Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti diplomatik qələbəsidir

By Vüsal Rafiqoğlu
27.05.2024 3 Min Read

Mayın 24-də Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri 32 illik işğaldan sonra Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Rəsmi Bakı və İrəvan arasında aparılan delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla da 6,5 kvadratkilometr ərazinin Azərbaycana qaytarılması təmin olunub. Kəndlərimizə nəzarətin təmin edilməsi ilə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə DSX-nın general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Sultanov məruzə edib.

Qazaxın 4 kəndində dövlət suverenliyinin bərpa edilməsi dövlət başçısının müdrik siyasətinin və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərin nəticəsidir. İkinci Qarabağ müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri, Qisas əməliyyatları və 2023-cü ilin sentyabr ayında Xankəndi və ətraf ərazilərin azad edilməsi Azərbaycana qalib ölkə imici qazandırdı. Məhz bu amil danışıqlar prosesində rəsmi Bakının diktə edən tərəfə çevrilməsində başlıca rol oynayıb. Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və Sərhəd Təhlükəsizliyi üzrə Komissiyanın səkkizinci görüşünün protokolu imzalanıb. Protokolun həyata keçirilməsi üçün sərhəd xəttinin koordinatları üzrə dəqiqləşdirmə aparılıb və birgə çöl işlərinin nəticələri haqqında texniki protokol tərtib edilib. Mayın 15-də isə Azərbaycan və Ermənistan arasında sərhəddə komissiyaların növbəti doqquzuncu görüşü keçirilib. Sözügedən texniki protokol razılaşdırılıb və bu barədə komissiyalar müvafiq protokol imzalayıblar.

Kəndlərin nəzarətə keçməsindən sonra burada yaxın gələcəkdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulur. Bunun üçün Azərbaycanın mövcud olan əvvəlki sərhəd xətti yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə zəruri olan sərhəd qüllələri və sərhəd maneə xətti yerləşdiriləcək. Bu ərazilərdə mövcud olan hakim yüksəkliklər Dövlət Sərhəd Xidmətinin tamamilə nəzarətində olacaq ki, bu da gələcəkdə Ermənistan ordusunun fəaliyyətini müşahidə etməyə və onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək. İstənilən halda Ermənistanın bir güllə atılmadan Azərbaycan ərazilərini geri qaytarması ondan xəbər verir ki, İrəvanın ali siyasi rəhbərliyi Ali Baş Komandanımızın yanvarın 10-da səsləndirdiyi və bu dörd kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə bəyanatını kifayət qədər ciddi qəbul edir və bu addım gələcəkdə Azərbaycan və Ermənistan arasındakı etimadın möhkəmlənməsi və sülh sazişinin imzalanması üçün münbit şərait yarada bilər.

Bir zamanlar 7902 soydaşımızın ata-baba yurdu olan, Qazaxın yeddi kəndi Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Maraqlısı olan odur ki, vaxtilə 2005 ailənin yaşadığı bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.

İşğal tarixinə nəzər salsaq görərik ki, Qazaxın Bağanis Ayrım kəndi 1990-cı il mart ayının 24-də Ermənistan ordusunun nəzarətinə keçib. İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrım kəndində baş verib. Ermənilər kənddəki bir ailənin körpəsindən qocasına qədər beş üzvünü diri-diri yandırıb. Kəndin altı yüzdən çox sakini yaşayış məntəqəsindən didərgin düşüb. 1992-ci ilin müxtəlif aylarında Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızılhacılı və Aşağı Əskipara kəndləri işğal edilib. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb.

Azərbaycan nəzarətinə keçən Qızılhaclı kəndi Qazaxın ən böyük kəndidir və bu vaxtilə Azərbaycanın meşə fondunun incilərindən hesab edilib. İşğal müddətində ermənilər buradakı ağacları qıraraq təbiəti də məhv ediblər. 90-cı illərdə işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Amma həmin günlər geridə qalıb. Bundan sonra bu ərazidə Azərbaycanın Silahlı Qüvvələri xidmət edəcək. 30 ildən artıqdır ki, bu kəndlərdə heç bir iş görülməyib. Qazaxın dağıdılmış, viran qalmış kəndləri yenidən dirçəlmək üçün öz doğma sakinlərini gözləyir.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Füzuli könüllüləri ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb

Next

Emin Əmrullayev: Məktəblərdə yoxlamalar davamlı aparılacaq

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv