Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan polisi dövlətin etibarlı bel sütunudur

By Vüsal Rafiqoğlu
02.07.2024 4 Min Read

Polisə olan hörmət dövlətə olan hörmətdir.
Polis əməkdaşları qanunun keşiyində dayanırlar.
Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə
aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar
və vətəndaşlar bunu unutmamalıdırlar.
Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik
şəraitində yaşamasını polis orqanları təmin edirlər.

– İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

106 illik böyük tarixi yol keçmiş Azərbaycan polisinin şərəfli keçmişi vardır. 1918-1920-ci illəri əhatə əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin milli maraqlarının qorunmasında polis orqanları mühüm rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən doqquz nazirlikdən biri də Daxili İşlər Nazirliyi idi. Hökumətin başçısı olan Fətəli Xan Xoyski həm də Daxili İşlər naziri vəzifəsini icra edirdi.

Daxili İşlər Nazirliyi milliyyətindən və dinindən aslı olmayaraq, vətəndaşların təhlükəsizliyini, əmlakını, hüquqlarını qorumaq, cinayətkarlıqla mübarizə aparmaq, ölkənin təhlükəsizlik qüvvələri və Milli Ordu qüvvələri ilə bərabər suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması kimi mühüm məsələləri qarşıya vəzifə kimi qoymuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyi ilk dövrlərdə həm polis, həm də milis təşkilati formalarından istifadə edirdi ki, bu da o dövrün saxlanmaqda davam edən inzibati orqanlarının təşkili və təcrübəsinin labüd zəruriliyi ilə əlaqədar idi…

1920-ci il aprel süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Həmin dövrdə də Azərbaycan daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmışdır.

1941-1945-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı qəhrəmanlıq, igidlik nümunəsi göstərərək orden və medallara layiq görülmüşlər.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşına “Milli Qəhrəman” fəxri adı verilmiş, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Ümummilli Lider Heydər Əliyev 2002-ci il iyul ayının 2-də “Azərbaycan Polisi Günü”nə həsr olunmuş təntənəli mərasimdə çıxışı zaman demişdir: “…Bu bayram sizin peşə bayramınızdır. Amma eyni zamanda, bu, bizim Azərbaycan xalqının bayramıdır, vətəndaşlarımızın bayramıdır- hamımızın bayramıdır. Çünki polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından bIridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlət müstəqilliyinə xidmət edir…”

Ümummilli Liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla 28.10.1999-cu il tarixdə “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqında” qanunlar, 30.06.2001-ci il tarixdə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və 18.07.2001-ci il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnamələr qəbul edildi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalanıb.
Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 saylı Fərmanına əsasən 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün- 2 iyul “Azərbaycan Polisi Günü” elan edilib…

“Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polislərin qarşısında çıxış edərkən demişdir.
Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanla və layiqli xidmətləri ilə doğruldurlar.

44 günlük Vətən müharibəsində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları qəhrəmanlıqla döyüşmüşlər. Daxili İşlər Nazirliyinin əməkdaşları Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə 66 şəhid verimiş, 346 nəfəri yaralanmışdır. Dörd hərbi qulluqçu “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, minlərlə hərbi qulluqçu isə orden və medallarla təltif olunmuşdur.

Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edərkən bəyan etmişdik ki, məqsədimiz müstəqil, demokratik dövlət qurmaqdır. Biz qarşımıza qoyduğumuz məqsədləri bacarıqla yerinə yetiririk.

Azərbaycan polisi bundan sonra da Azərbaycan dövlətinin qanunlarına və xalq tərəfindən yekdilliklə seçilmiş Prezidentinə şərəflə xidmət edəcəkdir.

075ee5be-a56b-40b9-a463-7e21383e.jpg (91 KB)

Vüqar Sərdarov
YAP Səbail rayon ərazi təşkilatının sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda kənd palçıq altında qaldı – Sakinlər köçürülür

Next

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv