Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İşçiləri günün altında işlədənləri hansı cəza gözləyir – qanunun tələbi

By Vüsal Rafiqoğlu
11.07.2024 3 Min Read

Havanın temperaturu müsbət 41 dərəcəni keçdikdə açıq havada işlər dayandırılmalıdır

Baş prokurorluq son günlər müşahidə edilən isti hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib.

Qurumun yaydığı məlumatda bu cür havalarda işin necə qurulmalı olduğu xatırladılıb.

“Əmək qanunvericiliyinə əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də havanın temperaturu 41 dərəcə selsidən çox olan sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır” , – rəsmi məlumatda vurğulanıb.

Məlum məsələdir ki, iyul və avqust aylarında bir qayda olaraq havalar çox isti keçir və bu cür hava şəraitində işləmək bir qədər də çətin olur. Daha doğrusu, tikinti sektorunda açıq havada işləmək olduqca mürəkkəb bir prosesdir.

Mövcud qanunla havanıntemperaturu müsbət 40 dərəcəni ötəndə açıq havada iş dayandırılmalıdır. Yəni işə götürənlər bu qanunlara ciddi əməl etməlidir. Çünki açıq havada tikinti sektorunda çalışan fəhlə və hər hansı bir şəxs günün altında olarkən günvurma baş verər və bunun nəticəsində həmin adam yüksəklikdən yıxılaraq dünyasını dəyişər.

Təsadüfi deyil ki, dəfələrlə həddindən artıq istilərin çox olduğu vaxtlarda tikinti sektorunda müxtəlif işlər görən fəhlələr bu cür faciəli anlarla üzləşiblər. Deməli, buradan belə bir məntiqi nəticə çıxır ki, hər bir işə götürən fəhlənin həyatı üçün bütün təhlükəsizlik tədbirlərini lazımi vaxtda icra etməlidir.

Qeyd edək ki, paytaxt Bakıda xüsusilə tikinti sahələrində fəhlələr günün altında işlədilir. Bəs buna kim, hansı qurum nəzarət etməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə və həmin Məcəllənin 2-ci əlavəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperatur müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır, həmçinin işçilərə sərinləmək/qızınmaq üçün imkan yaradılmaqla fasilələr verilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının 3/2 hissəsindən az olmayaraq ödənilir.

Yuxarıda qeyd olunan halları pozan işəgötürənlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5 maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) əsasən, inzibati məsuliyyətə cəlb olunurlar.

Hüquq müdafiəçiləri də qeyd edir ki, havanın temperaturu müsbət 41 dərəcəni keçdikdə açıq havada işlər dayandırılmalı, işəgötürən həmin yerlərdə əlavə tədbirlər görməlidir. Həmin yerlərdə sərinləşdirici içkilər qoyulmalıdır ki, işləyəndə və ya fasilə zamanı istifadə etsinlər.

Həmçinin işəgötürənlər işçilərini daha yüngül geyim formasına keçirə bilərlər. Amma bunu əməyin mühafizəsinin texniki təhlükəsizlik qaydalarını pozmadan etmək lazımdır. Eyni zamanda müəyyən tədbirlər görülməlidir ki, işçiləri gün vurmasın. Çünki bu, ciddi fəsadlara səbəb ola, hətta ölümlə nəticələnə bilər. Hüquq müdafiəçiləri həmçinin vurğulayır ki, işçini belə hava şəraitində işlətmək əməyin mühafizəsi qaydalarının pozulmasıdır və bu inzibati məsuliyyət, nəticələr ağır olduqda (məsələn, ölüm) cinayət məsuliyyəti yaradır.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əhaliyə vacib XƏBƏRDARLIQ – İyulun 13-ü gecədən etibarən…

Next

Azərbaycanda orta aylıq əməkhaqqı ARTIRILDI – MƏBLƏĞ

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv