Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezident İlham Əliyevin Fələstin mesajı – rəylər

By Vüsal Rafiqoğlu
11.06.2024 4 Min Read

Politoloq: “Bu, təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərgilənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır”

Azərbaycan Prezidenti İlham Əliyevin şənbə günü Misirə səfəri çərçivəsində Fələstinə yönəlik verdiyi açıqlamalar günlərdir ki, gündəmdən düşmür. Ölkə başçısı açıq şəkildə Fələstinlə bağlı öz dövlətinin mövqeyini bir daha ifadə etdi.

Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.

“Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”, – deyə cənab prezident bildirib.

HƏMAS-İsrail müharibəsinin davam etdiyi bir zamanda verilən bu açıqlamalar daha çox diqqətləri çəkdi və böyük rəğbətlə qarşlandı. Gündə yüzlərlə körpənin Qəzzada qətlə yetirildiyi bir vaxtda belə bir mövqenin sərgilənməsi alqışlanır.

Kamaləddin Qafarov: “Yaşıl enerji ölkəmiz üçün prioritet istiqamətlərdən  biridir” | 1news.az | Xəbərlər

Kamaləddin Qafarov

Milli Məclisin deputatı Kamaləddin Qafarov məsələ ilə bağlı bunları deyib: “Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi. Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olub. Azərbaycanın hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Dövlət başçımız Misirdə verdiyi bəyanatında da bir daha bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibəyə son qoyulmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” .

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Fələstinlə bağlı Azərbaycanın rəsmi mövqeyini Prezident Əliyev bir daha açıqladı – Fələstin müstəqil dövlətdir, paytaxtı da Şərqi Qüdsdür. Azərbaycanın illərdir ki, Fələstinlə bağlı mövqeyi dəyişməzdir, birmənalıdır. Ötən ilin oktyabrında növbəti Fələstin-İsrail müharibəsi başlayandan biz də birmənalı şəkildə hər kəsə Azərbaycanın Fələstinlə bağlı yuxarıda qeyd edilən mövqeyini xatırladırdıq. Ələxsüs da o kəslərə xatırladırıq, hansı ki Prezident Əliyevin siyasətini dəstəklədiklərini bildirirlər. Biz də müxalifət olaraq elələrinə çatdırmağa çalışırdıq. Prezident Əliyevin Fələstinlə bağlı mövqeyi də bəllidir. Üstəlik, xatırladırıq ki, təbii müttəfiqimiz Türkiyənin də bu məsələdə dispozisiyası məlumdur. Güman edirik ki, dövlət başçısı bir daha Fələstinə dəstək mövqeyi sərgiləyəndən sonra televiziya və internet kanallarımız da rəsmi kursa uyğun hərəkət edəcəklər. Fələstində bütün dünyanın gözü qarşısında bir insanlığın, xalqın faciəsi baş verir”.

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin Qahirədə Fələstinlə bağlı açıqlaması bir neçə aspektdən maraqlı idi: “Azərbaycan Prezidenti Fələstin münaqişəsi ilə bağlı yeni bir söz demədi, dedikləri Azərbaycan dövlətinin rəsmi mövqeyidir və bu, illərdir dəyişmir. Ancaq iyunun 8-də Qahirədə verilən bəyanat o idi ki, bu, həm də müsəlman ölkələrinə yönəlmişdi. Bilindiyi kimi, son zamanlar Azərbaycanın İsraillə əlaqələri daha tez-tez gündəmə gətirilir, hətta keçənlərdə Türkiyədə SOCAR-ın binası qarşısında aksiya təşkil olunmuşdu. Prezident İlham Əliyevin bəyanatı həm də bu dairələrə cavab idi. Digər tərəfdən, Azərbaycanın dövlət başçısı Qahirədə Misirin sülh səylərini dəstəklədiyini vurğuladı və münaqişənin həllində Misirlə ortaq baxışa malik olduğunu qeyd etdi. Bilindiyi kimi, Misir də Azərbaycan kimi İsraillə siyasi-diplomatik əlaqələrə malik dövlətdir və hazırda Qəzza müharibəsi ilə bağlı sülh prosesini Misir aparır. Yəni biz bu məsələdə beynəlxalq hüquq və BMT qərarlarını və Misirin apardığı sülh prosesini dəstəkləyirik”.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Azərbaycanın dövlət siyasətində Fələstin məsələsinə daim diqqət etdiyini qeyd etdi: “Çıxışında Qəzzada baş verənləri faciə adlandıran Prezident müharibənin dayandırılması, danışıqların başlanması çağırışı etdi. Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfər etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittiham altına salmaq cəhdləri edilir, xüsusilə İran bu prosesdə aktivdir. Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə, Fələstin məsələsi İran tərəfindən İsraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu “aləti” mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar. Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərgilənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Next

İrəvanın odla oyunu – sülhə Ermənistanın konstitusiyası, yoxsa Konstitusiya Məhkəməsi əngəldir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv