Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qarabağ Universiteti: Tələbələr üçün hansı imtiyazlar nəzərdə tutulub?

By Vüsal Rafiqoğlu
10.07.2024 3 Min Read

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Həmin ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirir, 1989-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı yaradılıb və iki il fəaliyyət göstərib. Lakin təəssüf ki, burada ciddi siyasi səhvə yol verilib. Şuşada yerləşən institutun Xankəndi filialı kimi deyil, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi göstərilməsi hayların əlinə fürsət verib. 1988-ci ildə institut öz müstəqilliyini itirərək Ermənistanın Kirovakan İnstitutunun filialı adı altında tədricən yaranan separatçı xuntanın əlinə keçib. İşğal dövründə buradan saxtalaşdırma mərkəzi kimi istifadə olunub.

1991-ci ildə Xankəndi digər torpaqlarımız kimi işğal altına düşmüşdü. 2023-cü ilin 19 sentyabrında keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Xankəndi də digər ərazilərimiz kimi işğaldan azad olundu. Cənubi Qafqazda situasiyanın Azərbaycanın lehinə dəyişməsi yenidən taleyimizi öz əlimizə qaytardı. Bu gün Xankəndidə artıq gorbagor olmuş separatçı xunta rejiminin verdiyi qərarlar deyil, Azərbaycan Prezidenti İlham Əliyevin Fərman və sərəncamları icra olunur. Böyük mütəfəkkirlərin yetişdiyi Qarabağın yenidən təhsil ocağına çevrilməsi regionun inkişafına da böyük təsir göstərəcək, yeni kadrların hazırlanması baxımından da xüsusi önəm daşıyacaq, yenidən tariximizə töhfələr verəcək. Bu baxımdan deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur təkcə tikinti işləri ilə deyil, həm də intellekt, elm-təhsil  baxımından da bərpa olunur.

Ötən il dekabrın 15-də Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda göstərilir ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində azad yer tutması, yüksəkixtisaslı kadrların hazırlanmasında, sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Xankəndidəki Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Nazirlər Kabinetinin fevralın 6-da təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə, Qarabağ Universitetinin idarə olunma qaydalarında bu ali təhsil müəssisəsinin ali idarəetmə orqanının Elmi Şura olması əksini tapıb. Qarabağ Universitetinin rektoru Şahin Bayramovdur.

Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində olarkən Qarabağ Universitetində görülən işlərlə tanış olub. Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb.

Qəbul aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işinə start verilib. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Proqram rəhbərləri üçün vakansiya müraciətləri dəyərləndirilib və müvafiq komissiya tərəfindən müsahibələr keçirilib, hazırda həmin vəzifələrə təyinatlar aparılır.

Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Tələbələr Qarabağ Universitetinə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I tədris ilinə), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri əsasında (II tədris ilinə) cəlb ediləcəklər. Regional təhsil idarələri vasitəsilə buraxılış siniflərində təbliğat işləri aparılır. Yüksək bal toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin təşkili planlaşdırılır.

Həmçinin Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, və kompüterlə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TDT: Türkçülük ideyasının birlik, həmrəylik, bərabərlik platforması

Next

Vaşinqtonda Ceyhun Bayramov, Ararat Mirzoyan və Antoni Blinken arasında üçtərəfli görüş olacaq

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv