Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Taksi qiymətləri enə bilər – nikbin gözlənti

By Vüsal Rafiqoğlu
25.06.2024 3 Min Read

“Taksilərdə gediş haqqının kəskin bahalaşmanın qarşısını almaq üçün müxtəlif addımlar atmaq olar”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, hazırda taksilərdəki qiymət artımını dayandırmaq çətin olacaq: “Çünki avtomobillərlə bağlı qoyulan məhdudiyyətlər və taksi sürücülərinin imtahan verməsi kimi amillər olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, hazırkı dönəmdə taksilərdə gediş haqqının kəskin artmasının qarşısını almaq çətindir. Amma taksilərin qeydiyyata alınma prosesi, icazə və lisenziyaların verilməsi yekunlaşandan sonra qiymət məsələsi yenidən gündəmə gələ bilər”.

Ekspertə görə, taksilərlə bağlı yeni qaydaların tətbiqi bir qədər vaxt aparacaq: “Taksi xidmətinə yeni avtomobillərin cəlb edilməsi, sürücülərin qeydiyyatının aparılması görüləcək vacib işlər sırasındadır. Həmçinin taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin say tərkibi də tam olaraq müəyyənləşdirilməlidir. Bütün bu proseslər paralel şəkildə aparılacaq. Kəmiyyət və keyfiyyətin özünü doğrultması üçün balans da pozulmamalıdır”.

Xatırladaq ki, iyulun 1-dən yaşı 8 ildən çox olan minik avtomobillərindən taksi fəaliyyətində istifadə olunmasına icazə verilməyəcək. İyulun 1-nə qədər isə bu icazəni almaq istəyənlərin maşınının yaşı 15 ildən çox olmamalıdır.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov: “Taksi xidmətində islahatlar yeni keyfiyyət və təhlükəsizlik meyarlarının tətbiqinə imkan yaradacaq”

Millət vəkili Vüqar Bayramovun fikrincə, qiymətlərin optimallaşdırılması vacibdir. “Yeni Müsavat”a şərhində V.Bayramov məsələ ilə bağlı təkliflərini söylədi: “Bir tərəfdən qiymətlər sərnişinlər üçün əlçatan olmalıdır, digər tərəfdən isə taksi fəaliyyəti ilə məşğul olanlar gəlir etmək imkanına malik olmalıdırlar. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin, eləcə də fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin gəliri də önəmlidir, qiymətlərin əlçatan olması da. Yeni qaydaların tətbiq edilməsindən sonra qiymətlərin optimallaşdırılmasının mümkün olacağı gözlənilir. Qiymətlər tələb-təklif, mövcud xərclər əsasında müəyyənləşəcək ki, bu da təbii ki, nəticə etibarilə taksi xidmətinin əlçatan olması, həm də keyfiyyətin yüksəldilməsinə səbəb olacaq. Çünki keyfiyyət, təhlükəsizlik və digər amillər çox önəmlidir. Taksi xidmətində islahatlar yeni keyfiyyət və təhlükəsizlik meyarlarının tətbiqinə imkan yaradacaq”.

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli: “Taksi xidməti qiymətlərin ucuz olduğu yeganə sahə idi”

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, taksi xidmətində qiymətlər kifayət qədər qalxıb. Ekspert qeyd etdi ki, bu, yeni sərt prosedur qaydalarının tətbiq edilməsi ilə əlaqədardır: “Taksi xidmətində qiymət artımı qaydaların kifayət qədər sərtləşməsi, taksi bazarında taksi fəaliyyəti ilə məşğul olan maşınların çıxması ilə əlqədardır. İqtisadiyyatın qızıl qanunu var – təklif azalan kimi, tələb yerində qalırsa, qiymət artır. Ona görə də qeydiyyat prosedurları başa çatdıqdan sonra ilkin ehtimala görə, 20-25 min maşın taksi xidmətindən kənarda qalacaq. Kənarda qalan maşınların sayı çoxaldıqca qiymət artacaq. Optimal qiymət siyasətinə iki istiqamətdə baxmaq olar. Elmi yanaşsaq, maya dəyərinin və taksi sürücüsünün əməyinin dəyərləndirilməsi kimi baxıla bilər. Burada rahat hesablamalar aparmaq mümkündür. Digər tərəfdən, məsələ rəqabətli mühitdən asılıdır. Tələb artdıqca qiymət də artacaq. Son sərtləşmə qərarlarına qədər Azərbaycanda taksi xidməti kifayət qədər ucuzlaşmışdı. Son 10 ildə taksi xidməti qiymətlərin ucuz olduğu yeganə sahə idi. İndi isə əksini görürük, taksi xidməti bahalaşıb. Təəssüf ki, sərt tənzimləmə ancaq qiymətlərə təsir edir, keyfiyyətlə bağlı hələ ki hər hansı dəyişiklik yoxdur. Keyfiyyət artsa idi, qiymət də artardı. Hələ ki ancaq qiymət artımının şahidi oluruq”.

Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti üçün icazə   (Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6 mini keçib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, təlim keçən sürücülərin sayı isə 23 mini keçib.

Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kreml hədələyir, Qərb dəstəyi artırır – udan kimdir?

Next

Açıq məkanda təşkil olunan məclislər NİYƏ DAHA BAHADIR?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv