Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Eşq əzabı çəkən təkə klipi çəkdirən Gor

By Vüsal Rafiqoğlu
11.07.2024 3 Min Read

Sizi bilmirəm, ermənilərin bizim mahnıları götürüb, daha səlisi, oğurlayıb ifa etmələri xoşuma gəlir.

“Xoşuma gəlir” deyəndə, burada xoşa gələn akt nə ifa, nə də oğurluq deyil, onların bizim hansısa mahnını sevməsi, lap açığı isə, ona möhtac qalmalarıdır.

Heç kim bilməsə də, özləri kütləvi şəkildə bilirlər ki, bu oxuduqları mahnı, çaldıqları melodiya öz istedadlarının əsəri-bəhəri deyil, çırpışdırılmadır, bəyənmədikləri azərbaycanlıların beyninin, təbinin məhsuludur.

Özümüzdən götürək, hansısa bir müğənnimiz erməni mahnısı oxusa, ona necə baxarıq. O mahnını dinləmərik – bir, o mahnıya oynamarıq – iki, o mahnını oxuyan müğənnini efirlərə buraxmarıq – üç, “mahnı oğrusu”na sosial şəbəkədə itin sözünü yazarıq -dörd. Hələ axtarsan, beş və altıncı müddəaları da tapmaq olar. Məsələn, sovet vaxtı Zeynəb Xanlarova “Nune” adlanan bir erməni mahnısı oxumuşdu, uzun illər bunu xanımın minusuna yazdılar.

Ancaq ermənilər elə etmirlər, Azərbaycan musiqisini oxuyan sənətçilərə bir söz demirlər, mahnını isə sevir, bəyənir, onun sədalarına qol götürüb oynayırlar, ağızlarını ayırıb dinləyirlər.

Bu, onun göstəricisidir ki, ermənilər Azərbaycan musiqisini özlərininkindən üstün bilir və sevirlər. Bax, adamın xoşuna gələn budur.

Bu məqamı əvvəllər də yazmışam. Sovet dövründə Gəncədə 3 saylı xəstəxanada bir Gəncə ermənisiylə bir palatada yatırdıq. Kişinin adı Qrişaydı, özü və iki övladı (qızı və oğlu) Azərbaycan musiqisinin, konkret olaraq, Ağadadaşın mahnılarının vurğunu idilər.

Ona görə də erməni müğənni Gor Yepremyanın Bəhram Nəsibovun “Qarabağ, can Qarabağ” mahnısını çırpışdırıb, oranjeman edib, böyür-başını dəyişdirib “Sirun can” kimi oxuması, köhnə ədiblərin sözü ilə desək, ovqatımı təlx eləmədi.

Düzdür, onlar belə plagiatlarla pul qazanırlar və bunun qabağını almaq, praktiki olaraq mümkün deyil, mahnını yazdırıb “Yutub”a qoymasalar, eləcə toyda-nişanda oxusalar, heç xəbərimiz də olmaz ki, daha hansı oğurluqlar ediblər. Bu mahnını da əslində 5 il qabaq oğurlayıblar, indi xəbər tuturuq.

gor.JPG (28 KB)

Gor (gör görsqn onun üzünü) isə hələ bu mahnıya klip də çəkdirib. Düşük klipdir. Klipin motivi heyvanlar aləminə aid sənədli filmlərdəki təkələrin cütləşməsi epizodunu xatırladır. Erkək təkə dişinin böyür-başına hərlənərək niyyətini izhar etdiyi kimi, Gor da tərəf-müqabili olan qızın zəhləsini tökür. O da gədəyə gah “get anqır, tayını tap” sifəti edir, gah da üzünə gülür, ümid verir, cütləşmənin baş tuta biləcəyinə dair eyhamlar edir. Axırda da bir sürü oğlan-qız “Dərviş Parisi partladır” filmində Şahbaz bəyin oynadığı kimi “Qaytağı” rəqsi edirlər.

Düzdür, o rəqsin də plagiat olduğunu iddia etmək olar. Amma iş bundadır ki, Qafqazın şimalında və cənubunda yaşayan 10-dan artıq xalqın nümayəndələri o cür rəqs edirlər. Türkiyədə buna “Qafqaz rəqsi” deyərək məsələni bağlayıblar.

Amma “Qarabağ, can Qarabağ” Qafqaz mahnısı deyil, Qarabağ mahnısıdır. Rəhmətlik bəstəçi, şair, gitaraçı Bəhram müəllim bu mahnını 1968-ci ildə, yataqxanada yaşadığı vaxt yazıb. O vaxt həmin yataqxananın komendantı Qarabağ ermənisi imiş, Bəhrama dirəşib ki, Qarabağa aid mahnı yazmısan, mahnının sözlərinə bir misra da ermənilərə aid bir şey sal. Erməni kəndlərinə yaxın kənddə böyümüş Bəhram Nəsibov komendantın tələbinə məhəl qoymayıb və araları dəyib.

İşə baxın ki, öz el-obasını çox sevən Bəhram müəllim Füzulinin işğal olunduğunu eşitdiyi gün insult keçirib, yatağa düşüb.

Onu da deyim ki, məşhur mahnının iki misrası dövrün korroziyasına uğrayıb, bu günün konyukturasına uyğun gəlmir. Həmin misralar bunlardır:

Tarlalarında neçə qəhrəman övladı var,
Əməyi güllər açan Xanları, Bünyadı var.

Mahnıda adları çəkilən şəxslər Bəhram Nəsibovun eloğluları olan inqilabçılardır – Xanlar Səfərəliyev və Bünyad Sərdarov. Ancaq məlum olduğu kimi, sonradan inqilabçı-bolşeviklərin düz hərəkət etmədikləri ortaya çıxdı. Bir də artıq Qarabağın “tarlalarında neçə qəhrəman övladı” olması barədə statistika aparan yoxdur. Qalan misralar isə əladır.

Erməni Yepremyan mahnını “Sirun can” deyə oxuyur. Yəqin ki, klipdə Gora tutduq verməyən qızın adı Sirundur.

Əslində mən arzu edirəm ki, ermənilər bir gün “Qarabağ şikəstəsi”ni də oxusunlar. Buna haqları çatır – Qarabağı şikəst qoyduqlarına görə. Amma baxaq, görək, oxuya bilərlərmi? O ritmik muğamı oxumaq üçün adamda çox şey çatışmalıdır. Ermənlərin isə buna ən azı boğazları çatmaz. Yastı-yastı “Sarı gəlin” oxumağa nə var ki?

Bax, elə Gor Yepremyan da “Qarabağ” mahnısının zil yerini (“Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli”) oxumaqdan yayınır, Sirunun dalınca sürünür, pəsdən qarnının dərdini deyir.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xiyar acı olarsa, nə etməli? Məhsulu xilas edəcək MƏSLƏHƏTLƏR

Next

Hacıqabulda ağılasığmaz oğurluq – FOTO

Xəbər lenti

  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026
  • Xocalıda yaşayış evinə ayı girdi 15.07.2026
  • Ölkəmizdə diplom almaq məcburiyyəti 15.07.2026
  • İlham Əliyev Ərdoğana başsağlığı verdi 15.07.2026
  • Odessa yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb 15.07.2026
  • Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv