Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Dövlət qurumlarına qəbul prosesində yeni model

By Vüsal Rafiqoğlu
26.06.2024 3 Min Read

Ekspertlər hesab edir ki, vakant yerlərin daha çox olması nəzərə alınmalıdır, çünki…

Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:

“Bu, çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik”.

O əlavə edib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.
Nəzərə çatdıraq ki, bu vaxta kimi dövlət qulluğuna keçirilən imtahanlardan narazılıqlar var. Namizədlər həm imtahanların olduqca çətin olduğu bildirilir. Eyni zamanda müsahibə mərhələsindən keçənlərin sonradan işlə təmin olunmasında da problemlərin olduğu deyilir.

Qeyd edək ki, ötən il Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə hər biri 6 imtahan olmaqla A və B növləri üzrə ümumilikdə 12 test imtahanı keçirib, 16200 namizəd iştirak edib. Bildirilib ki, imtahanda iştirak edənlərdən 4709 nəfəri uğurlu nəticə əldə edib. Hesabat dövrü ərzində 110 dövlət orqanında vakant olan 1431 inzibati vəzifənin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi üzrə elan verilib. Həmin vəzifələrin 150-si inzibati rəhbər vəzifələrə (A növü), 1281-i isə inzibati icraçı vəzifələrə (B növü) aid olub.

Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifəni Kənd Təsərrüfatı Nazirliyi (336 vəzifə) çıxarıb, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi üzrə (2073 müraciət) qeydə alınıb. Ötən il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlər 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında 1003 vakant vəzifəyə təyin edilib. Ən yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb. Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici hesabat ili ərzində qeydə alınıb. Belə ki, 13-ü məhkəmə orqanı olmaqla, 38 dövlət orqanında 364 vəzifəyə ehtiyat kadrlar təyin edilib. Müsabiqədən müvəffəqiyyətlə keçərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2022-ci ildə 178 analoji vəzifələrə təyin edilmişdirsə, 2023-cü ildə bu say 47.75 % artaraq 263 vəzifə olub. Ümumilikdə 2022-ci illə müqayisədə 2023-cü ildə dövlət qulluğu üzrə imtahanlarda iştirak edənlərin sayı 13.7% artıb.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib:

elcin-efendi-1.jpg (45 KB)

“Dövlət qulluğu üzrə keçirilmiş imtahanlarda əsas narazılıq, şikayət ondan ibarətdir ki, namizədlər vakant yerlərin açıqlanmasını gözləyirlər. Bunun üçün müəyyən bir dövr keçir. Bəzi hallarda isə müvafiq olaraq vakant yerlərdə iştirak edə bilmirlər. Aldıqları sertifikatın belə müddəti bitə bilir. Fikrimcə, gələcəkdə bu istiqamətdə vakant yerlərin daha çox olması nəzərə alınmalıdır, bunun üzərindən imtahandan keçirilməlidir. Səriştə əsasında keçirilməsi isə konkret onların ümumi ixtisasları, dünyagörüşləri ilə bağlı verəcəkləri imtahanla bağlı olacaq. Əvvəllər bilik və bacarıqları təkcə test əsasında daxil olub yazaraq yoxlanırdısa, indi yazılı formada da götürülməsi düşünülür, misal üçün, esse kimi. Dünya ölkələrinin praktikası öyrənilib, ümid edək ki, bu dəfə namizədlər həm müsahibə, həm müsabiqə mərhələsində, həm də vakant yerlərin seçilməsi mərhələsində narazı qalmayacaqlar”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı.

Ilqar-orucov-1.jpg (42 KB)

Ekspertə görə, DİM-in dövlət qulluğu ilə bağlı yenilikləri, yeni modelə keçməsi doğru addımdır:

“Bir var konkret normalar, qaydaların formalaşdırdığı çərçivələr, bir də var insanların şəxsi keyfiyyətləri. Burada şəxsi keyfiyyətlərdən irəli gələn norma və qaydaların tətbiqində həyata keçirə biləcəyi səriştə yönümlülükdən söhbət gedir. Bu, doğru yanaşmadır. Bunu sadə dillə ifadə etsək, dövlət qulluqçuları fəaliyyətlərini təmin edəcək səriştələrə malik olmalıdırlar. Yəni xalqla xalqın dilində danışmaq çox vacibdir. Xaricdə təhsil almış gənclərlə bağlı insanların formalaşmış fikirləri var. Nə qədər xarici dili bilsən də, işinin peşəkarı olsan da, xalqın dilini, nə istədiyini bilməli, anlamalısan. Bunun üçün də dövlət qulluqçusu müəyyən səriştələrə malik olmalıdır. Bu ölçmək də asan deyil”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Küləkli hava şəraiti bu zamana qədər davam edəcək

Next

Zənginliyin görk edilməsinin cəzası

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv