Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Lukaşenkonun İrəvanı narahat edən mesajı – Qafqaza cavabdehlik İlham Əliyevdə..

By Vüsal Rafiqoğlu
21.05.2024 3 Min Read

Politoloq: “Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır”

Ermənistanla birgə hərbi, siyasi, iqtisadi ittifaqda təmsil olunan Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzulidə, Şuşada olması İrəvanda müxtəlif reaksiyalar doğurub. 

Lukaşenkonun  Azərbaycan və Prezident İlham Əliyev haqqında xoş ifadələr, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində iştirak etmək niyyətində olması ermənilərdə suallar yaradıb. Lukaşenkonun Azərbaycana səfəri eyni hərbi-siyasi, iqtisadi ittifaqda təmsil olunduğu Ermənistanda çox ciddi narahatlıq və qısqanclıqla qarşılanıb. Belarus liderinin Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı qismində görməsi barədə verdiyi bəyanatını Rusiyanın bəzi media orqanları da xüsusi qabardıb.

“Yeni Müsavat” yada salır ki, Lukaşenko birgə mətbuat konfransında fikirlərini belə ifadə edib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman sizi seçib, bizdə belə deyirlər və siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız. Əminəm ki, siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız”. Bu, hər şeydən öncə Rusiyaya çox yaxın olan, prezident Putinin də rəylərindən bəhrənən Lukaşenkonun Azərbaycana və onun lideri İlham Əliyevə verdiyi yüksək qiymətdir. Bəs İrəvanı narahat edən nədir?

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Prezident İlham Əliyev XXI əsrin ən populyar və qətiyyətli liderlərindən biridir. Onun fikrincə, Lukaşenko kimi bir çox siyasi liderlər İ.Əliyevi erudiksiyalı siyasətçi, beynəlxalq münasibətlərin reallıqlarını bilən dövlət xadimi kimi qəbul edirlər: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi qalsa da, hər zaman o blokun üzv ölkələri ilə Azərbaycanın münasibətləri daha yaxşı olub, nəinki İrəvanın. Bunu 44 günlük müharibə dövründə də görmək olardı, daha əvvəl də. İndi Ermənistan bu təşkilatda işini dondurub, amma aktiv fəaliyyət göstərsə belə üzv ölkələrdən bizə qarşı istifadə edə bilməz. Çünki tələbləri ədalətsiz və səhvdir. Bu gün davam edən delimitasiya prosesi də məhz Ermənistanın əvvəllər KTMT əleyhinə səsləndirdiyi ittihamların əsassız olduğunu təsdiq edir. Bu nöqteyi-nəzərdən Belarus prezidentinin fikirləri həqiqətin bir daha dilə gətirilməsidir. Azərbaycan lideri regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasında hamıdan çox çalışır”.

Q.Hüseynlinin sözlərinə görə, Belarus işğaldan azad edilmiş ərazilərdə 412 ailəlik yaşayış məntəqəsi salacaq, halbuki KTMT-də bu ölkə ilə birgə təmsil olunan Ermənistan həmin torpaqlarda daşı daş üstündə qoymayıb: “Lukaşenko “siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz” deməklə bütün region ölkələrinə vacib bir fikir çatdırmış oldu. Cənubi Qafqazda təhlükəsizliyin davamlı təmin olunması üçün Azərbaycan səylərini artırıb. Hazırda ikitərəfli danışıqlar modeli də rəsmi Bakının təşəbbüsü və diktəsi altında inkişaf etdirilir. Cənab İlham Əliyev son çıxışlarında təkrar olaraq vurğuladı ki, danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. Mən inanıram ki, işğal və separatizm faktına son qoymuş Ali Baş Komandan tarixi sülh müqaviləsinin bağlanmasına da bir siyasi lider, diplomat, dövlət rəhbəri kimi nail olacaq. Ona görə istər Lukaşenko, istər digər ölkələrin başçılarının Azərbaycan prezidentindən gözləntiləri var, ona böyük ümid bəslənir, bir sözlə, ciddi etimad qazanıb. Eyni zamanda ayrı-ayrı dost ölkələr azad edilən ərazilərin bərpasına dəstək verirlər, amma əsas güc Azərbaycan dövlətinin üzərinə düşür. Prezident İlham Əliyev azad edilən ərazilərin yenidən qurulmasında da bütün dünyaya mesaj verir ki, torpaq əsl sahibləri Qarabağa necə yanaşır, işğalçı qüvvələr 30 ildə torpaqlara necə nəzarət ediblər…”

Elxan Şükürlü: “Onlar qanun layihəsinin əleyhinə çıxacaq”

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün sözlərinə görə, Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır: “Onun 44 günlük Vətən savaşından sonra regionda sülh və əməkdaşlıq platforması kimi təqdim etdiyi 3+3 formatı hazırda ölkəmizi Qərbin açıq hədəfinə gətirsə də, bütün Cənubi Qafqazın yeganə xilas düsturu sayılır. Qərbin şirnikləndirici və təhrikçi davranışlarına aldanmayan Əliyevin Rusiya prezidenti Putinlə qarşılıqlı hörmət, inam və etibara əsaslanan münasibətləri və həm də bu münasibətlər hesabına ölkəsinin əsas problemini həll edə bilməsi qonşu Gürcüstan və Ermənistanla yanaşı, elə Avropa İttifaqı və NATO-ya inteqrasiya kursu seçmiş Ukrayna və Moldova üçün də yeni cəlbedici nümunəyə çevrilib və yeni hərəkatlara təkan verib”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Sumqayıt Nəqliyyat”a yeni direktor təyin edildi

Next

Məktəblərdə iki günlük monitorinqlərlə bağlı ciddi narazılıq

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv