirilməsi ilə bağlı təkliflər qeyri-ciddi, qanunvericiliyə əsaslanmayan, təhsillə bağlı anlayışı olmayanların fikridir.

Dövlət mülkiyyətində olan ümumtəhsil məktəblərinə dövlət standartlarına uyğun olaraq ümumtəhsillə yanaşı eyni zamanda ödənişli əsaslarla, beynəlxalq təhsil formalarına əsaslanan  təhsilin həyata keçirməsinə icazə verilir.  Lakin bir daha qeyd edirəm ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir və dövlətin mülkiyyətində olan ümumtəhsil məktəblərində təhsil pulsuzdur, onu pullu etmək məntiqə sığmır.

O ki qaldı repetitorluğun geniş yayılmasına, valideynlərin repetitorlara kifayət qədər pul ödəməsinə, bu, ona bənzəyir ki, ağacın bir budağı quruyur, deyirik ki, gəlin kökünü də yerdən çıxaraq”. Digər tərəfdən, ümumtəhsil məktəblərini publik hüquqi şəxsə çevirmək məsələsini həll etmək lazımdır. Bununla bağlı Nazirlər Kabinetinə qərar layihəsi verilib və hələ təsdiq olunmayıb. Ümumtəhsil məktəblərində təhsil pulsuz olduğuna görə “təhsili ödənişli edək” anlayışı özü kökündən səhvdir. Repetitorluğun minimuma endirilməsi üçün müvafiq tədbirlər görmək olar. Bu tədbirlərdən biri DİM-in imtahan mexanizmində dəyişikliklər etməkdir.

Beləliklə, görməyə çox işlər var, amma ödənişli əsaslarla ümumtəhsili həyata keçirmək, bu, qeyri-ciddi fikirdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kürəyini hökmlüyə söykəyən kürəkən – O, sahibkarın biznesinə “qonub”

Next

“Çörək yeyən xalq” imicinin sonu?

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv