Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Qarabağda şəhərlər, kəndlər qurulduğu gündən…”

By Vüsal Rafiqoğlu
05.06.2024 3 Min Read

Lalə Əliyeva: “Gündə bir neçə dəfə dolanbac aşırımlardan keçsələr, dolaşıq fikirləri yerbəyer olar…”

Məcburi köçkünlərin Qarabağa yola salınan köç karvanlarının sayı durmadan artmaqdadır. Artıq azad etdiyimiz torpaqların hər birində o yerlərin həqiqi sahiblərinin ayaq səsləri duyulur. Bugünlərdə Şuşa və Laçına növbəti köç karvanı yola salındı.

Laçın şəhərinə daha 20 ailə – 68 nəfər, Şuşaya isə 15 ailə, 57 nəfər köçürüldü. Bununla da indiyə qədər Şuşaya 105 ailənin, yəni 406 nəfərin, Laçına isə 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib. Öz ata-baba yurdlarına çatan ailələr böyük coşqu ilə qarşılanırlar, onlar doğma yurda qovuşmağın sevincini yaşayırlar.

Bütün bunlarla yanaşı, qayıdış prosesinin ləng getməsi barədə mediada, sosial şəbəkələrdə fikirlərə rast gəlirik.

Qarabağda quruculuq işləri aparan Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, jurnalist həmkarımız Lalə Əliyeva “Qarabağa Böyük Qayıdış” prosesini “Yeni Müsavat”a bu cür dəyərləndirdi: “Qarabağda şəhərlər, kəndlər qurulduğu gündən etibarən öz sakinlərini gözləyir. Abad küçələr addım səslərinə, gözəl, rahat evlər insan hənirinə möhtacdır. Laçın şəhərində də, Xocalıda da 32 il sonra öz evinə ilk köç edənlərin qapısını döyüb “xoş gəlmisiniz” demişəm. Əvvəl qucaqlaşıb ağlayırıq, sonra gözümüzün yaşını silib özümüzə ürəkdolusu sevinməyə icazə veririk. Çünki bu torpaqlar uğrunda can qoyan şəhidlərin də ruhu şaddır. Böyük tarixi hadisələrin mərkəzində olmaq, yüz illər boyu ayaqlar altında tapdanan Ədaləti bayraq edib zirvələrə qaldırmaq hər xalqa nəsib olmur. Düzü, qayıdanlar arasında cavanların üstünlük təşkil etməsi məni də xeyli təəccübləndirmişdi. Axı bəziləri elə güman edirdilər ki, 32 il başqa şəhərlərdə yaşayan yeni nəsil üçün Qarabağ, sadəcə, valideynlərinin söhbətlərindən tanış olan, nisgillə, acı xatirələrlə yadda qalan xəyali məkandır. Belə deyilmiş. Bakı Abadlıq Xidmətinin quruculuğa başladığı ərazilərdə prosesə ən əvvəl gənclər qoşuldular. Yəni Laçında, Xocalıda və digər yerlərdə Qarabağı dirçəldənlər elə əslən qarabağlı cavanlardır. Deməli, torpağa bağlılıq həqiqətən də qandadır, şüarlarda deyil. Heç bir düzən, komfort həyat insanların ürəyindən doğma yurd sevgisini silə bilmir… Həm də axı Qarabağda hazırda müasir şəhərlər, ağıllı kəndlər qurulur. Yəni Bakıda nə varsa – parklar, istirahət yerləri, təlim mərkəzləri, mədəniyyət obyektləri – bəlkə daha yaxşısı azad edilmiş ərazilərdə qurulur. Təki iş olsun. Halal zəhmətlə qazanmaq şansı varsa, təbiətin qoynunda, tərtəmiz havada, dədə-baba torpağında, hərəsi bir imarət kimi geniş evlərdə kim yaşamaq istəməz ki?”

Müsahibimiz “Qarabağa Böyük Qayıdış” prosesinin ləng getməsi barədə yaranan müəyyən narahatlıqlar barədə də danışdı: “Qayıdış prosesinin ləng getməsindən gileylənənlərin əksəriyyəti illərin ayrılığına dözə bilməyən, tezliklə torpağına qovuşmaq istəyənlərdir. Bildiyiniz kimi, Qarabağda yüzlərlə kənd var. Dağıntılar arasından dirçələn mərkəzlərdə ilkin mərhələdə sakinlərin köçürülməsi bir neçə dövlət qurumunun tərtib etdiyi sxem əsasında həyata keçirilir. Ona görə, məsələn, Laçını gəzib, kəndləri hələ də viran görənlərin gözləri yaşarır, “bir ömür gözləmişik, Allahdan daha nə qədər möhlət istəyək?” deyib kövrəlirlər. Doğma yerlərə qonaq kimi gəlmək, əlbəttə, çox ağırdır. Bu hissləri anlamaq olar. Şəxsən mənim anlamadığım – Bakıda otura-otura Qarabağa köçün ləng getməsi barədə mətbuatda iradlar səsləndirən bəzi “fəallar”dır. Məncə, belələrini yayın sonundan iyunun əvvəlinə kimi davam edən qarlı, yağışlı havada, bəzən şaxtadan sərtləşən, bəzən də yağışdan palçığa dönən torpaqda yol çəkməyə, ev tikməyə yönəltmək lazımdır. Gündə bir neçə dəfə dolanbac aşırımlardan keçib 24 saat növbəli iş gedən qaynar tikinti meydanına düşsələr, dolaşıq fikirləri yerbəyer olar… Bunu dəqiq bilmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin məskunlaşması, təhlükəsizlik, məşğulluq məsələləri dövlətin bir nömrəli vəzifəsidir. Hər şeyin vaxtında və düzgün hesablandığı artıq bu gün izləyə bildiyimiz reallıqlardan da bəllidir”.

Yazını hazırladı: Cavanşir ABBASLI

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ünvanlı sosial yardım almaq üçün boşananlar var

Next

Bu şəxslərin nikahına xitam verilə bilər – SİYAHI

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv