Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə

By Vüsal Rafiqoğlu
15.07.2026 4 Min Read

Azərbaycan uzun illərdir qeyri-neft sektorunun inkişafı üçün pambıqçılığı strateji sahələrdən biri elan edib. Dövlət bu sahəyə böyük subsidiyalar ayırır, fermerləri pambıq əkməyə həvəsləndirir və emal müəssisələrinin fəaliyyətini dəstəkləyir. Məqsəd kənd yerlərində məşğulluğu artırmaq, ixracı genişləndirmək və ölkəyə əlavə valyuta qazandırmaqdır.

Musavat.com “Bakı-Xəbər”ə istinadən xəbər verir ki, Beyləqan rayonunda fəaliyyət göstərən pambıq istehsalı və emalı müəssisələri ilə bağlı fermerlərin səsləndirdiyi iddialar bu sahədə ciddi problemlərin olduğunu göstərir.

Müəllif Akif Nəsirli bildirir ki, əgər bu iddialar doğrudursa, pambıqçılığın inkişafına ən böyük zərbəni bazar deyil, məhz sistemin içində yaranmış qeyri-şəffaf münasibətlər vurur: “Pambıq sahədən yığıldıqdan sonra zavoda təhvil verilənədək müəyyən qədər təbii itki yaranır. Yarpaqların ayrılması, xırda zibillərin təmizlənməsi, nəmliyin dəyişməsi və daşınma zamanı baş verən itkilər səbəbindən dünya təcrübəsində bu göstərici adətən 2–4 faiz arasında qəbul edilir. Hətta 5 faizdən artıq itki varsa, bunun artıq araşdırılması vacib hesab olunur. Lakin Beyləqan fermerləri iddia edirlər ki, onlardan təhvil alınan pambıqdan 21–24 faiz itki çıxılır. Belə bir rəqəm normal texnoloji proseslə izah edilə bilməz və ciddi suallar yaradır”.

Fermerlərin ən ağır ittihamı isə bununla bitmir. Onların sözlərinə görə, “itki” adı ilə çıxılan pambıq sonradan yenidən onların öz adına sənədləşdirilir. Pul fermerin bank kartına köçürülür, daha sonra həmin vəsait onlardan nağd şəkildə geri tələb olunur. Fermerlər bildirirlər ki, bu pulu qaytarmasalar, növbəti dəfə məhsulları qəbul edilməyə, hesablaşmaları gecikdirilməyə və ya müxtəlif problemlərlə üzləşməyə məcbur ediləcəklərindən ehtiyat edirlər: «Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Ancaq belə iddiaların çoxsaylı fermerlər tərəfindən səsləndirilməsi özü-özlüyündə narahatlıq doğurur. Fermerlərin dediyinə görə, problemlər yalnız məhsulun qəbulunda yaşanmır. Onlar bildirirlər ki, toxum, gübrə, pestisid və digər kənd təsərrüfatı vasitələri bazar qiymətindən iki dəfə baha satılır. Aqrotexniki xidmətlər, traktor və digər texnikaların xidmət haqları da alternativ bazarla müqayisədə daha yüksək olur. Nəticədə fermer həm istehsal zamanı artıq xərc çəkir, həm məhsulu təhvil verəndə itki ilə üzləşir, həm də ilin sonunda qazanc əldə edə bilmir».

Sahədən təhvil məntəqəsinə qədər pambıqda itki nə qədər olur?

Sabirabad rayonundan olan pambıqçı-fermer Əfras Əsgərovun Musavat.com-a dediyinə görə, əllə və kombaynla yığılan pambıqda itki faizi fərqli olur:

“Adətən, əllə yığılan pambıqda itki daha az olur. İtkinin miqdarına müxtəlif amillər təsir edir: yığılan zamankı hava şəraiti – yağışlı, dumanlı, şehli havada yığılan pambıqda itki faizi yüksək hesablanır. Çünki pambıq nəm çəkir və ağırlaşır. Daha sonra pambığın yarpaqlarının tökülmə vəziyyəti də itkiyə təsir edir. Əgər yarpaqlar tam tökülməyibsə, kombaynla yığım zamanı çox həcmdə yarpaq pambığa qarışır. Bundan əlavə, pambığın xırda budaqları da qırılıb içinə düşür. Bizdə əllə yığılan pambıqda itki 5 faizə çatmır. Çünki əllə yığılanda içinə əlavə heç nə qarışmır. Lakin kombaynla yığılan pambıqda 10 faizdən aşağı olmur itki, bəzən 15-16 faizə də qalxır. Pambığın yarpaqları vaxtında qurudulub tökülmürsə, şehli, alaqlı yığılsa, 20-25 faizə də qalxa bilər”.

WhatsApp Image 2026-07-15 at 16.12.18 (1).jpeg (27 KB)

Fermer bildirir ki, bütün şirkətlər pambığın təhvil alınması prosesini ciddi nəzarətdə saxlayırlar:

“Bütün rayonlarda elektron tərəzilərdir, zavodların nümayəndələri, fermerlər, hətta mühafizəçilər də nəzarət edirlər. Zavodlara, şirkətlərə bu məsələ qətiyyən sərf etməz. Ona görə də inandırıcı saymıram deyilənləri”.

Qeyd edək ki, ötən ilki rekord məhsuldan sonra bu il Azərbaycanda pambıq əkinləri xeyli azalıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-may aylarında ölkədə 89 min hektar sahədə pambıq əkilib. Ötən il 100,6 min hektar sahədə əkin aparılmışdı. Bu isə o deməkdir ki, bu il pambıq əkinlərində 11,6 min hektar, yaxud 11,5 faiz azalma var. Rayonlar üzrə bölgüyə baxdıqda aydın olur ki, ənənəvi pambıqçılıq rayonlarında əkin sahələrində artım yalnız Sabirabad(0,8 faiz), Yevlax(22,2 faiz), Bərdə(0,6 faiz) və Füzulidə(11,5 dəfə) qeydə alınıb. Qalan rayonlarda isə pambıq əkinləri azalıb.

Beyləqan Azərbaycanın ən böyük pambıqçılıq rayonlarından biridir. Eyni zamanda pambıq istehsalında ən yüksək məhsuldarlıq bu rayondadır. Rayon icra hakimiyyəti başçısı Əziz Əzizovun açıqlamasına əsasən bu il Beyləqanda təxminən 9 min hektarda pambıq əkilib.

Açıqlanan məlumata görə, Beyləqan sahələrində pambığın 100 faizə yaxın hissəsi müasir pambıqyığan maşınlar vasitəsilə toplanır. Bu isə təhvil verilən pambıqda itki faizinin yüksək olmasına gətirib çıxaran amildir: kombaynla pambıqda əllə yığılandan daha çox qarışıq olur.

Beyləqanda pambıq əkinlərinin mühüm hissəsindən toplanan məhsul “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Agro” MMC-yə təhvil verilir. “Azərpambıq ASK” MMC-nin Beyləqan Pambıq İstehsalı və Emalı filialının direktoru Fazil Hacıyev Musavat.com-a açıqlamasında onların müəssisəsi ilə bağlı belə bir halın olmadığını vurğuladı. Onun sözlərinə görə, indiyədək belə bir fakt qeydə alınmayıb, alınması da mümkün deyil, çünki pambığın təhvil alınması elektronlaşdırılıb, ona müdaxilə imkanı yoxdur.

Beyləqanda fəaliyyət göstərən digər pambıq şirkətlərindən məsələyə münasibət öyrənə bilmədik. Lakin müəssisələrin rəhbərliyi səviyyəsində belə əməliyyatlara şərait yaradılması ağlabatan deyil. Bu sxemin yerli səlahiyyətli şəxslərin fəaliyyəti olması daha çox ehtimal oluna bilər.

Son 4 ildə fermerlərdən pambığın alış qiymətində dəyişiklik olmayıb. 2022-ci ildən bəri pambığın alış qiyməti 1 ton 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat təşkil edir. Hər 1 ton pambığa 20 faiz itki yazıb, onun yarısının pulunu geri almaqla toplayıcı müəssisələr, yaxud bu işə girişən şəxslər külli miqdarda gəlir əldə edə bilərlər. Beyləqan ən yüksək məhsuldarlıq əldə olunan rayondur, istehsal edilən pambığın mühüm hissəsi 1 və 2-ci növdə olur. Ötən il rayonda 37,5 min ton pambıq istehsal olunub. Birinci növ 1 ton pambığın 10 faizinin qiyməti 85, ikinci növdə 78 manat təşkil edir. Yəni fermerlərin iddiaları doğrudursa, bu sxemdə iştirak edənlərin kifayət qədər böyük qazanc əldə etmək imkanı var.

Bundan əlavə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilmiş və tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerlərə 215 manat subsidiya ödəniləcək.

Müasir suvarma sistemləri ilə təmin olunmamiş əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib

Next

Prezident bu qurumun səlahiyyətlərini artırdı

Xəbər lenti

  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026
  • Xocalıda yaşayış evinə ayı girdi 15.07.2026
  • Ölkəmizdə diplom almaq məcburiyyəti 15.07.2026
  • İlham Əliyev Ərdoğana başsağlığı verdi 15.07.2026
  • Odessa yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb 15.07.2026
  • Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi 15.07.2026

Son Yazılar

  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026
  • Xocalıda yaşayış evinə ayı girdi 15.07.2026
  • Ölkəmizdə diplom almaq məcburiyyəti 15.07.2026
  • İlham Əliyev Ərdoğana başsağlığı verdi 15.07.2026
  • Odessa yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb 15.07.2026
  • Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv