Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Şuşa Zirvəsindən Xəzərlə bağlı SOS! – Urmu gölünün taleyi təkrarlana bilər?

By Vüsal Rafiqoğlu
10.07.2024 3 Min Read

Ənvər Əliyev: “Avropanın az qala 40 faizi qədər ərazisi olan nəhəng su hövzəsi birdən-birə quruya bilməz”

“Xəzər dənizi yox olmaq ərəfəsindədir. Onunla bağlı ekoloji problemlər diqqətdən kənarda qala bilməz”.  Bu fikri Qazaxıstan grezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının iyulun 6-da Şuşa şəhərində keçirilən qeyri-rəsmi sammitində çıxışı zamanı səsləndirib.

“Biz Xəzər dənizinin logistik potensialının artırılmasının vacibliyini qeyd etdik. Eyni zamanda onun ekoloji problemlərinə məhəl qoymamaq da qəbuledilməzdir. Dəniz yox olmaq ərəfəsindədir. Ən mühüm vəzifə onun ətraf mühitini, flora və faunasını qorumaqdır. Xəzərin xilasına yönəlmiş konkret həll yolları hazırlamaq lazımdır. Türk ölkələrinin alimləri arasında qarşılıqlı əlaqəni aktivləşdirməyin vaxtı çatıb”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bütövlükdə planetdə iqlimlə bağlı vəziyyət daha da mürəkkəbləşib: “Dünyanın müxtəlif yerlərində baş verən anormal istilər, meşə yanğınları, quraqlıq və daşqınlar bu tendensiyanın aydın şəkildə təsdiqidir. Biz Türk dünyası ilə iqlim məsələlərində əməkdaşlığı gücləndirməyə hazırıq. Bu il biz Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında fəal iştirak etməyi planlaşdırırıq”.

Dünyanın ən böyük gölü sayılan Xəzər doğrudanmı Urmu gölünün taleyini yaşaya bilər? Tokayev Xəzərlə bağlı konkret həll yolları deyərkən nələri nəzərdə tutur? Gerçəkdənmi Xəzər dənizinin yox olmaq təhlükəsi var? 

Yeri gəlmişkən, Şuşa sammitindən bir gün sonra Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, səbəb suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Onun sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.

Məsələ ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevlə söhbət etdik. 

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

 Ənvər Əliyev

“Yeni Müsavat”a şərhində alim bütün Xəzəryanı dövlətlərin alimlərinin birgə əməkdaşlığının önəmini vurğuladı:  “Biz vaxtilə Xəzər dənizinin ümumi problemlərinin öyrənilməsi üçün 5 Xəzəryanı dövlətin alimlərindən ibarət institut yaradılmasını təklif etmişik. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Mixayloviç Sergeyev Bakıda səfərdə ikən təklif etdi ki, ən optimal variant kimi institut məhz Bakıda fəaliyyətə başlasın, 5 dövlətin maliyyə imkanları ilə təmin olunsun. Nəticədə tədqiqat işləri koordinasiya edilmək şərtilə birgə aparılsın.

Hesab edirəm ki, ən yaxşı mütəxəssislərin bir hissəsi Azərbaycandadır. Xəzərin eni istiqamətində ən münasib yer də məhz Azərbaycandır. Təəssüf ki, sonradan dövlətlər öz daxilində ayrıca qurumlar yaratdılar. Hadisələrə fərdi yanaşma problemlərin köklü həllinə mane olur. Aydın məsələdir ki, institutun yaradılması üçün böyük maliyyə vəsaiti lazımdır. Birgə əməkdaşlıq ona görə önəmlidir ki, Xəzər dənizinin problemlərini araşdırmaq üçün gəmilər lazımdır. Gəmilərin qiyməti isə bahadır. Gəmilərsiz reydlərlə, xüsusi tədqiqatçı qrupları ilə əhatəli araşdırma aparmaq çətindir”.

Alim Xəzərin əvvəlki illərdə də problemləri olduğunu xatırlatdı: “Xəzər dənizinin Orta Asiyaya birləşdiyi zamanlar olub. Böyük Qafqaz dağları dənizin altında idi. Hətta cənubda Balaxanı gölü əmələ gəlmişdi. Bununla yanaşı, Xəzərin çox sulu vaxtları da olub ki, Valdaya, Moskvanın altına birləşib. Daha bir fakt isə Xəzərin Şimal Buzlu okeanına birləşməsi olub ki, suitilər oradan gəlib. Okean balıqları isə qərb istiqamətində Aralıq dənizi, Qara dəniz vasitəsilə dünya okeanına birləşdikdən sonra Xəzərə gəliblər”.

Alimin qənaətincə, bugünkü problemlərin əsas səbəbi biganəlikdən qaynaqlanır: “Xəzərin quruması hər kəsə məlumdur. Bəs dəniz niyə quruyur, nə etmək lazımdır? Xəzər dənizində 50-70 ildən bir quraqlıq, artım dövrü olub. Növbəti quraqlıq dövrünün yekunlaşdığını zənn edirəm. Mənə elə gəlir ki, ötən ildən başlayaraq Azərbaycana düşən yağıntının miqdarının artması ilə Xəzərin sululuq dövrü başlaya bilər. 4 milyon kvadrat kilometrlik, yəni Avropanın az qala 40 faizi qədər ərazisi olan nəhəng su hövzəsi birdən-birə quruya bilməz. Bu, mümkün deyil”.

O ki qaldı balıqların kütləvi tələfatına, müsahibimiz bildirdi ki, bəzən dəniz sularında elə proseslər olur ki, kütləvi oksigen çatışmazlığı yaranır: “Xəzər dünyanın ən tektonik 3 nöqtəsindən birində yerləşən ən böyük su hövzəsidir. Digər tektonik sahələrdə-Amerikanın şimalından cənubuna qədər və Sakit okeanın qərb və şərqində olan sahələrdə belə hallar baş verir. Bundan əlavə, palçıq vulkanları amili var. Keçən il suitilərin kütləvi ölümü qeydə alındı. Sularda həll olunmuş oksigenin azalması, yaxud palçıq vulkanları ilə əlaqədar yaranmış canlı aləmə zərər vuran sahələrin formalaşması ehtimalı yüksəkdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pərvizə “Mall”da hücum çəkdilər – mühafizəçilər çarəsiz qaldı

Next

Bakıda iki qadın arasında dava düşüb: Bıçaqlananlar var

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv