Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Enerji təhlükəsizliyi güclənəcək, iqtisadi sabitlik möhkəmlənəcək, beynəlxalq nüfuz artacaq – ŞƏRH

By Vüsal Rafiqoğlu
11.07.2024 3 Min Read

Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Ötən əsrin 90-cı illərindən başlayaraq hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir. Bu Konvensiyada 198 ölkə iştirak edir.

Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında Azərbaycanın tarixi Qələbə qazandığı qırx dörd günlük Vətən müharibəsindən sonra yaranmış imkanlardan məhz dinc məqsədlər, “yaşıl iqtisadiyyat”a keçid, ətraf mühitin qorunması potensialının yüksəldilməsi üçün istifadə etdiyini bildirir. Ölkəmizin başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan 2027-ci ilədək günəş və külək enerjisi sahəsində 2 giqavat gücünə nail olmaq məqsədilə bərpaolunan enerji sahəsində əsaslı irəliləyişlərə imza atmağa hazırdır. Qaz ixracının artırılması və enerji mənbələrinin şaxələndirilməsi ilə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini davam etdirəcəyi açıq-aydın görünür. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf üzrə qlobal dialoqdakı rolunu daha da möhkəmləndirəcək. Bu nailiyyətlər Azərbaycanın enerji təhlükəsizliyini, iqtisadi sabitliyini gücləndirəcək və beynəlxalq nüfuzunu artıracaq.

Bu gün iqlim dəyişikliyi ilə bağlı məsələlər bütün ölkələrin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək, həmçinin bütün dünyada sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir.

Noyabr ayında baş tutacaq COP29 digər məsələlərin və təşəbbüslərin müzakirəsi üçün platformalar yaradacaq. Bakıda keçiriləcək konfransın mühüm məsələlərindən bəhs edən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 2015-ci ilin Paris İqlim Sazişinin 6-cı maddəsinin iki alt bəndinin razılaşdırılması qarşıdan gələn COP29-da ən vacib və çətin müzakirə mövzularından biri olacaq və azaldılmış istixana qazı emissiyalarının ticarəti və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının yeni mexanizminin həyata keçirilməsinə aiddir ki, bu da karbon kvotaları və kreditləri ilə əməliyyatlar üçün iqlim layihələrini əhatə edir. Təşəbbüslər arasında BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən dəstəklənən Karib hövzəsi ölkələrinin “həmrəylik vergisi”nin tətbiqi təşəbbüsü də var. BMT-nin baş katibi bu yaxınlarda sosial media hesabında bu təşəbbüsü açıqlayaraq bildirib ki, iqlim təşəbbüslərinə daha çox özəl kapital cəlb edilməlidir. İnkişaf etmiş ölkələr də iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyəni ikiqat artırmalı və öhdəliklərini yerinə yetirməlidir.

Bu gün beynəlxalq aləmdə mövqeyini gündən-günə gücləndirən Azərbaycan hökumətinin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə daim sadiq qalıb. Ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bunun əyani təsdiqidir. Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı öhdəsinə götürüb və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmağı planlaşdırır. Bundan əlavə, Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub. Göründüyü kimi, Azərbaycanın COP29 ilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm “yaşıl enerji”in inkişafı üçün mühüm vasitə olacaq, həm də qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyəti birləşdirməyə ciddi təkan verəcək.

Zahid Rza, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

COP29 ölkəmizin növbəti böyük uğuru olacaq

Next

İslam Həmrəyliyi: Azərbaycan -Türkiyə-Pakistan müttəfiqliyi hər gün daha da möhkəmlənir

Xəbər lenti

  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026
  • Xocalıda yaşayış evinə ayı girdi 15.07.2026
  • Ölkəmizdə diplom almaq məcburiyyəti 15.07.2026
  • İlham Əliyev Ərdoğana başsağlığı verdi 15.07.2026
  • Odessa yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb 15.07.2026
  • Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv