Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çin olan arzular…

By Vüsal Rafiqoğlu
25.06.2024 3 Min Read

Vətəndaşlarımız Şuşaya və Laçına öz şəxsi avtomobilləri ilə səfər etməyə böyük maraq göstərirlər

8 noyabr 2020-ci il Azərbaycanın çağdaş  tarixinə Zəfər Günü kimi qızıl hərflərlə əbədi yazıldı. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Şəhidlər xiyabanından  xalqa müraciətində bəyan etdi ki, biz Şuşanı dirçəldəcəyik. Dövlətimizin başçısı qısa zaman kəsiyində bu vədinə də layiqincə əməl etdi. Prezident İlham Əliyevin Şuşada bu cənnət diyara köçmüş ilk sakinlərlə görüşündə bildirdiyi  kimi, elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Yeri gəlmişkən qeyd edək ki, bu gün işğaldan azad edilmiş digər ərazilərdə də bu dirçəlişin şahidiyik.

Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü, 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edildi. Şuşa 2021-ci ildə Azərbaycanın, 2023-cü ildə  türk dünyasının,  2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı seçildi. Dünyada az şəhər tapılar ki, üç il ardıcıl olaraq mədəniyyət paytaxtı adına layiq görülsün. İftixarla deyə bilərik ki, bu gün abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı, öz sakinlərini də köksünə sıxdığı Şuşa ölkəmizə dost, qardaşlıq münasibəti bəsləyən dövlətlərin əməkdaşlığının, müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayan şəhərə çevrilib.

Təbii ki, belə bir unikal şəhəri  görmək  hər bir soydaşımızın ən böyük  arzusudur.  Odur ki, vətəndaşlarımız sanki gündən-günə gözəlləşən Şuşanı görmək, bu əsrarəngiz diyarın billur kimi saf havasını udmaq  yarışına çıxıblar. Şübhəsiz, bu, təqdirəlayiq  yarışdır. Yeri gəlmişkən qeyd edək ki, vətəndaşların bu şəhərə şəxsi avtomobillərlə getməsi böyük maraq kəsb edir.  Elə bu səbəbdən də onlar Şuşaya öz minik avtomobilləri ilə səfər etməyə üstünlük verirlər.

Bayram günlərində isə bu şəhərə daha çox axın olur. Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonu üzrə Xüsusi Nümayəndəliyindən mətbuata verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri bu şəhərin  hotellərində qonaq qalıb. Qeyd edək ki, 2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin keçidi təmin edilib.

Bu sözləri otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan, hazırda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı, ölkəmizin dilbər guşələrindən biri sayılan Laçın şəhərinə də şamil etmək olar. Xatırladaq ki, 27 aprel 2024-cü il tarixindən etibarən müəyyən edilmiş mexanizmlər çərçivəsində Laçın şəhərinə fərdi minik avtomobilləri ilə ümumilikdə bütün vətəndaşlar üçün səfər imkanı yaradılıb. Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Laçın şəhərinə  2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib. Laçına səfər edənlərin  709 nəfəri hotellərində qonaqlayıb. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub. Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib.

Şübhəsiz, bu gün Şuşanın, Laçının küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurdlarına qayıtmış insanların çöhrəsindəki qürur və sevinc ifadəsinin şahidi olmaq, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən onların şirin söhbətlərini  və gülüş səslərini eşitmək olduqca gözəl bir hissdir. Adama elə gəlir ki, bu hissləri yaşayan hər bir  insan özünün həyat kitabına yeni səhifələr yazır.

Bəli, indi hər bir Azərbaycan vətəndaşı özünün əzəli sahibinə qovuşmuş bu cənnət  əraziləri görmək istəyir. Çünki bu, hər birimiz üçün şərəf, qürur məsələsidir. Bütün bunlar həm Şuşada, həm də Laçında artıq yaşamaq və fəaliyyət göstərmək üçün normal şəraitin yaradıldığını bir daha təsdiq edir.  Şübhəsiz, həm Şuşaya, həm də Laçına bu səfərlər daxili turizmin inkişafına da böyük töhfə verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yad yuvanın quşları…

Next

Silahlı Qüvvələrimiz müasir şəkildə yenidən qurulur

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv