Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq – ŞƏRH

By Vüsal Rafiqoğlu
03.06.2024 3 Min Read

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyəti təqdirəlayiqdir. Bütün bunlar tərəfdaşlığımızın yüksək səviyyəsindən, mövcud əməkdaşlığımızı daha da şaxələndirmək əzmimizdən xəbər verir. Biz bu əməkdaşlığı daim diqqət mərkəzində saxlayır və dəstəkləyirik.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya İtaliyanın Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin qeyd olunub ki, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri siyasi, ticari-iqtisadi, enerji, müdafiə, humanitar və digər sahələrdə məmnunluq doğurur: “Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”. Üstəlik vurğulanıb ki, cari ildə Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi  isə əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq.
Yeri gəlmişkən qeyd edək ki, Sercio Mattarellanın 28 May – Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da belə bir məmnunluq ifadə olunmuşdu. Eyni zamanda İtaliyanın Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə, o cümlədən regional sabitlik, əlaqələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun intensivləşməsinə qətiyyətlə dəstək verməyə davam etdirəcəyi bildirilmişdi.
Qeyd edək ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. Dünyanın nüfuzlu ölkələrindən sayılan İtaliya 1992-ci il yanvar ayının 1-də bizim müstəqilliyimizi tanıyıb və dost mövqedə olduğunu hər zaman göstərib. İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk səfirliyini 1997-ci ildə məhz Azərbaycanda acıb. 1997-ci il sentyabr ayinin 25-də Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk səfəri baş tutub ki, məhz bundan sonra iki ölkə arasında iqtisadi əlaqələlərin təməli qoyulub.
İtaliya 44 gün davam edən Vətən müharibəsində, eyni zamanda ötən il keçirilən lokal antiteror əməliyyatında bizim haqq işimizi mənəvi cəhətdən dəstəkləyib. Bütün bunlar da ölkələrimiz arasında əməkdaşlığı daha da  dərinləşdirib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın 44 günlük haqlı savaşından sonra ölkəmizə səfər edən ilk Avropa nümayəndə heyəti də İtaliyadan  olub. Hətta ötən ilin dekabr ayında İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə Cənubi Qafqazda baş verən proseslərlə bağlı müsahibə verərkən demişdi ki, lokal xarakterli antiterror tədbirləri ilə bağlı “azərbaycanlıların hücumu” iddiasını irəli sürə biləcək nə siyasi, nə də hərbi xarakterli heç bir qiymətləndirmə yoxdur. Bu iddianı dəlilik adlandıran nazir müavini əlavə etmişdi ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı əməliyyat həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiqlədiyi məlum faktdır. Bildirmişdi ki, Qarabağdakı insanları köçə Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bunda separatçıların məqsədi gərginlik üçün əlavə səbəb yaratmaq olub. Bu şəxs, həmçinin bu ilin aprel ayında ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında Azərbaycan əleyhinə bəyanatla çıxış edən Fransanın xarici işlər naziri Staffan Sejournetin ünvanına kəskin fikirlər də səsləndirib.

Onu da bildirək ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə şirkətləri fəaliyyət göstərən ilk ölkələrdən biridir. Prezident İlham Əliyev iki il bundan öncə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirmişdi ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər: “İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir”. Dövlətimizin başçısı həmçinin vurğulamışdı ki, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda – Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.
Dövlətimizin başçısı bu il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən  beynəlxalq forumda bir daha bildirmişdi ki, İtaliya bizim ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biridir: “Bu gün İtaliya Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərən aparıcı ölkələrdən biridir. Onlar çox mühüm layihələr üzərində işləyirlər. Məsələn, mədəni irsin bərpası üzrə Ağdamda dağıdılmış Qarabağ Xanının sarayının, işğaldan azad edilmiş müxtəlif şəhərlərdə məscidlərin bərpası ilə məşğuldurlar”.

Azərbaycan nefti isə İtaliyanın neft istehlakının əhəmiyyətli hissəsini təşkil edir. Məlumat üçün bildirək ki, Avropa İttifaqı ölkələri arasında ötən il Azərbaycandan ən böyük neft idxalçılarının TOP-10 siyahısına İtaliya (6,8 milyard avro dəyərində 11,3 milyon ton) başçılıq edir. Trans-Adriatik Boru Xətti (TAP) ilə Azərbaycandan İtaliyaya təbii qazın tədarükü 2024-cü ilin yanvarında 878 milyon kubmetrə çatıb ki, bu da 2023-cü ilin analoji dövründə olduğundan 3,1 faiz çoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Şahdəniz” layihəsi Azərbaycan ilə Avropa arasında münasibətlərdə “enerji elçisi” kimi əhəmiyyətli rol oynayır

Next

Səbirsizliklə gözlənilən tədbir – COP29 və…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv