Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI

By Vüsal Rafiqoğlu
15.07.2026 3 Min Read

Azərbaycanda pensiya yaşına az qalmış işçilərin əmək hüquqlarının daha güclü qorunması müzakirə edilir. Qeyd edilir ki, pensiyaya çıxmasına iki ildən az qalan şəxslərin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmasına məhdudiyyət qoyulması nəzərdə tutulur. Məqsəd uzun illər çalışmış və pensiya hüququna çox az vaxtı qalan insanların işsiz qalmasının, yeni iş tapmaqda çətinlik çəkməsinin və sosial təminatsızlıq riski ilə üzləşməsinin qarşısını almaqdır.

Bəs bu cür məhdudiyyətin tətbiqi əmək bazarına necə təsir göstərə bilər? Pensiya yaşına iki il qalmış işçilərin işdən çıxarılmasının qadağan edilməsi həm işçilərin, həm də işəgötürənlərin hüquq və maraqları arasında balans yarada biləcəkmi?

SAHİB SON.jpg (32 KB)

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini deyib:

“Son vaxtlar bəzi ekspertlər tərəfindən pensiya yaşına az qalmış şəxslərin işdən azad edilməsinə qadağa qoyulması təklif edilir. Bu, tamamilə absurd və reallıqdan uzaq bir yanaşmadır. Bu cür məhdudiyyətlər onsuz da həssas olan investisiya mühitini tamamilə məhv edər və ölkəyə xarici investorların gəlişinin qarşısını alar. Əgər işçi pensiya ərəfəsindədir deyə intizamsızlıq edirsə, işə içkili gəlirsə və ya öz funksiyasını yerinə yetirmirsə, işəgötürən qanunla onu işdə saxlamağa məcbur edilməməlidir. Biznesin öz qanunları var, yaxşı mütəxəssis üçün işəgötürən özü mübarizə aparır, fayda verməyən işçini isə saxlamaq məcburi olmamalıdır”.

Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanda işə qəbul və işdənçıxarma prosedurları onsuz da kifayət qədər qəlizdir:

“Biz əmək hüquqlarını müdafiə edərkən biznesin inkişaf maraqlarını da nəzərə almalıyıq. Əks təqdirdə, iqtisadi tərəqqidən söhbət gedə bilməz. Burada əsas hədəf dövlətin, biznesin və işçinin maraqları arasında düzgün balansı tapmaq və qorumaqdır. Təbii ki, bütün işəgötürənləri eyniləşdirmək olmaz, ölkədə yaşından və cinsindən asılı olmayaraq peşəkarlara dəyər verən çoxlu ciddi qurumlar və dövlət orqanları da fəaliyyət göstərir”.

Qeyd edək ki, dünya təcrübəsində pensiya yaşına az qalmış işçilərin əmək hüquqlarının qorunması müxtəlif modellərlə tənzimlənir. Əksər ölkələrdə belə şəxslərin işdən çıxarılmasına tam qadağa qoyulmur. Bunun əvəzində yaşa görə ayrı-seçkiliyin qarşısının alınması, işdən çıxarılmanın qanuni əsaslarla həyata keçirilməsi və sosial təminat mexanizmlərinin gücləndirilməsi prioritet hesab olunur.

Bu sahədə ən sərt yanaşmalardan biri Qazaxıstanda tətbiq edilir. Həmin ölkənin Əmək Məcəlləsinə əsasən, pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslərin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmasına yol verilmir. Bununla belə, müəssisənin ləğvi, ştatların ixtisarı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycanda hazırda müzakirə olunan təklif də məhz bu modelə əsaslanır. Rusiyada isə “pensiyaöncəsi yaş” anlayışı tətbiq olunur. Pensiyaya beş il qalmış vətəndaşların yaşına görə işdən çıxarılması və ya işə qəbuldan imtina edilməsi qanunla qadağandır. Belə hallara görə işəgötürən inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti daşıya bilər. Bununla yanaşı, işçinin intizam pozuntusu, peşə yararsızlığı və ya müəssisədə struktur dəyişiklikləri kimi qanuni əsaslar olduqda əmək müqaviləsinə xitam verilə bilər.

Avropa ölkələrində isə yanaşma bir qədər fərqlidir. Almaniyada pensiya yaşına yaxınlaşmaq işdən çıxarılmamaq üçün ayrıca hüquqi təminat yaratmır. Lakin işəgötürən əmək müqaviləsinə xitam verərkən iqtisadi, təşkilati və ya işçinin fəaliyyəti ilə bağlı əsaslandırılmış səbəblər göstərməlidir. Eyni zamanda yaşa görə ayrı-seçkilik qanunla qadağandır.

Fransada və İtaliyada da oxşar yanaşma tətbiq edilir. İşəgötürən yalnız işçinin pensiya yaşına yaxınlaşmasını əsas gətirərək onu işdən çıxara bilməz. Əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas olmalı, müəyyən edilmiş prosedurlara tam riayət edilməlidir. Əks halda işçi məhkəmə qaydasında hüquqlarını bərpa edə bilər. ABŞ-də 40 yaşdan yuxarı işçilər federal qanunla yaşa görə diskriminasiyadan qorunur. Bununla belə, işəgötürən iqtisadi səbəblər, işçinin fəaliyyətinin qiymətləndirilməsi və ya digər qanuni əsaslarla əmək müqaviləsinə xitam verə bilər. Böyük Britaniyada da məcburi pensiya yaşı ləğv edilib və yaşa görə ayrı-seçkilik qanunsuz hesab olunur. Lakin obyektiv səbəblər olduqda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ saxlanılır. Yəni beynəlxalq təcrübə göstərir ki, əksər ölkələr pensiya yaşına yaxın işçilərin işdən çıxarılmasını tam qadağan etməkdən daha çox, onların yaşa görə diskriminasiyaya məruz qalmamasını və əmək hüquqlarının balanslı şəkildə qorunmasını təmin etməyə üstünlük verir. Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına birbaşa qadağa tətbiq edən ölkələrin sayı isə məhduddur və Qazaxıstan bu baxımdan daha sərt hüquqi mexanizmlərə malik ölkələrdən biri hesab olunur.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Next

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

Xəbər lenti

  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026
  • Xocalıda yaşayış evinə ayı girdi 15.07.2026
  • Ölkəmizdə diplom almaq məcburiyyəti 15.07.2026
  • İlham Əliyev Ərdoğana başsağlığı verdi 15.07.2026
  • Odessa yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb 15.07.2026
  • Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv