Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda 84 faiz “Türk NATO”sunun yaranmasını istəyir

By Vüsal Rafiqoğlu
14.06.2024 4 Min Read

Hərbi ekspertlərə görə, dünyada hərbi-siyasi proseslər o qədər təhlükəli istiqamət alıb ki, türk dövlətlərinin özləri üçün təhlükəsizlik çətiri qurması zəruridir

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib. Nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i  hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib.

İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatının qurulmasını istəyir.

Türk Dövlətləri Təşkilatının (TDT) dünyanın yeni güc mərkəzlərindən birinə çevrildiyini demək üçün tam əsas var. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtərəfli iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, eləcə də müasir ordulara malik TDT bu gün haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa iddialıdır. Quruma üzv türk dövlətlərinin öz aralarında nümayiş etdirdikləri qarşılıqlı dəstək və həmrəylik onun bu iddiasının reallığa əsaslandığını isbatlayır. Müharibələrin və münaqişələrin gətirdiyi xaosun hökm sürdüyü müasir dünyada cərəyan edən proseslər təhlükəsizlik sahəsinə xüsusi diqqətin yetirilməsini də vacib edir. Bu mənada türk dövlətləri də öz növbəsində müdafiə qabiliyyətlərini artırmalı, xarici təhdidlərdən qorunmaqdan ötrü lazımi addımları atmalıdırlar. Bu mənada TDT çərçivəsində təhlükəsizlik sahəsi, xüsusi xidmət orqanlarının məlumat mübadiləsi, informasiya seqmentində də ayrıca platformanın qurulması, vahid koordinasiyanın təşkili günün tələbinə çevrilib. Bütün bunlarla yanaşı, TDT-yə daxil olan ölkələr aydın başa düşürlər ki, belə ciddi beynəlxalq ambisiyaları həyata keçirmək, həm bütövlükdə təşkilatın, həm də ayrı-ayrı üzv ölkələrin etibarlı təhlükəsizliyini təmin etməkdən ötrü türk dünyasına güclü, müasir silahlı qüvvələr lazımdır.

Polkovnik HHQ-nin yeni komandanı haqda nələr danışdı?

Rövşən Məhərrəmov

Bu barədə hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, SSRİ-nin dağılması beş türk respublikasının müstəqillik əldə etməsi ilə nəticələndi. Bu beş respublikasının ümumi ərazisi nəhəng bir coğrafiyanı əhatə edir: “Təkcə Qazaxıstan dünyada ən böyük ərazisinə görə 7-ci yerdə olan dövlətdir. Eləcə də Özbəkistanın da böyük ərazisi var. Bu beş türk respublikasının, həmçinin Türkiyənin yerləşdiyi coğrafi ərazi də dünyanın çox mühüm strateji əhəmiyyət daşıyan nöqtələridir. Həmin beş respublika və Türkiyə Cümhuriyyəti arasında hərbi-siyasi ittifaq mütləq gələcəkdə rəsmiləşəcək və qurulacaq. Bu gün Türk Dövlətləri Təşkilatında birləşən qardaş respublikalar gec-tez vahid ordularını, vahid təhlükəsizlik sistemlərini qurmalıdırlar. Bu addım reallaşanda dünyada söz sahibinə çevrilən bir güc mərkəzi meydana gələcək. Türk Dövlətləri Təşkilatında Türkiyədən sonra ən güclü orduya malik dövlət Azərbaycandır. Eləcə də digər qardaş ölkələrin də silahlı qüvvələri inkişaf edir, güclənir. Azərbaycan Ordusu artıq xeyli müddətdir Türkiyə ordusu modelinə keçid edir. Hesab edirəm ki, digər qardaş türk respublikalarında da bu proses sürətlə həyata keçirilməlidir. Bu prosesin bütün türk respublikalarında həyata keçirilməsi sonrakı mərhələdə vahid ordu, vahid təhlükəsizlik sisteminin formalaşdırılmasında öz rolunu oynayacaq. Türk dövlətlərinin gələcək təhlükəsizliyinin yüz faiz təminatı üçün bu qaçılmazdır”.

Hərbi ekspertin sözlərinə görə, dünyada geosiyasi, hərbi-siyasi proseslər o qədər təhlükəli istiqamət alıb ki, türk dövlətlərinin özləri üçün sarsılmaz təhlükəsizlik çətiri qurması zəruridir. Turan ordusu ən mükəmməl təhlükəsizlik çətiri ola bilər: “Türk Dövlətləri Təşkilatının İstanbulda mərkəzi ofisi fəaliyyət göstərir. Türk dövlətlərinin orduları arasında birgə təlimlər keçirilir. Bunları və digər atılan addımları da nəzərə alsaq hesab etmək olar ki, bir hərbi-siyasi alyansın yaradılması mümkün görünür. Turan birliyinin yaranması istiqamətində addımlar atılırsa, deməli, Turan ordusunun da yaradılması qaçılmazdır. Müasir Turan ordusunun qurulması bütün Türk dünyasının təhlükəsizliyinin, müstəqilliyinin təminatı deməkdir”.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Türk Dövlətləri Təşkilatı yaranandan özünün bir missiyası, gələcək hədəfləri və planları var. Bunun da başında təbii ki, gələcək dünya düzənində aktorlardan biri olmaq və Türk Dövlətləri Təşkilatı olaraq Türk dünyasını təmsil eləməklə dünya düzənində özünə layiqli yer tutmaq və qlobal güclərdən birinə çevrilmək kimi hədəflər dayanır: “Bu hədəflərə çatmaq istiqamətində atılan addımlar, xüsusilə Qarabağın və digər işğal edilmiş ərazilərimizin azad olunması və Azərbaycanın öz suverenliyini təmin etməsindən sonra bu proses daha intensiv şəkil alıb. Bölgədə yeni reallıqlar yaratmış Azərbaycan artıq Türk dünyası və Türk Dövlətləri Təşkilatında önəmli bir yerə sahib olmaqla bu prosesdə lokomotiv rolunu oynayan ölkələrdən birinə çevrilib. Son dövrlər Türk Dövlətləri Təşkilatının müvafiq digər qurumlarının yaranması da bu təşkilatın ambisiyalarından xəbər verir. Təbii ki, ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də də hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər, aparılan siyasət onu deməyə əsas verir ki, gələcəkdə bu istiqamətdə Türk Dövlətləri Təşkilatı əslində müasir modern silahlı qüvvələrə malik olacaq. Artıq Azərbaycan Türkiyə ordusu modelinə keçidlə bağlı prosesi başa çatdırmaq üzrədir. Azərbaycan Ordusu Türkiyə ordusu sistemi üzrə formalaşdırılır. Türk Dövlətləri Təşkilatının digər üzvləri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan həm Türkiyə, həm də Azərbaycanla digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki sahədə də əməkdaşlıq istiqamətində də addımlar atır. Bu da onu deməyə əsas verir ki, gələcəkdə bu dövlətlər özlərinin müasir silahlı qüvvələrinə malik olacaqlar”.

Politoloq qeyd etdi ki, bizim arzuladığımız proses gələcəkdə NATO tipli Türk Ordusu Alyansına çevrilməsinə və vahid mərkəzdən idarə olunmasına nail olmaqdır ki, bunun gələcəyinə inam mövcuddur. Proseslərin bu cür davamı və türk dövlətlərinin bugünkü mövqeləri belə bir qənaətə gəlməyə əsas verir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərli qadına yazdınsa mesaj… ilişsən, olacaq ajiotaj

Next

Parlamentin iclası bir saat önə çəkildi – SƏBƏB?

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv